يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَابْتَغُوا إِلَيْهِ الْوَسِيلَةَ وَجَاهِدُوا فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ
“Ey iman gətirənlər! Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün) vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız”. (Maidə surəsi, 35)
قَالَ أَمِيرُ اَلْمُؤْمِنِينَ (عَلَيْهِ اَلسَّلاَمُ): فِي قَوْلِهِ تَعَالَی: وَ اِبْتَغُوا إِلَيْهِ اَلْوَسِيلَةَ: أَنَا وَسِيلَتُهُ
Əmirəl-Möminin Əli (ə) Allah-Təalanın “Ona (yaxınlaşmaq üçün) vasitə axtarın” (Maidə surəsi, 35) kəlamı barəsində buyurmuşdur: “Mən Onun vasitəsiyəm”.
Mənbə: Seyid Haşim Bəhrani, “Təfsirul-Burhan”, cild 2, səhifə 449-450, hədis 2.