Qaimin İmam Hüseynin (ə) 9-cu övladı olması barədə Peyğəmbərin (s.ə.a) xəbər verməsi

Şeyx Səduq "əl-Xisal" kitabında səhih sənədlə Salman əl-Farsidən nəql edir ki, Peyğəmbər (səllallahu əleyhi və alihi) İmam Hüseyni (əleyhis-səlam) imam, imam övladı və imamlar atası kimi tanıtdırmışdır:

حَدَّثَنَا أَبِي رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنَا سَعْدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ أَبِي خَلَفٍ قَالَ حَدَّثَنِي يَعْقُوبُ بْنُ يَزِيدَ عَنْ حَمَّادِ بْنِ عِيسَى عَنْ عَبْدِ اللَّهِ بْنِ مُسْكَانَ عَنْ أَبَانِ بْنِ تَغْلِبَ عَنْ سُلَيْمِ بْنِ قَيْسٍ الْهِلَالِيِّ عَنْ سَلْمَانَ الْفَارِسِيِّ رَحِمَهُ اللَّهُ قَالَ: دَخَلْتُ عَلَى النَّبِيِّ صلى الله عليه وآله وإِذَا الْحُسَيْنُ عَلَى فَخِذَيْهِ وهُوَ يُقَبِّلُ عَيْنَيْهِ ويَلْثِمُ فَاهُ وهُوَ يَقُولُ أَنْتَ سَيِّدٌ ابْنُ سَيِّدٍ، أَنْتَ‏ إِمَامٌ‏ ابْنُ‏ إِمَامٍ،‏ أَبُو الْأَئِمَّةِ، أَنْتَ حُجَّةٌ ابْنُ حُجَّةٍ، أَبُو حُجَجٍ تِسْعَةٍ مِنْ صُلْبِكَ تَاسِعُهُمْ قَائِمُهُمْ.


Atam bizə hədis söylədi və dedi: Səd ibn Abdullah ibn Əbu Xələf bizə hədis söylədi və dedi: Yəqub ibn Yezid mənə Həmmad ibn İsadan, o da Abdullah ibn Muskandan, o da Əban ibn Təğlibdən, o da Suleym ibn Qeys əl-Hilalidən, o da Salman əl-Farsidən onun belə dediyini nəql edir: Peyğəmbərin (səllallahu əleyhi və alihi) yanında daxil oldum, gördüm ki, Hüseyn (əleyhis-səlam) onun dizinin üstündə oturub. Peyğəmbər (səllallahu əleyhi və alihi) onun gözlərini və dodaqlarını öpür və ona deyirdi: "Sən bu ümmətin seyyidi və bu ümmətin seyidinin oğlusan. Sən imam oğlu imam və İmamların atasısan. Sən hüccət oğlu hüccətsən və sənin sülbündən olan doqquz hüccətin atasısan. Onların doqquzuncusu Qaim olanlarıdır.1


1 Qiyam edəcək olanları.

 

Şeyx Səduq, əl-Xisal, c. 2, s. 475, Nəşr edən: Müqəddəs Qum şəhəri müəllimlər cəmiyyətinin tabeliyindəki "İslami nəşr" müəssisəsi, Qum; təhqiq: Əli Əsğər əl-Ğifari

Bu rəvayət Şeyx Mufidinin "əl-İxtisas" kitabında başqa sənədlə, "Əl-İmamə və ət-təbsirə" və "Kifayət əl-əsər" kitblarında isə Şeyx Səduqun sənədi ilə nəql olunmuşdur.

Bu rəvayətdən bir neçə mətləb ortaya çıxır:

1. İmam Hüseyn (əleyhis-səlam) imam və onun atası Həzrət Əli (əleyhis-səlam) də imamdır.

2. İmamət İmam Hüseyndən (əleyhis-səlam) sonra o Həzrətin (əleyhis-səlam) nəslində davam edəcək.

3. İmamlar (əleyhimus-səlam) Allahın camaat üzərində hüccətləridir.

4. İmam Hüseynin (əleyhis-səlam) doqquzuncu övladı Ali Məhəmmədin (əleyhimus-səlam) Qaimidir (əccəlallahu-fərəcəh).

