Peyğəmbərin (s) xanım Fatimənin (s.ə) şəhadəti barədə verdiyi xəbərlər (2)

Şeyx Kəracki (r.a) yazır:

 

 
kənzul c1 üz1kənzul c1 üz2kənzul c1 üz3kənzul 149 kənzul 150
Rəvayət uzun olduğundan əsas hissəni təqdim edirik
و مما حدثنا به الشيخ الفقيه أبو الحسن بن شاذان رحمه الله قال حدثني أبي رضي الله عنه قال حدثنا ابن الوليد محمد بن الحسن قال حدثنا الصفار محمد بن الحسين قال حدثنا محمد بن زياد عن مفضل بن عمر عن يونس بن يعقوب رضي الله عنه قال سمعت الصادق جعفر بن محمد ( ع ) يقول: … يا يونس قال جدي رسول الله ( ص ) ملعون ملعون من يظلمبعدي فاطمة ابنتي و يغصبها حقها و يقتلها
“Bizə Şeyx əl-Fəqih Əbül-Həsən b. Şazan (r.a) rəvayət etdi və dedi: “Mənə atam (r.a) rəvayət etdi və dedi: “Bizə İbn əl-Vəlid Məhəmməd b. əl-Həsən rəvayət etdi və dedi: “Bizə əs-Səffar Məhəmməd b. əl-Hüseyn rəvayət etdi: “Bizə Məhəmməd b. Ziyad, o Müfəzzəl b. Ömərdən, o da Yunis b. Yaqubdan (r.a) rəvayət edərək dedi: “Əs-Sadiq Cəfər b. Məhəmmədin (ə.s) belə dediyini eşitdim: “Ey Yunus! Cəddim Peyğəmbər (s) buyurub: “Qızım Fatiməyə (s.ə) zülm edən, haqqını qəsb edən və onu öldürən məlundur məlun”.

Əbül-Fəttah əl-Kəracki Məhəmməd b. Əli b. Osman ət-Tarabəlsi, “Kənzul-Fəvaid” kitabı, 1-ci cild, 149,150-ci səhifələr, Şərh edən: Şeyx Abdullah Namə, Nəşr: “Darul-Ədva”, Beyrut, Lübnan, 1405/1985, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
 
Rəvayətin sənədinin araşdırılması:
Hədisin səhhəti səhih dərəcəsindədir. Həmçinin, Seyid Sadiq ər-Ruhaninin (h.a) rəsmi səhifəsi də qeyd olunan hədisin səhih olduğunu söyləmişdir.

 

ruhani

بسم الله الرحمن الرحيم
اللهم صل على محمد وآل محمد
سماحة آية الله الوالد السيد الروحاني دامت ظلكم
لقد ذكر الكراجكي في كنزه كنزالفوائد: ج1 ص149/150 ،عن أبي الحسن بن شاذان، عن أبيه، عن محمد بن الحسن بن الوليد، عن محمد بن الحسين بن الصفار، عن محمد بن زياد، عن مفضل بن عمر، عن يونس بن يعقوب، عن الصادق (ع)، أنه قال في حديث طويل: يا يونس ، قال جدي رسول الله (ص): ملعون من يظلم بعدي فاطمة ابنتي، و يغصبها حقها و يقتلها
هل هذا السند صحيح؟
 
Bismilləhir Rahmənir Rahim
Allahummə salli əla məhəmmədin və əli Məhəmməd
Hörmətli Ayətullah Seyid Ruhani
Şeyx Kərackinin  “Kənzul-Fəvaid” kitabında 1-ci cild, 149,150-ci səhifəsində  zikr etmişdir ki, (rəvayəti təkrar olaraq qeyd etmirik) bu sənəd səhihdirmi ?
الجواب: باسمه جلت اسمائه
لا اشکال في صحة سنده
Cavab: Ən gözəl adlara sahib olanın adı ilə
Bu sənədin səhih olduğuna şübhə yoxdur.
 
Əllamə Məclisi (r.a) yazır:
bihar 95 üz1 bihar 351 bihar 352 bihar 353bihar 354

 

