Şeyx Səduq “Səvabül-əmal” kitabında belə nəql etmişdir:
أبي ( ره ) قال حدثني سعد بن عبد الله عن يعقوب بن يزيد عن محمد ابن أبي عمير عن معاوية بن وهب قال : دخلت على أبي عبد الله عليه السلام وهو في مصلاه فجلست حتى قضى صلاته فسمعته وهو يناجي ربه فيقول : يا من خصنا بالكرامة ووعدنا الشفاعة وحملنا الرسالة وجعلنا ورثة الأنبياء وختم بنا الأمم السالفة وخصنا بالوصية وأعطانا علم ما مضى وعلم ما بقي وجعل أفئدة من الناس تهوى إلينا ، اغفر لي ولإخواني وزوار قبر أبي عبد الله الحسين بن علي عليهما السلام الذين أنفقوا أموالهم وأشخصوا أبدانهم رغبة في برنا ورجاء لما عندك في صلتنا وسرورا أدخلوه على نبيك محمد صلى الله عليه وآله وإجابة منهم لأمرنا وغيظا أدخلوه على عدونا ، أرادوا بذلك رضوانك فكافهم عنا بالرضوان وأكلأهم بالليل والنهار ، واخلف على أهاليهم وأولادهم الذين خلفوا بأحسن الخلف واصحبهم واكفهم شر كل جبار عنيد وكل ضعيف من خلقك وشديد ، وشر شياطين الإنس والجن ، وأعطهم أفضل ما أملوا منك في غربتهم عن أوطانهم ، وما أثروا على أبنائهم وأبدانهم وأهاليهم وقراباتهم ، اللهم أنّ أعدائنا أعابوا عليهم خروجهم فلم ينههم ذلك عن النهوض والشخوص إلينا خلافا عليهم ، فارحم تلك الوجوه التي غيرتها الشمس ، وأرحم تلك الخدود التي تقلبت على قبر أبي عبد الله الحسين عليه السلام ، وارحم تلك العيون التي جرت دموعها رحمة لنا وارحم تلك القلوب التي جزعت واحترقت لنا ، وارحم تلك الصرخة التي كانت لنا اللهم إني أستودعك تلك الأنفس وتلك الأبدان حتى ترويهم من الحوض يوم العطش فما زال صلوات الله عليه يدعو بهذا الدعاء وهو ساجد.
فلما انصرف قلت له جعلت فداك لو أن هذا الذي سمعته منك كان لمن لايعرف الله لظننت أن النار لا تطعم منه شيئا أبدا والله لقد تمنيت ان كنت زرته ولم أحج.
فقال لي : ما أقربك منه فما الذي يمنعك عن زيارته يا معاوية ولم تدع الحج ذلك ، قلت جعلت فداك فلم أدر أن الامر يبلغ هذا ؟
فقال : يا معاوية ومن يدعو لزواره في السماء أكثر ممن يدعو لهم في الأرض لا تدعه لخوف من أحد فمن تركه لخوف رأى من الحسرة ما يتمنى أنّ قبره كان بيده أما تحب ان يرى الله شخصك وسوادك ممن يدعو له رسول الله صلى الله عليه وآله أما تحب أن تكون غدا ممن تصافحه الملائكة ؟ أما تحب أن تكون غدا فيمن رأى وليس عليه ذنب فتتبع ؟ أما تحب أن تكون غدا فيمن يصافح رسول الله صلى الله عليه وآله ؟
Atam mənə nəql edib, dedi: “Mənə Səd ibn Abdullah Yaqub ibn Yəziddən, o, Muhəmməd ibn Əbu Ümeyrdən, o da Müaviyə ibn Vəhəbdən nəql edib, dedi:
“Əbu Abdullahın (İmam Sadiqin) yanına daxil oldum. Bu vaxt o, öz namaz yerində (namaz qılmaqla məşğul) idi. Əbu Abdullah namazını bitirənədək oturub gözlədim. Namaz əsnasında onun Rəbbi ilə belə münacat etdiyini eşitdim: “Ey kəraməti xüsusi olaraq bizə bəxş edən, bizə şəfaət vədəsi verən, bizə risalət yükünü tapşıran, bizi peyğəmbərlərin varisi edən, ümmətlərin sonuncusu qərar verən, vəsilik və canişinliyi məhz bizə aid edən, keçmişdə baş verənlərin və gələcəkdə baş verəcəklərin elmini bizə əta edən, insanların bir dəstəsinin qəlbini bizə tərəf meyl etdirən Allah! Məni, qardaşlarımı və Əbu Abdullah Hüseyn ibn Əlinin (əleyhiməssəlam) məzarını ziyarət edən zəvvarları bağışla. Onlar elə şəxslərdir