عن منصور بزرج، قال: قلت لأبي عبد الله الصادق (عليه السلام): ما أكثر ما أسمع منك يا سيدي ذكر سلمان الفارسي! فقال: لا تقل الفارسي، ولكن قل سلمان المحمدي، أتدري ما كثرة ذكري له؟ قلت: لا. قال: لثلاث خلال: أحدها: إيثاره هوى أمير المؤمنين (عليه السلام) على هوى نفسه، والثانية: حبه للفقراء واختياره إياهم على أهل الثروة والعدد، والثالثة: حبه للعلم والعلماء. إن سلمان كان عبدا صالحا حنيفا مسلما وما كان من المشركين.
Mənsur Buzurc belə rəvayət edir: “İmam Sadiqdən (ə) soruşdum: “Ağam, axı nə üçün səndən ən çox Salman Farsinin yad etdiyini eşidirəm?” İmam (ə) buyurdu: “Ona “Farsi” demə, “Salman Muhəmmədi” söylə. Nə üçün onu belə çox yad etdiyimi bilirsənmi?” Mən dedim: “Xeyr”. İmam (ə) buyurdu: “Üç səbəbə görə. Birincisi, o, Möminlərin Əmiri Əlinin (ə) istəyini öz istəyindən üstün tutardı. İkincisi, fəqirləri sevər, onları say və sərvət sahiblərindən üstün tutardı. Üçüncüsü, elm və alimləri sevərdi. Həqiqətən, Salman saleh bəndə və “Allaha təslim olan haqpərəst idi. Həmçinin müşriklərdən də deyildi”. (Ali-İmran surəsi, 67)
Şeyx Tusi, “əl-Əmali”, səhifə 133, hədis 27 (214).