Rəvayət uzun olduğundan əsas hissəni təqdim edirik
قال السيد ابن طاوس ره في كتاب زوايد الفوائد: روى ابن أبي العلاء الهمداني الواسطي ويحيي بن محمد بن حويج البغدادي قالا: تنازعنا في ابن الخطاب واشتبه علينا أمره، فقصدنا جميعا أحمد بن إسحاق القمي صاحب أبي الحسن العسكري عليه السلام بمدينة قم… واليوم الذي نسف فيه فرعون أهل البيت وظالمهم وغاصبهم حقهم، واليوم الذي يقدم الله إلى ما عملوا من عمل فجعلناه هباء منثورا. قال حذيفة: فقلت: يا رسول الله صلى الله عليه وآله وفي أمتك وأصحابك من ينتهك هذه المحارم؟ قال: نعم يا حذيفة جبت من المنافقين يرتاس عليهم، ويستعمل في أمتي الرؤيا، ويحمل على عاتقه درة الخزي، ويصد الناس عن سبيل الله يحرف كتاب الله ويغير سنتي ويشتمل على إرث ولدي، وينصب نفسه علما، و يتطاول على إمامه من بعدى، ويستخلب أموال الناس من غير حلها، وينفقها في غير طاعة الله، ويكذبني ويكذب أخي ووزيري، ويحسد ابنتي عن حقها، فتدعو الله عز وجل عليه فيستجيب دعاءها في مثل هذا اليوم. قال حذيفة: فقلت: يا رسول الله صلى الله عليه وآله فادع ربك ليهلكه في حياتك، فقال رسول الله صلى الله عليه وآله: يا حذيفة لا أحب أن أجترئ على قضاء الله عز وجل لما قد سبق في علمه… فأوحى الله إلى جل من قائل يا محمد إنه كان في سابق علمي أن تمسك وأهل بيتك محن الدنيا وبلاؤها، وظلم المنافقين والغاصبين من عبادي، من نصحت لهم و خانوك، ومحضت لهم وغشوك، وصافيتهم وكشحوك، وأرضيتهم وكذبوك، وجنيتهم وأسلموك، فانى بحولي وقوتي وسلطاني لأفتحن على من يغصب بعدك عليا وصيك حقا ألف باب من النيران من أسفل الفيلوق ولأصلينه وأصحابه قعرا يشرف عليه إبليس آدم فيلعنه، ولأجعلن ذلك المنافق عبرة في القيامة كفراعنة الأنبياء وأعداء الدين في المحشر، ولأحشرنهم وأولياءهم وجميع الظلمة والمنافقين إلى جهنم زرقا كالحين، أذلة حيارى نادمين، ولأضلنهم فيها أبد الابدين. يا محمد إن مرافقك ووصيك في منزلتك يمسه البلوى، من فرعونه وغاصبه الذي يجترئ ويبدل كلامي ويشرك بي ويصد الناس عن سبيلي وينصب من نفسه عجلا لامتك وصيك حقا ألف باب من النيران من أسفل الفيلوق ولأصلينه وأصحابه قعرا يشرف عليه إبليس آدم فيلعنه، ولأجعلن ذلك المنافق عبرة في القيامة كفراعنة الأنبياء وأعداء الدين في المحشر، ولأحشرنهم وأولياءهم وجميع الظلمة والمنافقين إلى جهنم زرقا كالحين، أذلة حيارى نادمين، ولأضلنهم فيها أبد الابدين. يا محمد إن مرافقك ووصيك في منزلتك يمسه البلوى، من فرعونه وغاصبه الذي يجترئ ويبدل كلامي ويشرك بي ويصد الناس عن سبيلي وينصب من نفسه عجلا لامتك… قال حذيفة: ثم قام رسول الله صلى الله عليه وآله فدخل بيت أم سلمة رضي الله عنها ورجعت عنه وأنا غير شاك في أمر الثاني حتى رأيت بعد وفاة رسول الله صلى الله عليه وآله وأتيح الشر وعاود الكفر، وارتد عن الدين، وشمر للملك، وحرف القرآن، وأحرق بيت الوحي، وابتدع السنن وغيرها وغير الملة ونقل السنة، ورد شهادة أمير المؤمنين عليه السلام، وكذب فاطمة بنت رسول الله، واغتصب فدك منها وأرضى اليهود والنصارى والمجوس، وأسخط قرة عين المصطفى ولم يرضها، وغير السنن كلها، ودبر على قتل أمير المؤمنين عليه السلام وأظهر الجور، وحرم ما حلله الله و حلل ما حرم الله وأبقى الناس أن يحتذوا النقد من جلود الإبل، ولطم وجه الزكية عليها السلام، وصعد منبر رسول الله صلى الله عيله وآله ظلما وعدوانا وافترى على أمير المؤمنين وعانده وسفه رأيه
“ Seyid b. Tavus “Zəvaidul-Fəvaid kitabında deyir: “İbn Əbül-Əla əl-Həmədani əl-Vasiti və Yəhya b. Məhəmməd b. Huveyc əl-Bağdadi dedi: “Xəttabın oğlu[1] barədə mübahisə etdik və onun barəsində şəkkə düşdük. Buna görə də, Əbül-Həsən əl-Əsgərin (ə.s) səhabəsi olan Əhməd b. İshaq əl-Qumminin (r.a) yanına Qum şəhərinə getdik… (Əhməd b. İshaq (r.a) imam Həsən Əsğərinin (ə.s) ona dediklərini danışır). Peyğəmbər (s) buyurub: “Bu gün[2],elə bir gündür ki, Əhli-Beytə (ə.s) fironluq edən şəxsin, onlara zülm edib haqlarını qəsb edən şəxs məhv olacaq. Bu elə bir gündür ki, bu gün Allah (c.c) onların etdikləri əməllərini bir anda kiçik zərrələrə döndərəcək”. Huzeyfə (r.a) deyir: “Ey Allahın Rəsulu (s), bu haramları edəcək şəxs sənin ümmətinin və əshabının içindədir?” Peyğəmbər (s) dedi: “Bəli, ey Huzeyfə. Münafiqlərdən olan bir büt (bunları edəcək). O, onlara başçılıq edəcək. Ümmətim içərisində  yuxudan[3] istifadə edəcək. Üzərində rüsvayçılıq qamçısı daşıyacaq. İnsanları Allahın (c.c) yolundan saxlayacaq[4]. Allahın (c.c) kitabını təhrif edəcək,[5] mənim sünnəmi dəyişəcək. Övladlarımın irsinin üstünə çökəcək.