Fatimə (ə.s) haqqında iki rəvayət və sələfi iftirası

İslam düşmənləri bu rəvayətləri bizə qarşı istifadə edirlər:

Fatimənin yanına Peyğəmbər (s.a.s) gələrkən o ağlayırdı. O, ondan soruşdu: Niyə ağlayırsan?Allaha and olsun ki, əgər mənim qohumlarım arasında ondan daha yaxşısı olsa idi, mən ona səni verməzdim. Mən bunu deyil, Allah belə qərar verdi.”

Bir dəfə də Peyğəmbər (s.a.s) Bureyda ilə onun yanına gələndə onu ağlayan gördü. Peyğəmbər (s.a.s) soruşdu: “Niyə ağlayırsan qızım?”

Fatimə: “Az yemək,çox iş,çox dərdimiz var.” (“Kəşful ğummə” c.1,səh 149-150)

CAVAB:

Bu islam düşmənləri sanki şiələrə qarşı robot kimi yazı yazmaq üçün proqramlaşdırıblar. Başlarını qaldırıb yazdıqları şeyin hardan gəldikləri ilə də maraqlanmaq istəmirlər. Ya da qəsdən insanları çaşqınlığa salmaq üçün ən son variantlardan belə istifadə etməkdən çəkinmirlər.

Gəlin görək, "Kəşful-ğummə" kitabının 1-cildinin 149 və 150-ci səhifələrində (bəzi nəşrlərdə 147 və 148-ci səhifələrində) əslində nə yazılıb.

Birinci rəvayət:

نقلت من مناقب الخوارزمي عن بريدة قال : قال رسول الله (صلى الله عليه وآله وسلم) قم بنا يا بريدة نعود فاطمة فلما أن دخلنا عليها أبصرت أباها دمعت عيناها قال ما يبكيك يا ابنتي قالت قلة الطعم و كثرة الهم و شدة السقم قال لها أما و الله ما عند الله خير مما ترغبين إليه يا فاطمة أ ما ترضين أني زوجتك خير أمتي أقدمهم سلما و أكثرهم علما و أفضلهم حلما و الله إن ابنيك سيدا شباب أهل الجنة

Mənaqib əl-Xəvarizmidə Bureydədən nəql edilir ki, o dedi: .....

Onlayn mənbə: 1, 2

Görəsən Əbul-Fəth əl-İrbilinin bu rəvayəti başqa bir kitabdan nəql etməyini nə üçün gizlədiblər? Maraq nədən ibarətdir? "Mənaqib əl-Xəvarizmi" nə zamandan şiə kitabı olub? Bu rəvayəti həmçinin Əhməd b. Hənbəl özünün "Fəzailus-səhabə" kitabında (2/764) nəql etmişdir.

İkinci rəvayət:

و من مسند أحمد بن حنبل عن معقل بن يسار قال : وضأت النبي (صلى الله عليه وآله وسلم) ذات يوم فقال هل لك في فاطمة نعودها فقلت نعم فقام متوكئا علي فقال أما إنه سيحمل ثقلها غيرك و يكون أجرها لك قال فكأنه لم يكن علي شي‏ء حتى دخلنا على فاطمة فقال كيف تجدينك قالت و الله لقد اشتد حزني و اشتدت فاقتي و طال سقمي

"Musnəd Əhməd b. Hənbəl"də Maqil b. Yəsardan onun belə dediyi nəql edilir: .....

Onlayn mənbə: 1, 2

Yenə saxtakarlıq, yenə iftira. Gördüyünüz kimi, əl-İrbili bu hədisi də əhli-sünnə mənbəsindən nəql etmişdir.

Qeyd edək ki, bu rəvayətləri şiəyə qarşı istifadə edən islam düşmənləri (yazılarından gördüyüm qədərilə sələfidirlər) "Şiə mənbələrində Əhli Beytə tən etmə və təhqir" adı altından internetdə yayırlar. Deməli, belə çıxır ki, Əhli-beyt (ə.s)-ı təhqir edən elə əhli-sünnə mənbələri imiş.

Allah bizləri hər cür böhtan və iftiradan qorusun! Amin!

В этом разделе