Rəsulullah (s.ə.a.s) Zeyd b. Harisin həyat yoldaşını çimərkən görür

İslam düşmənləri bu hədisi bizə qarşı istifadə edirlər:

Şeyx Saduq İmam Rzadan Əhzab-37 ayəsinin təfsirində yazır: “Peyğəmbər (s.a.s) Zeyd ibn Harisin evinə bir iş üçün getmişdi.Çatanda onun zövcəsi Zeynəbi çimərkən gördü və dedi: “Səni yardan Allah necə də Ucadır!” (“Uyun əxbər ər Riza” səh 112)

CAVAB:

Hədisin sənədi aşağıdakı kimidir:

حدثنا تميم بن عبد الله بن تميم القرشي رضي الله عنه قال حدثني أبي عن حمدان بن سليمان النيسابوري عن علي بن محمد بن الجهم قال

Mənə Təmim b. Abdullah b. Təmim əl-Qəraşi rəvayət etdi və dedi: atam mənə Həmdan b. Suleyman əl-Nisaburidən, o da Əli b. Muhəmməd b. əl-Cəhmidən onun belə dediyini rəvayət etdi...

HƏDİSİN SƏNƏDİNİN ARAŞDIRILMASI:

1. Təmim b. Abdullah b. Təmim əl-Qəraşi

I. Seyyid əl-Xoi deyib: Zəifdir. (Mucəm ricalul-hədis, c.4, s.285, h.1930)

Onlayn mənbə: 1

II. Əllamə Hilli "Xulasətul-əqval" kitabında (1/209) onun "zəif" olduğunu deyib. İbn Davud da (Rical ibn Davud, s.234, r.84) onun "zəif" olduğunu deyib. (Mirzə Muhəmməd b. Əli əl-Əstərabadi, Minhacul-məqal, c.3, s.106, r.895; Şeyx Abdullah əl-Maməqani, c.13, s.188, r3336)

Onlayn mənbə: 1a, 2a

2. Əli b. Muhəmməd b. əl-Cəhmi

Vəhabilərin irad tutduqları bu rəvayətin sonunda Şeyx Səduq (Uyun əxbar ər-Riza, 1/204) deyir:

هذا الْحَدِيثُ غَريبٌ مِن طَرِيق عَلِىِّ بْنِ مُحَمَّدِ بْنِ الجَهْمِ مَعَ نَصبِه وَبُغضِهِ وَعَداوَتِهِ لأهْلِ البِيْت‏ عَلَيْهِمُ السَّلاَمُ

Əli b. Muhəmməd əl-Cəhmi yolu ilə rəvayət olunan bu hədis qəribədir, çünki o, nasibidir və Əhli-beyt (ə.s)-a qarşı nifrəti və ədavəti var idi.

Onlayn mənbə: 1

NƏTİCƏ:

HƏDİS ZƏİFDİR.