[6] Özünün elmli olduğunu iddia edəcək. Məndən sonra, onun imamı olan[7] şəxsə qarşı çıxacaq. Camaatın mallarını halal olmadığı halda, əllərindən alacaq, onu Allaha (c.c) itaət olmayan yerlərdə xərcləyəcək. Məni təkzib edəcək, mənim xəlifəmi və vəzirimi təkzib edəcək. Qızımın haqqına göz dikəcək. Qızım da izzət və cəlal sahibi Allaha onun barəsində qarğış edəcək. Allah (c.c) onun qarğışını belə bir gündə qəbul edəcək”. Huzeyfə (r.a) dedi: “Ey Allahın Rəsulu (s), Rəbbinə dua et ki, onu sən həyatda ikən həlak etsin”. Allah Rəsulu (s) buyurdu: “Ey Huzeyfə, (bu iş) artıq izzət və cəlal sahibi olan Allahın elmində təqdir edildiyi üçün, Onun (c.c) qəzavü-qədəri qarşısında cürət etmək istəmirəm”… Allah (c.c) mənə vəhy edib dedi: “Ya Məhəmməd, mənim elmi-sabiqimdə belə bir şey vardır ki, sənə və sənin Əhli-Beytinə dünya möhnətləri[8] və bəlaları üz gətirəcək. Qullarımdan olan münafiqlər və qəsbkarlar sizə zülm edəcəklər. O şəxslər ki, sən onlara nəsihət etdin, onlar isə sənə xəyanət etdilər. Sən onlarla səmimi oldun, onlar sənə qarşı iki üzlülük etdilər. Sən onlarla xoş davrandın, onlar səninlə düşmənçilik etdilər. Sən onları razı saldın, onlar səni təkzib etdilər. Sən onlardan götürdün, onlar səni tərk etdilər[9]”. Mən (c.c) öz güc, qüvvəm və qüdrətimlə səndən sonra sənin vəsin olan Əlinin (ə.s) haqqını qəsb edən şəxs üçün “Feyluq”-un ən dibində oddan olan min qapı açacağam. Onu və onun əshabını, elə bir quyuya atacağam ki, İblis oraya baxanda ona lənət oxuyacaq. Mən peyğəmbərlərə (ə.s) zülm edənləri və din düşmənlərini məhşərdə (başqalarına) ibrət etdiyim kimi, o münafiqi də, qiyamət günü (başqalarına) ibrət edəcəm. Onları, onların dostlarını və bütün zalım və münafiqləri rəngləri qaçmış, qaşqabaqlı, zəlil, sərgərdan və peşman bir şəkildə cəhənnəmdə toplayacam. Onları, əbədi olaraq zəlil edəcəm. Ey Məhəmməd, sənin dostun və vəsinə bir firon və qəsbkar tərəfindən bəlalar üz gətirəcək. O, elə bir şəxsdir ki, cürət edib Mənim sözümü dəyişəcək, Mənə şərik qoşacaq, insanları Mənim yolumdan uzaq salacaq və sənin ümmətin üçün bir “buzov” düzəldəcək…Huzeyfə (r.a) dedi: “Sonra, Allah Rəsulu (s) qalxıb Ümmü-Sələmənin (r.a) evinə getdi. Mən də, qayıtdım. Bu zaman, mən ikincinin[10] barəsində heç bir şübhə etmirdim. Ta ki, Allah Rəsulu (s) vəfat etdiyi zaman, bu vaxt şərrə fürsət açıldı. O[11], yenidən küfrə qayıtdı, dindən döndü, dini dəyişdi, sünnəni çevirdi. Əmirəl-Mömininin (ə.s) şəhadətini rədd etdi[12]. Allah Rəsulunun (s) qızı xanım Fatiməni (s.ə) təkzib etdi. Fədəki onun əlindən alıb qəsb etdi. Beləcə, (bu əməlləri ilə) yəhudiləri, xristianları və məcusiləri[13] razı saldı. Mustəfanın (s) gözünün nurunu qəzəbləndirdi və onun narazılığına səbəb oldu. Bütün sünnələri dəyişdi. Əmirəl-Möminini (ə.s) öldürmək üçün, plan qurdu və zülmləri aşar olundu. Allahın (c.c) halal etdiyini haram etdi, haram etdiyini də halal etdi. Zəkiyyənin (s.ə)[14] üzünə sillə vurdu. Zülm ilə və düşməncəsinə Allah Rəsulunun (s) minbərinə çıxdı. Əmirəl-Mömininə (ə.s) iftira atdı, ona qarşı çıxdı və onun sözlərini dəyərsiz[15] hesab etdi”.
 
