Əhli-beyt (ə.s) məktəbinə müxalif olan bir qrup insan Şeyx Kuleyninin (r) "əl-Kafi" kitabının guya tam şəkildə səhih olduğunu isbat etmək üçün kitabın bəzi nüsxələrinin müqəddiməsində bəzi mütərcimlər tərəfindən qeyd ediımiş və İmam Mehdiyə (a) nisbət verilmiş - «"əl-Kafi" şiələrimizə kifayətdir» hədisini gətirirlər.
Bu "dəlil"ə də ən çox istinad edənlərdən biri İhsan İlahi Zahir olmuşdur (Beyn əş-şiə və əhl əs-sunnə, s.13 və s.37). Çünki, bu insan şiələrə qarşı yazdığı böhtan dolu kitablarında əsasən zəif hədislərimizi dəlil olaraq təqdim etmişdir. Buna görə də, bu "dəlil" onun bir nömrəli köməkçisi kimi çıxış edirdi.
Dəyərli alimlərimiz isə bunun heç bir əsası olmadığını bildiriblər.
Əllamə Əskəri (r) yazır:
قول مجهول قائله أما ما قيل من أن المهدي ( ع ) قال : ان الكافي كاف لشيعتنا ، فانه قول مجهول راويه ولم يسم أحد اسمه ، ويدل على بطلانه تأليف مئات كتب الحديث بمدرسة أهل البيت بعد الكافي مثل : من لا يحضره الفقيه ، ومدينة العلم والتهذيب والاستبصار والبحار ووسائل الشيعة وجامع أحاديث الشيعة ، إلى غيرها
İmam Mehdi (ə)-dan "əl-Kafi" haqqinda nəql olunan: "Həqiqətən Kafi bizim şiələrimizə kifayətdir" hədisi, ravisi məchul olan və heç bir ravisinin adı çəkilməyən (hədislərdə gəlməyən) bir kəlamdır. Əhli-beyt (a) məktəbində "əl-Kafi"-dən sonra, "Mən la yəhzuruhul-Fəqih", "Mədinətul-Elm", "ət-Təhzib", "əl-İstibsar", "əl-Bihar", "Vəsailuş-şiə", "Cami əhadis əş-şiə" və s. kimi yüzlərlə kitabların yazılması bu hədisin batilliyinə dəlalət edir.
Əllamə Əskəri, Məalimul-Mədrəsəteyn, c.3, s.283
Dövrünün ən məhşur mühəddislərindən olan, mərhum Mühəddis Nuri (r) yazır:
وانه قال عنه : ( ان هذا كاف لشيعتنا ) فبين انه لا أصل له ولا أثر في مؤلفات أصحابنا ، ولم تأت به رواية قط لا صحيحة ولا ضعيفة
O ki, deyirlər "əl-Kafi bizim şiələrimizə kifayətdir" - bunun (kəlamın) əsli və əsası yoxdur. Və bu sözün havası (əsəri) bizim (şiə) alimlərinin başqa kitablarında gözə dəymir. Və heç bir səhih və ya zəif rəvayət bu barədə varid olmayıb.
Mühəddis Nuri, Xatəmitul-Müstədrək, c.1, s.39
Ayətullah Məkarim Şirazi yazır:
فقط یک عبارت در میان روایات شیعه دربارۀ تفسیر حرف کاف در ذیل آیۀ نخست سورۀ مریم یعنی (کهیعص) وجود دارد که امام صادق (علیه السلام) فرمود «کاف کاف لشیعتنا» یعنی حرف کاف در این آیه برای شیعیان ما کفایت می کند. و شاید عده ای از افراد نادان این عبارت را تحریف کرده و به صورت «الکافی کاف لشیعتنا» در آورده اند.
Məryəm surəsinin ilk ayəsinin təfsirinə aid İmam Sadiq (ə.s)-dan bir hədis vardır ki, İmam (ə.s) buyurur: "Kaf (hərfi) şiələrimizə kifayətdir". Yə`ni bu ayədəki "Kaf" hərfi bizim şiələrimizə kifayət edər. Lakin ola bilsin ki, bə`zi nadanlar bu sözü təhrif edərək "əl-Kafi şiələrimizə kifayətdir" şəklinə salmışlar.
Ayətullah Məkarim Şirazinin rəsmi internet səhifəsi
Seyyid Səid Rəşadi yazır:
"Kuleyni ilə İmam Zamanın (a.f) naibi arasında əlaqə olduğu barədə heç bir dəlil və sübut yoxdur. " əl-Kafi şiələrimizə kifayətdir" hədisinin sənədi məlum deyil."
Seyyid Səid Rəşadi, Hədis elmi, səh. 59