عن ابي سعيد الخدرى قال كنا جلوسا مع رسول الله صلى الله عليه وآله وسلم إذ أقبل إليه رجل فقال يا رسول الله اخبرني عن قوله عزوجل لابليس (استكبرت ام كنت من العالمين) فمن هو يارسول الله الذى هو اعلى من الملائكة فقال رسول الله صلى الله عليه وآله وسلم انا وعلى وفاطمة والحسن والحسين كنا في سرادق العرش نسبح الله وتسبح الملائكة بتسبيحنا قبل ان يخلق الله عزوجل آدم بالفى عام فلما خلق الله عزوجل آدم امر الملائكة ان يسجدوا له ولم يامرنا بالسجود فسجد الملائكة كلهم الا ابليس فانه ابي (و) لم يسجد فقال الله تبارك وتعالى (استكبرت ام كنت من العالمين) عني من هؤلاء الخمسة المكتوبة اسماؤهم في سرادق العرش فنحن باب الله الذي يؤتى منه بنا يهتدى المهتدى فمن احبنا احبه الله واسكنه جنته ومن ابغضنا ابغضه الله واسكنه ناره ولايحنا الا من طاب مولده
Əbu Səid Xudri (r.ə) nəql edərək deyir: “Mən Allah Rəsulu (s) ilə birlikdə oturmuşdum. Bir nəfər bizə yaxınlaşdı və Peyğəmbərdən (s) soruşdu: “Ey Allahın Rəsulu, mənə Adəmə (ə) səcdə etmədiyi zaman Allahın İblisə dediyi “Ey İblis! Sənə mənim iki əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü üstünlərdən bildin?” (Sad surəsi, 75) ayəsini izah et. Ey Allahın Rəsulu, mələklərdən də uca olan “üstünlər” kimlərdir? Allah Rəsulu (s) buyurdu: “Mən, Əli (ə), Fatimə (ə), Həsən (ə) və Huseyn (ə). Biz İlahi ərşin pərdələri arasında idik və Allahı təqdis edirdik. Mələklər də Adəm (ə) yaradılmamışdan iki min il əvvəl bizim təqdisimizlə Allahı təqdis edirdilər. Allah Adəmi (ə) yaradanda mələklərə ona səcdə etməyi əmr etdi və bu əmr bizə aid olmadı. Yalnız İblis Allahın əmrini yerinə yetirməkdən imtina etdi. Onda Allah İblisə buyurdu: “Təkəbbür göstərdin, yoxsa özünü üstünlərdən bildin?” Allah “üstünlər” dedikdə biz beş nəfəri (Əhli-Beyti) nəzərdə tuturdu. Bizim adımız İlahi ərşin pərdələri üzərinə yazılıb. Biz Allahın o qapısıyıq ki, Ona bizim tərəfdən gələrlər. İnsanlar bizim vasitəmizlə doğru yola hidayət olunarlar. Bizi sevəni Allah sevir və onu Cənnətdə məskunlaşdıracaq. Bizimlə düşmən olan kəslə Allah düşmən olar və onu Öz cəhənnəm odunda məskunlaşdırar. Bizi halalzadələrdən başqaları sevməz”.
Əllamə Məclisi, “Bihərul-Ənvar”, cild 39, səhifə 306, hədis 120.
(c) t.me/imamrza_xadimi