Hz.Əli (ə.s) Quranın nazil olduğu gecə dünyadan köçüb

Şeyx Əbu Cəfər əl-Kuleyni ər-Razi "əl-Usul min əl-Kafi" kitabında yazır:

محمد بن يحيى، عن أحمد بن محمد، وعلى بن محمد، عن سهل بن زياد جميعا، عن ابن محبوب، عن أبي حمزة، عن أبي جعفر عليه السلام قال: لما قبض أمير المؤمنين عليه السلام قام الحسن بن علي عليه السلام في مسجد الكوفة فحمد الله وأثنى عليه وصلى على النبي صلى الله عليه وآله ثم قال: أيها الناس إنه قد قبض في هذ الليلة رجل ما سبقه الاولون ولا يدركه الآخرون، إنه كان لصاحب راية رسول الله صلى الله عليه وآله، عن يمينه جبرئيل وعن يساره ميكائيل، لا ينثني(2) حتى يفتح الله له والله ما ترك بيضاء ولا حمراء إلا سبعمائة درهم فضلت عن عطائه، أراد أن يشتري بها خادما لاهله
والله لقد قبض في الليلة التي فيها قبض وصي موسى يوشع بن نون والليلة التي عرج فيها بعيسى ابن مريم، والليلة التي نزل فيها القرآن

Muhəmməd b. Yəhya (bizə) Əhməd b. Muhəmməddən və Əli b. Muhəmməd (bizə) Səhl b. Ziyaddan və bunların hamısı ibn Məhbubdan, o da Əbu Həmzədən, o da Əbu Cəfər (İmam Baqir (ə.s))dan belə rəvayət etdi: Əmirəlmöminin (İmam Əli (ə.s)) vəfat edəndə, Həsən b. Əli (İmam Həsən (ə.s)), Kufə məscidində ayağa qalxdı, Allaha həmd-səna etdi, sonra Nəbiyə (s.ə.a.) salat göndərdi, ardınca belə dedi: “Ey insanlar! Bu gecə elə bir şəxs dünyadan köçdü ki, əvvəlkilər içində onu keçən olmadı, sonrakilər içində ona çatan olmayacaq. O, Rəsulullahın (s.ə.a.) bayraqdarı idi, sağında Cəbrail, solunda Mikail dayanırdı. Allah ona fəth müyəssər etmədikcə, döyüş meydanından geri qayıtmazdı. Allaha and olsun ki, ağ və qızıl mallardan, yeddi yüz dirhəmdən başqa heç nə geridə saxlamadı. O da bəxşişlərdən artıq qalandı. Bununla ailəsi üçün bir qulluqçu almaq istəyirdi. And olsun o, Musanın vəsisi Yuşa b. Nunun öldüyü, İsa b. Məryəmin göyə qaldırıldığı və Quranın endirildiyi gecə dünyadan köçdü.”

Şeyx Əbu Cəfər əl-Kuleyni ər-Razi, əl-Usul min əl-Kafi, c.1, s.457, №8

Onlayn mənbə 1: alseraj.net
Onlayn mənbə 2: mezan.net
Onlayn mənbə 3: al-shia.org
Onlayn mənbə 4: shiaonlinelibrary.com

Əllamə Məclisi bu hədisin səhih olduğunu bildirib. (Mirat əl-Uqul, c.5, s.310)

 

Fotoşəkil: Şeyx Əbu Cəfər əl-Kuleyni ər-Razi, əl-Usul min əl-Kafi, c.1, s.290, №8; Mənşurə əl-fəcr, Beyrut 2007

Kitabı yükləmək üçün: ÜNVAN