Əllamə Məhəmməd Baqir Məclisi Əhməd b. Abdullah əl-Məruf, “Biharul-Ənvar əl-Camiətu lidurar əxbarul-Əimmətul-Əthar aleyhumus-Səlam” kitabı, 95-ci cild, 351-354-cü səhifələr, 13-cü bab, 1-ci hədis, Təhqiq: Seyid İbrahim Məyanci və Məhəmməd Baqir Bəhbudi, Nəşr: “Dar ihyaut-Turasul-Arabi”, Beyrut, Lübnan, 1403/1983, 3-cü çap (kitabı yükləmək üçün ünvan)
Online mənbə
 
Rəvayətin sənədinin araşdırılması:

 

Seyid Milaninin (h.a) ofisindən gələn cavab:
milani

رواية أحمد بن اسحاق مقبولة عند العلماء معمولُ بها منهم
“Əhməd b. İshaqın rəvayəti alimlər yanında məqbuldur və ona əməl edilir”.
 
Seyid Əli Hüseyn əl-Milaninin ofisi (online mənbə)
 
Beləliklə, hədisi məqbul hesab etməkdə heç bir problem yoxdur.
 
Əllamə Məclisi (r.a) həmin kitabın digər cildində yazır:
bihar c98 üz1bihar 44
أقول وجدت بخط الشيخ محمد بن علي الجبعي نقلا من خط الشهيد رفع الله درجته نقلا من مصباح الشيخ أبي منصور طاب ثراه قال روي أنه دخل النبي يوما إلى فاطمة فهيأت له طعاما من تمر و قرص و سمن فاجتمعوا على الأكل هو و علي و فاطمة و الحسن و الحسين فلما أكلوا سجد رسول الله (ص) و أطال سجوده ثم بكى ثم ضحك ثم جلس و كان أجرأهم في الكلام علي فقال يا رسول الله رأينا منك اليوم ما لم نره قبل ذلك فقال إني لما أكلت معكم فرحت و سررت بسلامتكم و اجتماعكم فسجدت لله تعالى شكرا فهبط جبرئيل يقول سجدت شكرا لفرحك بأهلك فقلت نعم فقال أ لا أخبرك بما يجري عليهم بعدك فقلت بلى يا أخي يا جبرئيل فقال أما ابنتك فهي أول أهلك لحاقا بك بعد أن تظلم و يؤخذ حقها و تمنع إرثها و يظلم بعلها و يكسر ضلعها و أما ابن عمك فيظلم و يمنع حقه و يقتل و أما الحسن فإنه يظلم و يمنع حقه و يقتل بالسم و أما الحسين فإنه يظلم و يمنع حقه و تقتل عترته و تطئوه الخيول و ينهب رحله و تسبى نساؤه و ذراريه و يدفن مرملا بدمه و يدفنه الغرباء فبكيت و قلت و هل يزوره أحد قال يزوره الغرباء قلت فما لمن زاره من الثواب قال يكتب له ثواب ألف حجة و ألف عمرة كلها معك فضحك .
“Mən (Məclisi) deyirəm: “Şeyx Məhəmməd b. Əli əl-Cəbəinin xətti ilə gördüm ki, Şəhidin (Allah məqamını ucaltsın) xəttindən, o da Şeyx Əbu Mənsurun (torpağı yumşaq olsun) “Misbah” kitabından nəql edərək deyir: “Rəvayət olunur ki, bir gün Peyğəmbər (s) Fatimənin (s.ə) yanına gəldi. Xanım Fatimə (s.ə) onun üçün xurmadan, kökədən və yağdan ibarət bir yemək hazırladı. Peyğəmbər (s), Əli (ə.s), Fatimə (s.ə), Həsən (ə.s) və Hüseyn (ə.s) yeməyin ətrafına cəm oldular. Elə ki, yeməyi yeyib qurtardılar Allah Rəsulu (s) səcdə etdi və səcdəsini uzatdı. Sonra ağladı, sonra isə, güldü və oturdu. Onların içərisində Peyğəmbərlə (s) danışmaqda ən cəsarətli şəxs Əli (ə.s) idi. Buna görə də, Əli (ə.s) Peyğəmbərə (s) dedi: “Ya Rəsulallah (s), bu gün sizdən elə bir şey gördük ki, bundan əvvəl görməmişdik”. Peyğəmbər (s) buyurdu: “Mən sizinlə yemək yediyim zaman, sizin əminamalığınız və bir yerə cəm olmağınıza görə sevinib şad oldum. Şükr olaraq Allaha (c.c) səcdə etdim. Bu zaman Cəbrayıl (ə.s) enib dedi: “Ailənə görə şad olduğun üçün səcdə etdin?” Peyğəmbər (s) dedi: “Bəli”. Cəbrayıl (ə.s) dedi: “Səni səndən sonra onların başına gələcəklərdən xəbərdar edimmi?” Peyğəmbər (s) dedi: “Bəli ey qardaşım Cəbrayıl”. Cəbrayıl (ə.s) dedi: “Qızın Fatimə (s.ə) ailə üzvlərinin içərisində sənə qovuşacaq ilk şəxsdir. Ona zülm ediləcək, haqqı əlindən alınacaq, irsinə mane olacaqlar, ərinə zülm olunacaq və qabırğası sındırılacaq. Əmin oğluna gəlincə, ona da zülm ediləcək, haqqından məhrum ediləcək və öldürüləcək. Həsənə (ə.s) gəlincə, ona zülm ediləcək, haqqından məhurm ediləcək və zəhərlə öldürüləcək. Hüseynə (ə.s) gəlincə isə, ona zülm ediləcək, haqqından məhrum ediləcək, ailəsi qətlə yetiriləcək, atlar onu tapdayacaq. Yükləri soyulacaq[23], qadınları və uşaqları əsir alınacaq. Qanına bulaşmış şəkildə dəfn ediləcək. Onu qəriblər dəfn edəcək”. Bundan sonra mən ağladım və dedim: “Onu kimsə ziyarət edəcək?” Cəbrayıl (ə.s) dedi: “Onu qəriblər ziyarət edəcək”. Peyğəmbər (s): “Onu ziyarət edənin nə qədər savabı var?” Cəbrayıl (ə.s) dedi: “Onu ziyarət edənə səninlə birgə yerinə yetirilmiş min həccin və min ümrənin savabı yazılacaq”. Bundan sonra mən güldüm”.
 
