"Pis yoldaş, pis sahib” ayəsi Abbas baradə nazil olmuşdur

İslam düşmənləri bu rəvayəti bizə qarşı istifadə edirlər:

“Pis yoldaş,pis sahib” ayəsi Abbas baradə nazil olmuşdu.” (“Rical əl Kəşşi” səh 54)

CAVAB:

Rəvayətin sənədi aşağıdakı kimidir:

محمد بن مسعود، قال حدثني جعفر بن أحمد بن أيوب، قال حدثني حمدان بن سليمان أبو الخير، قال حدثني أبو محمد عبد الله بن محمد اليماني، قال حدثني محمد بن الحسين بن أبي الخطاب الكوفي، عن أبيه الحسين، عن طاوس، قال

Muhəmməd b. Məsud - Cəfər b. Əhməd b. Ayun - Həmdan b. Suleyman Əbul-Xəyr - Əbu Muhəmməd b. Abdullah b. Muhəmməd əl-Yəmani - Muhəmməd b. əl-Huseyn b. Əbi əl-Xəttab əl-Kufi - əl-Huseyn b. Əbi əl-Xəttab - Tavus:

Rical əl-Kəşşi, c.1, s.55

Onlayn mənbə: 1

RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:

1. Abdullah b. Muhəmməd əl-Yəmani

Məchuldur. Şiə rical kitablarında onun barəsində məlumat yoxdur.

2. əl-Huseyn b. Əbi əl-Xəttab

Məchuldur. Şiə rical kitablarında onun barəsində məlumat yoxdur.

3. Tavus

Məchuldur. Şiə rical kitablarında onun barəsində məlumat yoxdur.

NƏTİCƏ:

Bu rəvayət çox zəifdir, çünki sənədində 3 məchul şəxs var.

В этом разделе