İmam Əlinin (ə) təravih namazının camaatla birgə qılınma bidətini ləğv etmək istəyi - Şeyx Tusi

İmam Əlinin (ə) Təravih namazını qadağan etməsi və xalqın eynilə indiki muxaliflər kimi bu bidətə bağlı olduğunu göstərən hədisi Şeyx Tusi (r.a) belə rəvayət etmişdir:

علي بن الحسن بن فضال عن احمد بن الحسن عن عمر وبن سعيد المدائني عن مصدق بن صدقة عن عمار عن ابي عبدالله عليه السلام قال: سألته عن الصلاة في رمضان في المساجد قال: لما قدم أمير المؤمنين عليه السلام الكوفة أمر الحسن بن علي عليه السلام أن ينادي في الناس لاصلاة في شهر رمضان في المساجد جماعة، فنادى في الناس الحسن بن علي عليه السلام بما أمره به أمير المؤمنين عليه السلام فلما سمع الناس مقالة الحسن بن علي صاحوا: واعمراه واعمراه فلما رجع الحسن إلى أمير المؤمنين عليه السلام قال له: ما هذا الصوت؟ فقال: يا أمير المؤمنين الناس يصيحون: واعمراه واعمراه، فقال أمير المؤمنين عليه السلام: قل لهم صلوا.

Əli ibn Həsən ibn Fəddal, o Əhməd ibn Həsəndən, o Amr ibn Səid əl-Mədainidən, o Musəddiq ibn Sədəqədən, o da Əmmardan danışdı, dedi ki: “İmam Sadiqə (ə) Ramazan ayında məsciddə namaz qılmaq haqqında soruşdum. İmam (ə) buyurdu: “Möminlərin Əmiri (ə) Kufəyə daxil olduğu zaman Həsən ibn Əliyə (ə) əmr verdi ki, insanlara Ramazan ayında məsciddə (müstəhəb) namazı camaat ilə qılmamalarını xəbər versin. Həsən ibn Əli (ə) Möminlərin Əmirinin (ə) özünə əmr verdiyi kimi, insanlara xəbər verdi. İnsanlar Həsən ibn Əlinin (ə) dediklərini eşidəndə “vay Ömər! Vay Ömər!” – deyə qışqırdılar. Həsən ibn Əli (ə) geri qayıtdığı zaman Möminlərin Əmiri (ə) buyurdu: “Bu qışqırmalar da nədir?” İmam Həsən (ə) dedi: “Ey Möminlərin Əmiri! İnsanlar “vay Ömər! Vay Ömər” – deyə qışqırırlar”. Möminlərin Əmiri (ə) buyurdu: “Onlara namazlarını qılmalarını söyləyin”.

Şeyx Tusi, “Təhzibul-Əhkam”, cild 3, səhifə 69, bab 4, hədis 30 (227). 

 

 

 

Bu hədisin də bütün raviləri siqa (etibarlı) və sənədi müttəsildir. Şeyx Hadi ən-Nəcəfi öz kitabında bu hədisə yer verdikdən sonra deyir ki:

الرواية معتبرة الإسناد

“Rəvayətin sənədi mötəbərdir”.

Şeyx Hadi ən-Nəcəfi, “Məvsuat əhadisi Əhli-Beyt (ə)”, cild 4, səhifə 287, hədis 4651. 

 

 

В этом разделе