Əllamə Məhəmməd Baqir Məclisi Əhməd b. Abdullah əl-Məruf, “Biharul-Ənvar əl-Camiətu lidurar əxbarul-Əimmətul-Əthar aleyhumus-Səlam” kitabı, 98-ci cild, 44-cü səhifə, 84-cü hədis, Təhqiq: Məhəmməd Mehdi Seyid Həsən Musəvi əl-Xorasani, Seyid İbrahim Məyanci və Məhəmməd Baqir Bəhbudi, Nəşr: “Muəssətul-Vəfa”, Beyrut, Lübnan, 1403/1983,  2-ci çap (kitabı yükləmək üçün ünvan) 
Online mənbə
 
Qeyd olunan rəvayət, sənədsiz şəkildə “rəvayət olunur” ləfzi ilə, qeyd olunmuşdur.
 
Şeyx Səduq (r.a) yazır:
əmali səduq c1 üz1 əmali səduq c1 üz2 əmali səduq c1 üz3 əmali 105
حدثنا محمد بن الحسن بن أحمد بن الوليد، قال: حدثنا أحمد بن إدريس ومحمد بن يحيى العطار جميعا، عن محمد بن أحمد بن يحيى بن عمران الأشعري، قال: حدثنا أبو عبد الله الرازي، عن الحسن بن علي بن أبي حمزة، عن سيف بن عميرة، عن محمد بن عتبة، عن محمد بن عبد الرحمن، عن أبيه، عن علي بن أبي طالب (عليه السلام)، قال: بينا أنا وفاطمة والحسن والحسين عند رسول الله (صلى الله عليه وآله)، إذا التفت إلينا فبكى، فقلت: ما يبكيك يا رسول الله؟ فقال: أبكي مما يصنع بكم بعدي. فقلت: وما ذاك يا رسول الله؟ قال: أبكي من ضربتك على القرن، ولطم فاطمة خدها، وطعنة الحسن في الفخذ، والسم الذي يسقى، وقتل الحسين. قال: فبكى أهل البيت جميعا، فقلت: يا رسول الله، ما خلقنا ربنا إلا للبلاء! قال: ابشر يا علي، فإن الله عز وجل قد عهد إلي أنه لا يحبك إلا مؤمن، ولا يبغضك إلا منافق
“Bizə Məhəmməd b. əl-Həsən b. Əhməd b. əl-Vəlid rəvayət etdi və dedi: “Bizə Əhməd b. İdris və Məhəmməd b. Yəhya əl-Əttar hər ikisi rəvayət edərək dedi: “Məhəmməd b. Əhməd b. Yəhya b. İmran əl-Əşəri dedi: “Bizə Əbu Əbdullah ər-Razi rəvayət etdi və dedi: “Həsən b. Əli b. Əbi Həmzə, o Seyf b. Umeyrdən, o da Məhəmməd b. Ətibədən, o da Məhəmməd b. Əbdür-Rəhmandan, o da atasından, o da Əli b. Əbi Talibdən (ə.s) rəvayət edərək dedi: “Bir dəfə mən, Fatimə (s.ə), Həsən (ə.s) və Hüseyn (ə.s) Allah Rəsulunun (s) yanında idik. Bu zaman, Peyğəmbər (s) bizə baxıb ağlamağa başladı. Mən dedim: “Ey Allahın Rəsulu (s), nədir sizi ağladan?” Peyğəmbər (s) buyurdu: “Məndən sonra sizə ediləcəklərə görə ağlayıram”. Dedim: “Nədir onlar ey Allahın Rəsulu (s)?” Peyğəmbər (s) buyurdu: “Sənin başından vurulmağına görə, Fatimənin (s.ə) üzünə sillə vurulmasına görə, Həsənin (ə.s) ayağından xəncərlənməsinə görə və ona veriləcək zəhərə görə, Hüseynin (ə.s) isə, qətlə yetirilməsinə görə ağlayıram”. Ravi dedi: “Bundan sonra bütün Əhli-Beyt (ə.s) ağladı”. Hz.Əli (ə.s) dedi: “Ya Rəsulallah (s), Rəbbimiz (c.c) bizi yalnız bəla üçün yaradıb[24].” Peyğəmbər (s) buyurdu: “Müjdə olsun sənə ey Əli, izzət və cəlal sahibi olan Allah mənə əhd edib ki[25], səni yalnız mömin sevər və sənə yalnız münafiq nifrət edər.”
 
Şeyx Səduq Əbu Cəfər Məhəmməd b. Əli b. Hüseyn b.Musa b. Babaveyh əl-Qummi, “Əl-Əmali” kitabı, 1-ci cild, 105-ci səhifə, 28-ci bab, 2-ci hədis, Təhqiq: Şeyx Hüseyn əl-Ələmi, Nəşr: “Muəssətul-Aləmi”, Beyrut, Lübnan, 1430/2009, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
 
Hədisin sənədində olan Əbu Əbdullah ər-Razi və Həsən b. Əli b. Əbi Həmzə zəif ravilərdir.
 
