“Siqatul-İslam” (İslamın etibarı) Şeyx Kuleyni (r.a) “əl-Kafi” kitabında yazır:
علي بن إبراهيم، عن أبيه، عن حماد بن عيسى، عن إبراهيم بن عثمان، عن سليم بن قيس الهلالي قال: خطب أمير المؤمنين (ع) فحمد الله وأثنى عليه ثم صلى على النبي (صلى الله عليه وآله)، … ثم قال: قد عملت الولاة قبلي أعمالا خالفوا فيها رسول الله (صلى الله عليه وآله) متعمدين لخلافه، ناقضين لعهده مغيرين لسنته ولو حملت الناس على تركها وحولتها إلى مواضعها وإلى ما كانت في عهد رسول الله (صلى الله عليه وآله) لتفرق عني جندي حتى أبقى وحدي أو قليل من شيعتي الذين عرفوا فضلي وفرض إمامتي من كتاب الله عزوجل وسنة رسول الله (صلى الله عليه وآله) … والله لقد أمرت الناس أن لا يجتمعوا في شهر رمضان إلا في فريضة وأعلمتهم أن اجتماعهم في النوافل بدعة فتنادى بعض أهل عسكري ممن يقاتل معي: يا أهل الاسلام غيرت سنة عمر ينهانا عن الصلاة في شهر رمضان تطوعا ولقد خفت أن يثوروا في ناحية جانب عسكري ما لقيت من هذه الامة من الفرقة وطاعة أئمة الضلالة والدعاة إلى النار
Əli ibn İbrahim mənə atasından, o Həmmad ibn İsadan, o İbrahim ibn Osmandan, o da Suləym ibn Qeys əl-Hilalidən rəvayət etdi, dedi ki: Möminlərin Əmiri (ə) xütbə irad edib, Allaha həmd-səna etdi, sonra Peyğəmbərə (s) salavat gətirdi, daha sonra isə buyurdu: “Məndən əvvəlki rəhbərlər qəsdən və bilərəkdən Allah Rəsuluna (s) tərs düşən işlər gördülər, əhdini pozdular, sünnəsini dəyişdilər. Belə ki, bu gün insanları onları tərk etməyə dəvət edib vəziyyəti Allah Rəsulunun (s) dövrünə qaytarmaq istəsəm ordum ətrafımdan dağılar, məni tək başıma və ya Allahın Kitabından və Allah Rəsulunun (s) sünnəsidən mənim fəzilət və üstünlüyümü və imamətimin özlərinə fərz olduğunu bilən Şiələrimdən az bir qrupla tək qoyarlar. Çünki Allaha and olsun ki, mən xalqa Ramazan ayında fərz namazı əda etmək xaricində camaat etməmələrini əmr etdim və sünnə namazını camaatla qılmağın bidət olduğunu dedim. Amma mənimlə birlikdə döyüşən ordumdan bəziləri, “ey Müsəlmanlar! Əfsus! Ömərin sünnəsi dəyişdirildi. Ramazan ayında bizi camaatla sünnə namazı qılmaqdan saxlayırlar” deyə çığırdılar. Ordumun bir küncündə fitnə və üsyan çıxmasından narahat oldum! Mən, bu ümmətdən bölünmə, azğın rəhbərlərə itaət və insanları oda çağıranlara uymaqdan başqa nə çəkdim ki?!”
Şeyx Kuleyni, “əl-Kafi”, cild 8, səhifə 36-37, hədis 21.
Bu hədisin sənədindəki bütün ravilər siqa (etibarlı) və hədisin sənədi də müttəsildir (kəsintisizdir). Belə ki, Şeyx Hadi ən-Nəcəfi bu hədis barədə deyir ki:
الرواية صحيحة الإسناد
Rəvayətin sənədi səhihdir.
Şeyx Hadi ən-Nəcəfi (r.ə), “Məvsuat əhadisi Əhli-Beyt (ə)”, cild 4, səhifə 286, hədis 4649.