Allah Rəsulunun (s) yalnız iki nəfər haqqında “Mənim bir parçamdır” deyə buyurduğu şəxsiyyətlər kimlərdir?

Allah Rəsulunun (s) yalnız iki nəfər haqqında “Mənim bir parçamdır” deyə buyurduğu şəxsiyyətlər kimlərdir?

Allah Rəsulu (s) “Bəzətu minni” (بَضْعَةٌ مِنِّي) — "mənim bir parçam" ifadəsini həm əziz qızı Xanım Fatimənin (s.ə) barəsində, həm də İmam Rzanın (ə) barəsində işlətmişdir. 

وقال النبي صلى الله عليه وآله وسلم: إن فاطمة بضعة مني، من آذاها فقد آذاني، ومن غاظها فقد غاظني، ومن سرها فقد سرني

Peyğəmbər (s) buyurub: “Həqiqətən, Fatimə (ə) mənim bir parçamdır. Kim onu incitsə, məni incitmişdir, kim onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir və kim onu sevindirsə, məni sevindirmişdir”.

Şeyx Səduq, “əl-Etiqadat”, bab 38, səhifə 339.


وقال رسول الله (صلى الله عليه وآله): ستدفن بضعة منى بأرض خراسان لا يزورها مؤمن إلا أوجب الله عز وجل له الجنة، وحرم جسده على النار.

Allah Rəsulu (s) buyurur: “Mənim bir parçam Xorasan torpağında dəfn olunacaq. Onu ziyarət edəcək elə bir mömin olmayacaq ki, Allah Cənnəti onun üçün vacib, bədənini isə cəhənnəm oduna haram etməsin”.

Şeyx İbn Fəttal, “Ravzatul-Vaizin”, səhifə 525, hədis 16.

 

В этом разделе