Şeyx Səduq (r.a) həmin kitabın digər səhifəsində yazır:
əmali 90 əmali 91
 
Rəvayət uzun olduğundan əsas hissəni təqdim edirik
حدثنا : علي بن أحمد بن موسى الدقاق ( رحمه الله ) ، قال : حدثنا : محمد ابن أبي عبد الله الكوفي ، قال : حدثنا : موسى بن عمران النخعي ، عن عمه الحسين بن يزيد النوفلي ، عن الحسن بن علي بن أبي حمزة ، عن أبيه ، عن سعيد بن جبير ، عن ابن عباس ، قال : إن رسول الله (ص) كان جالساً …قال: …. وإني لما رأيتها ذكرت ما يصنع بها بعدي ، كأني بها وقد دخل الذل بيتها ، وانتهكت حرمتها ، وغصبت حقها ، ومنعت إرثها ، وكسر جنبها ، وأسقطت جنينها ، وهي تنادي : يا محمداه ، فلا تجاب ، وتستغيث فلا تغاث ، فلا تزال بعدي محزونة مكروبة باكية ، تتذكر انقطاع الوحي عن بيتها مرة ، وتتذكر فراقي أخرى ، وتستوحش إذا جنها الليل لفقد صوتي الذي كانت تستمع إليه إذا تهجدت بالقرآن ، ثم ترى نفسها ذليلة بعد أن كانت في أيام أبيها عزيزة
“Bizə Əli b. Əhməd b. Musa əd-Dəqaqi (r.a) rəvayət etdi və dedi: “Bizə Məhəmməd b. Əbu Abdullah əl-Kufi rəvayət etdi və dedi: “Bizə Musa b. İmran ən-Nəxai rəvayət etdi və dedi: “Əmim əl-Hüseyn b. Yezid ən-Nufəlidən, o əl-Həsən b. Əli b. Əbi Həmzədən, o da atasından, o da Səid b. Cubeyrdən, o da İbn Abbasdan (ə.s) rəvayət edərək dedi: “İslam Peyğəmbəri (s) əyləşmişdi… Peyğəmbər (s) dedi: ”Mən qızım Fatiməni (s) görəndə onun başına gələcək müsibətləri xatırlayıram, mən onun evinə zillətin girəcəyini, heysiyyətinin aradan aparılmasını, haqqının qəsb edilməsini, irsindən məhrum olmasını, qabırğasının sınmasını, övladının siqt olmasını görürəm, O, uca səslə “ya Məhəmməd” deyib insanları köməyə çağıracaq, amma heç kəs ona cavab verməyəcək, yardım istəyəcək heç kəs ona kömək etməyəcək. Məndən sonra çox qəm-qüssə olacaq, evindən vəhyin kəsilməyini yadına salacaq, məndən ayrılmağını yad edəcək. Gecə gəldikdə isə, qorxu iztirab içində olacaq. Mənim gecələr Quran oxuduğum günləri yad edəcək.Mənim vaxtımda əziz olduğu halda, indi zəlil olduğunu görəcək”.
 
Şeyx Səduq Əbu Cəfər Məhəmməd b. Əli b. Hüseyn b. Musa b. Babaveyh əl-Qummi, “Əl-Əmali” kitabı, 1-ci cild, 90,91-ci səhifələr, 24-cü bab, 2-ci hədis, Təhqiq: Şeyx Hüseyn əl-Ələmi, Nəşr: “Muəssətul-Aləmi”, Beyrut, Lübnan, 1430/2009, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
 
Hədisin sənədində olan Həsən b. Əli b. Əbi Həmzə və atası Əli b. Əbi Həmzə adlı ravilər zəif, yalançı, lənətlənmiş şəxslərdir.
 