RƏVAYƏTİN SƏNƏDLƏRİNİN ARAŞDIRILMASI

1. Əli ibn Hüseyn ibn Babəveyh

Nəcaşi onun barəsində yazır:

شيخ القميين في عصره ومتقدمهم، وفقيههم، وثقتهم...

O, öz zamanında Qum camaatının şeyxi, öndə gedəni, fəqihi və siqə (etimadlı) şəxsi olmuşdur.

Rical ən-Nəcaşi, s. 261

Şeyx Tusi də onun barəsində deyir:

كان فقيها، جليلا، ثقة.

O, fəqih, ali məqamlı şəxs və siqə olmuşdur.

Əl-Fehrest, s. 157; Mucəm rical əl-hədis, c. 12, s. 397-398, rəqəm, 8076

2. Səd ibn Abdullah Əşəri

Nəcaşi deyir:

شيخ هذه الطائفة وفقيهها ووجهها...

O, bu taifənin (şiə məzhəbinin) şeyxi, fəqihi və görkəmli siması olmuşdur.

Rical ən-Nəcaşi, s. 177

Şeyx Tusi onun barəsində deyir:

جليل القدر، ثقة.

O, ali məqamlı siqə (etimadlı) şəxsdir.

Əl-Fehrest, s. 135; Mucəm rical əl-hədis, c. 9, s. 78, rəqəm, 5058

3. Yəqub ibn Yezid

Nəcaşi deyir:

وكان ثقة صدوقا...

O, siqə və səduq (çox düz danışan) şəxs olmuşdur.

Rical ən-Nəcaşi, s. 450

Şeyx Tusi də onu siqə hesab edir:

كثير الرواية، ثقة.

O, çoxlu rəvayət nəql etmiş və siqə (etimadlı) şəxsdir.

Əl-Fehrest, s. 264; Mucəm rical əl-hədis, c. 21, s. 156, rəqəm, 13778

4. Həmmad ibn İsa

Nəcaşi yazır:

وكان ثقة في حديثه، صدوقا.

O, hədis nəql etməkdə siqə (etimadlı) idi və çox düz danışan şəxs idi.

Rical ən-Nəcaşi, s. 142

Şeyx Tusi onun barəsində belə deyir:

له کتب، ثقة.

O, şiə müəlliflərdəndir. Bir çox kitabları var və etimadlı şəxsdir.

Rical ət-Tusi, s. 334; Mucəm rical əl-hədis, c. 7, s. 236-237, rəqəm, 3972

5. Abdullah ibn Miskan

Nəcaşi deyir:

ثقة، عين.

O, etimadlı və məşhur alimlərdəndir.

Rical ən-Nəcaşi, s. 214

Şeyx Tusi deyir:

عبد الله بن مسكان ثقة.

Abdullah ibn Muskan siqə (etimadlı) şəxsdir.

Əl-Fehrest, s. 168; Mucəm rical əl-hədis, c. 11, s. 347, rəqəm, 7173

6. Əban ibn Təğlib

Nəcaşi onun haqqında yazır:

عظيم المنزلة في أصحابنا، لقي علي بن الحسين، وأبا جعفر، وأبا عبد الله عليهم السلام وروى عنهم، وكانت له عندهم منزلة وقدم.

O, bizim şiələrimiz arasında çox böyük məqama malikdir. Üç imamın – Əli ibn Hüseynin (ə), Əbu Cəfərin (ə) və Əba Əbdillahın (ə) yanında olmuş və o Həzrətlərdən (ə) rəvayət nəql etmişdir. Onun o Həzrətlərin (ə) yanında xüsusi məqamı olmuşdur.

Rical ən-Nəcaşi, s. 10

Şeyx Tusi onun haqqında yazır:

ثقة، جليل القدر، عظيم المنزلة في أصحابنا.

O, etimadlı, ali dəyərli şəxs və şiələrimiz yanında yüksək məqama sahib olmuşdur.

Əl-Fehrest, s. 57; Mucəm rical əl-hədis, c. 1, s. 131, rəqəm, 28

NƏTİCƏ

Ravilərin tərcümeyi-hallarından da göründüyü kimi onların hamısı yüksək dərəcədə təriflənmiş şəxslərdir və hədisin sənədi səhihdir.

В этом разделе