Məhəmməd ibn Osman əl-Əmrinin Kəbənin yanında İmam Mehdi (ə.f) ilə görüşməsi

Şeyx əs-Səduq "Mən la yəhzuruhu əl-fəqih" cild 1, s'hif' 322-də nəql edir:

Şeyx əs-Səduqun “Mən la yəhzuruh əl-fəqih” kitabında nəql edilmiş rəvayətə görə Məhəmməd ibn Osman əl-Əmri Allah evinin kənarında Həzrət Hüccət ibn əl-Həsəni (əccəlallahu-fərəcəh) ziyarət etmişdir:

وَرُوِيَ عَنْ عَبْدِ اللَّهِ بْنِ جَعْفَرٍ الْحِمْيَرِيِّ أَنَّهُ قَالَ: سَأَلْتُ مُحَمَّدَ بْنَ عُثْمَانَ الْعَمْرِيَّ رَضِيَ اللَّهُ عَنْهُ فَقُلْتُ لَهُ رَأَيْتَ صَاحِبَ هَذَا الْأَمْرِ فَقَالَ نَعَمْ وَ آخِرُ عَهْدِي بِهِ عِنْدَ بَيْتِ اللَّهِ الْحَرَامِ وَهُوَ يَقُولُ اللَّهُمَّ أَنْجِزْ لِي مَا وَعَدْتَنِي.
-
قَالَ مُحَمَّدُ بْنُ عُثْمَانَ رَضِيَ اللَّهُ عَنْهُ وَأَرْضَاهُ‏ وَرَأَيْتُهُ مُتَعَلِّقاً بِأَسْتَارِ الْكَعْبَةِ فِي الْمُسْتَجَارِ وَهُوَ يَقُولُ- اللَّهُمَّ انْتَقِمْ لِي مِنْ أَعْدَائِكَ.

Abdullah ibn Cəfər əl-Himyəridən belə dediyi rəvayət olunur: Məhəmməd ibn Osman əl-Əmridən (radiallahu-anh) soruşdum: “Bu işin sahibini (İmam Mehdini - əccəlallahu fərəcəh) görmüsən?” Dedi: “Bəli. Sonuncu dəfə onu Allah evinin kənarında gördüm və belə dediyini eşitdim: “İlahi, mənə verdiyin vədə əməl et!”” Məhəmməd ibn Osman (radiallahu-anh)  sözünə belə davam etdi: “Gördüm ki, Həzrət (ə.f) Müstəcar rüknü tərəfdə Kəbə evinin pərdəsindən tutaraq belə deyir: “İlahi, mənim vasitəmlə Öz düşmənlərindən intiqam al!”

 

Fotoşəkil: Şeyx əs-Səduq, Mən la yəhzuruhu əl-fəqih, c.1, s.322; Mənşurat müəssisə əl-ilmi lil-mətbuat, Beyrut, 1406/1986; təshih və təliq: Şeyx Həsən əl-Aləmi