Süleym b. Qeysin (r.a) qeyd ilə, Peyğəmbərin (s) vəfatı və Səqifə hadisəsi

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ

 süleym c1 üz1süleym c1 üz2süleym c1 üz3süleym 143süleym 144

 

وعن أبان بن أبي عياش عن سليم بن قيس قال: سمعت سلمان الفارسي قال: لما أن قبض النبي صلى الله عليه وآله وصنع الناس ما صنعوا جاءهم أبو بكر وعمر وأبو عبيدة بن الجراح فخاصموا الأنصار فخصموهم بحجة علي عليه السلام فقالوا: يا معاشر الأنصار، قريش أحق بالأمر منكم لأن رسول الله صلى الله عليه وآله من قريش، والمهاجرون خير منكم لأن الله بدأ بهم في كتابه وفضلهم وقد قال رسول الله صلى الله عليه وآله: الأئمة من قريش

كيفية تغسيل النبي صلى الله عليه وآله والصلاة عليه

قال سلمان: فأتيت عليا عليه السلام وهو يغسل رسول الله صلى الله عليه وآله. وقد كان رسول الله صلى الله عليه وآله أوصى عليا عليه السلام أن لا يلي غسله غيره. فقال: يا رسول الله، فمن يعينني على ذلك؟ فقال: (جبرائيل). فكان علي عليه السلام لا يريد عضوا إلا قلب له. فلما غسله وحنطه وكفنه أدخلني وأدخل أبا ذر والمقداد وفاطمة والحسن والحسين عليهم السلام. فتقدم علي عليه السلام وصففنا خلفه وصلى عليه، وعائشة في الحجرة لا تعلم قد أخذ الله ببصرها. ثم أدخل عشرة من المهاجرين وعشرة من الأنصار، فكانوا يدخلون ويدعون ويخرجون، حتى لم يبق أحد شهد من المهاجرين والأنصار إلا صلى عليه

“Əban b. Əbi Əyyaşdan, o da Süleym b. Qeysdən rəvayət edərək deyir: “Salman Farsinin (ə.s) belə dediyini eşitdim: “Peyğəmbər (s) vəfat etdikdən sonra, insanlar etdiklərini etdilər. Əbu bəkr Ömər və Əbu Ubeydə b. Cərrah onların[1] yanına gəldi və onlarla (xilafət məsələsi barədə) mübahisə etdilər. Onlarla imam Əlinin (ə.s) gətirdiyi dəlil ilə mübahisə etdilər. Onlar[2] belə dedilər: “Ey Ənsar, Qureyş əhli xəlifə olmağa sizdən daha layiqdir. Çünki, Allah (c.c) öz kitabında birinci onların adını qeyd etməklə onları daha fəzilətli qərar verib və Peyğəmbər (s) “İmamlar Qureyşdəndir” deyə buyurub”.
 
Peyğəmbərə verilən qüslün necəliyi.
“Salman (ə.s) buyurur: “İmam Əli (ə.s) Peyğəmbərə (s) qüsl verdikdə, mən Əlinin (ə.s) yanına getdim. Peyğəmbər (s) Əliyə (ə.s) vəsiyyət etmişdi ki, özünə yalnız o qüsl versin. İmam Əli (ə.s) ona kimin kömək edəcəyini sual edəndə Peyğəmbər (s) “Cəbrayıl” deyə cavab vermişdir. İmam Əli (ə.s) hansı tərəfi yumaq istədiyi zaman, (Peyğəmbərin (s) cəsədi) o tərəfə çevrilirdi. İmam Əli (ə.s) Peyğəmbərə (s) qüsl verib, hənut edib, kəfənlədikdən sonra məni, Əbu Zərri (ə.s), Miqdadı (ə.s), Fatiməni (s.ə), Həsən (ə.s) və Hüseyni (ə.s) ora daxil etdi. Əli (ə.s) önə keçdi bizdə arxasında səfə düzüldük. Beləliklə, Peyğəmbərə (s) cənazə namazı qıldıq. Aişə öz hücrəsində idi. Lakin, bunlardan xəbərdar olmadı. Çünki, Allah (c.c) onun bu işdən xəbərdar olmasının qarşısını almışdı. Sonra, mühacir və ənsar on-on içəri daxil edilirdi. Onlar da namaz qılıb, oranı tərk edirdilər. Daha sonra, bütün mühacir və ənsar bu şəkildə Peyğəmbərə (s) namaz qıldı”.
 
Əbu Sadiq Süleym b. Qeys əl-Hilali əl-Əmiri, “Kitəbu Süleym ibn Qeys əl-Hilali” kitabı, 1-ci cild, 143,144-cü səhifələr, Təhqiq: Məhəmməd Baqir əl-Ənsari, əz-Zəncani, əl-Xuini, Nəşr: “Əl-Hadi”, İran, Qum, hicri 1420-ci il, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
 
Süleym b. Qeys (r.a) digər səhifədə yazır:

süleym 385


أبان بن أبي عياش عن سليم بن قيس، قال: كنت عند عبد الله بن عباس في بيته ومعنا جماعة من شيعة علي عليه السلام، فحدثنا فكان فيما حدثنا أن قال: يا إخوتي، توفي رسول الله صلى الله عليه وآله يوم توفي فلم يوضع في حفرته حتى نكث الناس وارتدوا وأجمعوا على الخلاف. واشتغل علي بن أبي طالب عليه السلام برسول الله صلى الله عليه وآله حتى فرغ من غسله وتكفينه وتحنيطه ووضعه في حفرته. ثم أقبل على تأليف القرآن وشغل عنهم بوصية رسول الله صلى الله عليه وآله، ولم يكن همته الملك لما كان رسول الله صلى الله عليه وآله أخبره عن القوم

“Əban b. Əbi Əyyaşdan, o da Süleym b. Qeysdən nəql edərək deyir: “Abdullah  b.Abbasla (ə.s) onun evində idim və bizim yanımızda bir dəstə Əli (ə.s) şiəsi də var idi. İbn Abbas (ə.s) bizim üçün bəzi şeylər danışdı və danışdıqları içərisində bunlar var idi: “Ey qardaşlarım, Allah Rəsulu (s) vəfat etdiyi gün hələ qəbrə qoyulmamışdı ki, camaat əhdlərini sındırıb mürtəd oldular və xilaf olan bir iş ətrafına toplandılar. Əli b. Əbu Talib (ə.s) isə, Allah Rəsulunun (s) cənazəsi ilə məşğul oldu. Ona qüsl verdi, kəfənlədi, hənutladı və qəbrə qoydu. Sonra isə, Quranı toplamağa başladı və Allah Rəsulunun (s) vəsiyyətinə əsasən camaatdan uzaq durdu. Allah Rəsulunun (s) bu qövm barədə ona verdiyi xəbərə görə, hakimiyyətə can atmadı”.
 
Əbu Sadiq Süleym b. Qeys əl-Hilali əl-Əmiri, “Kitəbu Süleym ibn Qeys əl-Hilali” kitabı, 1-ci cild, 385-ci səhifə, Təhqiq: Məhəmməd Baqir əl-Ənsari, əz-Zəncani, əl-Xuini, Nəşr: “Əl-Hadi”, İran, Qum, hicri 1420-ci il, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

____________________________

[1] Ənsarın
[2] Əbu Bəkr və dəstəsi

 

(c) beqiyyetullah.wordpress.com

В этом разделе