Bismillah!
Vəhhabinin (sələfilərin) sosial şəbəkələrdə mənbələrimizdən gətirdiyi şübhəyə cavab:
Cavab: Bu hədisin mətnində heç bir problem yoxdur. Çünki burada söhbət səhabələrdən gedir, münafiqlərdən yox. İndi isə gəlin bizim əqidəmizdə kimlərə səhabə deyildiyinə baxaq:
تعريف الصحابي الصحابي: من لقي النبي صلى الله عليه وآله مؤمنا به، ومات على الاسلام.، وإن تخللت ردته: بين لقيه مؤمنا به، وبين موته مسلما على الأظهر
Səhabənin mənası: "Səhabə o kəsdir ki, Peyğəmbərlə (s) görüşüb, ona iman gətirib və İslam üzərində vəfat edib. Həmçinin o, özünü mürtədlikdən qorumuş və ölənə qədər İslam dinində qalmış olmalıdır".
Şəhid Sani, “əl-Bidayəti fı İlm'id-Dirayə” səhifə 339.
Deməli, bizim əqidəmizdə əhli-sünnə və vəhhabi əqidəsindən fərqli olaraq Peyğəmbəri (s) görən və şəhadəteyni (Əşhədu ənla ilahə illəllah, Əşhədu ənnə Muhəmmədən Rəsulullah) deyən bütün şəxslərə səhabə deyilmir. Bizlərə görə səhabə olmaq üçün görməkdən də əlavə həqiqətən iman gətirmək, imanla yaşamaq və iman üzərində ölmək lazımdır.
(c) t.me/imamrza_xadimi