Allah Rəsulu (s.ə.a) : "Fatimə qəlbimin sevinci, onun iki oğlu qəlbimin meyvəsi..."

İbn Şazan əl-Qummi (Əbul-Həsən Muhəmməd ibn Əhməd ibn Əli ibn Həsən əl-Qummi) (Allah ona rəhmət etsin) “Miətu-mənqəbətin min mənqabi Əmiril-muminin Əli ibn Əbi Talib vəl-əimməti min vuldih” kitabında belə nəql edir:

حدثنا الحسن بن حمزة رحمه الله قال: حدثني علي بن محمد بن قتيبة، قال: حدثني الفضل بن شاذان، قال: حدثني محمد بن زياد، قال: حدثني جميل بن صالح، عن جعفر بن محمد، قال: حدثني أبي، عن أبيه، عن الحسين بن علي عليهم السلام قال: قال رسول الله صلى الله عليه وآله: فاطمة بهجة قلبي، وابناها ثمرة فؤادي، وبعلها نور بصري والائمة من ولدها امناء ربي، وحبله الممدود بينه وبين خلقه.من اعتصم به نجا، ومن تخلف عنه هوى

Bizə Həsən ibn Həmzə (Allah ona rəhmət etsin) nəql edib dedi: mənə Əli ibn Muhəmməd ibn Qüteybə nəql edib dedi: mənə Fəzl ibn Şazan nəql edib dedi: mənə Muhəmməd ibn Ziyad nəql edib dedi: mənə Cəmil ibn Saleh Cəfər ibn Muhəmməddən nəql edib dedi: mənə atam öz atasından, o da Hüseyn ibn Əlidən (əleyhimussəlam) nəql edib dedi:

“Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) buyurdu: “Fatimə qəlbimin sevinci, onun iki oğlu qəlbimin meyvəsi, onun həyat yoldaşı gözümün nuru, onun nəslindən olan imamlar isə Rəbbimin əmin şəxsləri və Rəbbimin Özü ilə məxluqatı arasında uzanmış ipidirlər. Kim bu ipdən yapışsa, nicat tapar, kim bu ipdən ayrı düşsə, azar.”

 

İbn Şazan, Miətu-mənqəbətin min mənqabi Əmiril-muminin, səh.103-104; "Ənsariyan" müəssisəsi, Qum, 2001

Hədisin raviləri etibarlı şəxslərdir və hədis mötəbərdir.