ki, bizə yaxşılıq etmək istəyi, haqqımızla əlaqədar Sənin yanında olanın (bizim haqqımıza riayət edənlərə vəd etdiyin savabın) ümidi, Peyğəmbərini (sallallahu əleyhi və alihi və səlləm) şad etmək niyyəti, habelə bizim işimizə səs verib, düşmənlərimizi qəzəbləndirib, dilxor etmək istəyi ilə öz mallarını (həzrət Hüseynin ziyarəti yolunda) sərf etmiş, bədənlərini əziyyətə salmışlar. Onlar bununla Sənin razılığını qazanmaq istəmişlər. Elə isə bizə (bizim haqqımıza riayət etdiklərinə) görə Onlardan razı ol. Onları gecə-gündüz qoru. Arxalarında buraxdıqları ailələrini və övladlarını ən gözəl şəkildə mühafizə et. Onlara yoldaş ol. Onları hər bir inadkar zalımın, hər bir zəif və güclü şəxsin, insanlar və cinlərdən olan şeytanların şərrindən amanda saxla. Vətənlərini tərk etdiklərinə, bizi övladlarından, ailələrindən və yaxınlarından üstün tutduqlarına görə Səndən umduqlarınının ən yaxşısını onlara bəxş et. İlahi, bizim düşmənlərimiz ziyarətə getmələrini onlara eyb tutdu, lakin bu iş onları bizə tərəf gəlməkdən saxlamadı. İlahi, günəşin dəyişdiyi o üzlərə, Əbu Abdullahın (əleyhissəlam) məzarına düşən o yanaqlara, bizə rəhmət səbəbindən yaş axıdan o gözlərə, bizə görə narahat olan, yanan qəlblərə, bizə görə olan o uca ah-nalələrə rəhm et. İlahi, susuzluq günü onları hovuzun suyu ilə sirab edənədək həmin canları və bədənləri Sənə tapşırıram!” Əbu Abdullah (salavatullahi əleyh) bir müddət səcdə halında bu duanı oxudu.
Duasını bitirdikdən sonra ona dedim: “Fədan olum! Əgər səndən eşitdiyim bu dua Allahı tanımayan bir şəxs barəsində olsaydı, elə zənn edərdim ki, Cəhənnəm atəşi əsla ona toxunmayacaq. Allaha and olsun, belə arzu etdim ki, kaş onu ziyarət edəydim, amma (müstəhəbb) həcc ziyarəti etməyəydim”.
Mənə dedi: “Ona çox yaxınsan. Bəs sənə onu ziyarət etməyə nə mane olur, ey Müaviyə? Nə üçün bu işi görmürsən?”
Mən dedim: “Sənə fəda olum, mən bu ziyarətin belə fəzilətli olduğunu bilmirdim”.
Buyurdu: “Ey Müaviyə, onun ziyarətçiləri üçün səmada dua edənlərin sayı onlar üçün yerdə dua edənlərin sayından daha çoxdur. Onun ziyarətini kiminsə qorxusuna görə əsla tərk etmə! Hər kim bir kəsin qorxusundan onun ziyarətini tərk edərsə, o qədər həsrət çəkər ki, məzarının onun yanında olmasını istəyər [cümlə barəsində bir neçə ehtimal verilmişdir ki, onlardan biri belədir: Yəni, onu ölənədək ziyarət etmək və ölüncə öz qəbrinin onun yanında olmasını istəyər]. Məgər istəmirsən ki, Allah səni Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) dua etdiyi şəxslər içərisində görsün? İstəmirsən ki, sabah mələklərin əlbəəl görüşdüyü şəxslərdən olasan? İstəmirsən ki, sabah heç bir günahı olmadan (məhşərə) gələn şəxslərdən olasan? İstəmirsən ki, sabah Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) ilə əlbəəl görüşən şəxslərdən olasan?”
Fotoşəkil: Şeyx Səduq, Səvabül-əmal, səh.122-123
Rəvayətin sənədi səhihdir, bütün raviləri etibarlı şəxslərdir.