Şeyx Tusi (r.a) yazır:
əmali c1 üz1 əmali c1 üz2 əmali c1 üz3əmali tusi 292

وبهذا الاسناد قال:] أخبرنا محمد بن محمد، قال: أخبرنا أبو جعفر محمد بن علي بن موسى بن بابويه، قال: حدثني أبي، قال: حدثنا أحمد بن إدريس، قال: حدثنا محمد ابن عبد الجبار، قال: حدثنا ابن أبي عمير، عن أبان بن عثمان، عن أبان بن تغلب، عن عكرمة، عن عبد الله بن العباس، قال: لما حضرت رسول الله (صلى الله عليه وآله) الوفاة بكى حتى بلت دموعه لحيته، فقيل له: يا رسول الله، ما يبكيك؟ فقال: أبكي لذريتي، وما تصنع بهم شرار أمتي من بعدي، كأني بفاطمة ابنتي وقد ظلمت بعدي وهي تنادي ” يا أبتاه، يا أبتاه ” فلا يعينها أحد من أمتي. فسمعت ذلك فاطمة (عليهما السلام) فبكت، فقال لها رسول الله (صلى الله عليه وآله). لا تبكين. يا بنية. فقالت: لست أبكي لما يصنع بي من بعدك ولكن أبكي لفراقك، يا رسول الله. فقال لها: أبشري يا بنت محمد بسرعة اللحاق بي، فإنك أول من يلحق بي من أهل بيتي
“(Eyni sənəd ilə rəvayət olunur) “Bizə Məhəmməd b. Məhəmməd xəbər verdi və dedi: “Bizə Əbu Cəfər Məhəmməd b. Əli b. Musa b. Babaveyh rəvayət etdi və dedi: “Mənə Atam (r.a) rəvayət etdi və dedi: “Bizə Əhməd b. İdris rəvayət etdi və dedi: “Bizə Məhəmməd b. Əbdül-Cəbbar rəvayət etdi və dedi: “Bizə Əbi Umeyr rəvayət etdi və dedi: “Əban b. Osmandan, o Əban b. Təğlibdən, o da İkrimədən, o da Abdullah b. Abbasdan (ə.) rəvayət edərək deyir: “Peyğəmbər (s) ölüm yatağında olarkən ağladı. Onun göz yaşları saqqalını islatdı. Peyğəmbərdən (s) ağlamağının səbəbini soruşdular. Bu zaman, Peyğəmbər (s) buyurdu: “Mən öz zürriyyəmə məndən sonra ümmətimin ən şərr insanları tərəfindən edilən zülmlərə görə ağlayıram. Elə bil məndən sonra qızım Fatiməyə (s.ə) edilən zülmləri görürəm. O, “Atacan, atacan” deyə nida edər, lakin mənim ümmətimdən heç kim ona kömək etməz. Fatimə (s.ə) bunu eşitdi və ağladı. Peyğəmbər (s) ona belə buyurdu: “Qızım, ağlama”. Xanım Fatimə (s) belə cavab verdi: “Mən səndən sonra mənə edilən zülmlərə görə ağlamıram. Mən səndən ayrılığıma görə ağlayıram ey Allahın (c.c) rəsulu”. Peyğəmbər (s) buyurdu: “Ey Məhəmmədin (s) qızı, sənə tezliklə mənə qovuşacağın barədə müjdə verirəm. Sən Əhli-beytimdən (ə.s) mənə ən tez qovuşanısan”.
 
Şeyxut-Taifə Əbu Cəfər ət-Tusi Məhəmməd b. Həsən b. Əli, “Əl-Əmali” kitabı, 1-ci cild,7-ci bab, 292-ci səhifə, 18-ci hədis, Təhqiq və təshih: Bəhrad Cəfəri və Ustad Əli Əkbər əl-Ğəffari, Nəşr: “Darul-Kutubul-İslamiyyə”, İran, Tehran, hicri 1381-ci il, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
 
Hədisin sənədində olan İkrimə adlı ravi zəifdir.
 
Süleym b. Qeys (r.a) yazır:
süleym c1 üz1 süleym c1 üz2 süleym c1 üz3süleym 435

 

سليم، قال: لما قتل الحسين بن علي عليه السلام بكى ابن عباس بكاء شديدا، ثم قال: ما لقيت هذه الأمة بعد نبيها اللهم إني أشهدك أني لعلي بن أبي طالب ولي ولولده، ومن عدوه وعدوهم برئ، وإني أسلم لأمرهم. لقد دخلت على علي عليه السلام بذي قار، فأخرج إلي صحيفة وقال لي: يا بن عباس، هذه صحيفة أملاها علي رسول الله صلى الله عليه وآله وخطي بيدي. فقلت: يا أمير المؤمنين، إقرأها علي فقرأها، فإذا فيها كل شئ كان منذ قبض رسول الله صلى الله عليه وآله إلى مقتل الحسين عليه السلام وكيف يقتل ومن يقتله ومن ينصره ومن يستشهد معه. فبكى بكاء شديدا وأبكاني. فكان فيما قرأه علي: كيف يصنع به وكيف يستشهد فاطمة وكيف يستشهد الحسن ابنه وكيف تغدر به الأمة
”Süleym (r.a) dedi: “Hüseyn b. Əli (ə.s) öldürüləndə İbn Abbas (ə.s) şiddətlə ağladı və sonra dedi: “Bu ümmət Peyğəmbərindən (s) sonra nələrlə üzləşdi. Allahım (c.c) şahid ol, mən Əli b. Əbu Talibin (ə.s) və oğlunun vilayətini qəbul edənlə dost, oğlunun övladlarına düşmən olanlarla düşmənəm. Onların əmrinə təsliməm. Mən Ziqarda[26] Peyğəmbərin (s) əmisi oğlu Əli b. Əbu Talibin (ə.s) yanına gəldim. O, mənim üçün bir səhifə gətirdi. Hz.Əli (ə.s) dedi: “Ey İbn Abbas, bu səhifə Peyğəmbərin (s) imlasıdır ki, bunu öz əlimlə yazmışam. İbn Abbas (ə.s) dedi: “Ey Əmirəl-Möminin onu mənim üçün oxu”. Hz.Əli (ə.s) həmin səhifəni oxudu.  Səhifədə Peyğəmbərin (s) vəfatından Hüseynin (ə.s) şəhadətinə qədər hər bir şey var idi. Necə öldürüləcək, kim öldürəcək, kim kömək edəcək, kimlər onunla birlikdə şəhid olacaq. Sonra, Əli (ə.s) şiddətlə ağladı və mən də ağladım. Hz.Əli (ə.s) ona necə rəftar edəcəklərini, Fatimənin (s.ə) necə şəhid ediləcəyini, Hüseynin (ə.s) necə şəhid ediləcəyi, bu ümmətin ona necə xəyanət etməsini oxudu”.
 
Əbu Sadiq Süleym b. Qeys əl-Hilali əl-Əmiri, “Kitəbu Süleym ibn Qeys əl-Hilali” kitabı, 1-ci cild, 435-ci səhifə, Təhqiq: Məhəmməd Baqir əl-Ənsari, əz-Zəncani, əl-Xuini, Nəşr: “Əl-Hadi”, İran, Qum, hicri 1420-ci il, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə
 
Süleym b. Qeysin (r.a) kitabı barədə olan şübhələrin cavabı “Şübhələrə cavab” bölmündə qeyd olunacaqdır.
 
Müsibətlərin Cəbrayıl (ə.s) tərəfindən Əhli-Beytə (ə.s) xəbər verilməsi
 
Şeyx Kuleyni (r.a) yazır:
kafi üz1 kafi c1 üz2 kafi üz3 kafi 291

محمد بن يحيى، عن أحمد بن محمد، عن ابن محبوب، عن ابن رئاب، عن أبي عبيدة، عن أبي عبد الله عليه السلام قال: إن فاطمة عليها السلام مكثت بعد رسول الله صلى الله عليه وآله خمسة وسبعين يوما وكان دخلها حزن شديد على أبيها وكان يأتيها جبرئيل فيحسن عزاء ها على أبيها ويطيب نفسها ويخبرها عن أبيها ومكانه ويخبرها بما يكون بعدها في ذريتها وكان علي عليه السلام يكتب ذلك
“Məhəmməd b. Yəhyadan, o Əhməd b. Məhmməddən, o da İbn Məcubdan, o da İbn Raəbdən, o da Əbu Ubeydədən, o da Əbu Əbdullahdan (ə.s) rəvayət edərək dedi: “Xanım Fatimə (s.ə) Peyğəmbərin (s) vəfatından sonra 75 gün yaşadı. Atasının (s) vəfatı səbəbi ilə, böyük bir kədər içində idi. Cəbrayıl (ə.s) onun (s.ə) yanına gəlib, atasının ölümünə görə təsəlli verirdi və könlünü xoş tuturdu. Atasından (s) və onun (s) olduğu yerdən xəbərlər gətirirdi. Özündən (s) sonra zurriyətinin başına gələcək hadisələri xəbər verirdi. İmam Əli də (ə.s) bu hadisələri yazırdı”.
 
Əbu Cəfər əl-Kuleyni Məhəmməd b. Yaqub b. İshaq, “Əl-Kafi” kitabı, 1-ci cild, 291-ci səhifə, 171-ci bab, 1-ci hədis, Nəşr: “Mənşuratul-Fəcr”, Beyrut, Lübnan, 1428/2007, 1-ci çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

 

Rəvayətin sənədinin araşdırılması:
Rəvayətin sənədi səhihdir. Həmçinin, Əllamə Məclisi də (r.a) bu hədisə səhih hökmünü vermişdir.

 

mirat c5 üz1 mirat c5 üz2 mirat c5 üz3mirat 314

Əllamə Məclisi (r.a) hədisi nəql etdikdən sonra, haşiyədə buyurur:
الحديث الأول صحيح
“Birinci hədis səhihdir”.
 
Əllamə Məhəmməd Baqir Məclisi Əhməd b. Abdullah əl-Məruf, “Miratul-Uqul fi şərhi əxbar alər-Risalə” kitabı, 5-ci cild, 314-cü səhifə, Nəşr: “Darul-Kutubul-İslamiyyə”, İran, Tehran, 3-cü çap (online pdf)
Kitabı yükləmək üçün ünvan
Online mənbə

____________________________

[1] Ömər
[2] Rəbiül-Əvvəl ayının 9-u
[3] Yuxu yozması ilə və yaxud şəxsi rəyi ilə
[4] Uzağlaşdıracaq
[5] Öz rəyinə əsasən təfsir edəcək
[6] Qəsb edəcək
[7] İmam Əliyə (ə.s)
[8] Əziyyətləri
[9] Onları şirk dərəsindən götürüb nura çıxardın, onlar isə bunu tərk etdilər
[10] İkinci xəlifə Ömər b. Xəttab
[11] İkinci xəlifə
[12] Xəlifə olmasını
[13] Atəşpərəstləri
[14] Xanım Zəhranın (s.ə)
[15] Səfehcəsinə, boş bir söz kimi
[16] Rical kitablarında qeyd olunan lakin, zəif və yaxud güvənilir olması məçhul olan şəxs
[17] Qəbul edilən
[18] Nəql edilməsi
[19] İnam,doğruluq
[20] Moizələrdə zikr etməsi, etiqad etməsi və.s
[21] Bu hədisə müvafiq olan hədisləri
[22] Fəqihlər arasında olan məşhur fikir
[23] Malları qarət olunacaq
[24] Bəlalar ilə imtahan olunmamıza görə yaradıb
[25 Buyurub ki
[26] Məkan adıdır

 

(c) beqiyyetullah.wordpress.com

В этом разделе