Fədək Fatiməyə (s.a) verilmişdir

والآية الخامسة: قول الله عز وجل: «وآت ذا القربى حقه» خصوصية خصهم اللهالعزيز الجبار بها واصطفاهم على الأمة، فلما نزلت هذه الآية على رسول الله صلى الله عليه وآله وسلم قال: ادعو إلي فاطمة، فدعيت له فقال: يا فاطمة قالت: لبيك يا رسول الله، فقال صلى الله عليه وآله: هذه فدك هي مما لم يوجف عليه بخيل ولا ركاب وهي لي خاصة دون المسلمين، وقد جعلتها لك لما أمرني الله به فخذيها لك ولولدك.

Beşinci ayə: «Qohumlarının haqqını ver» (İsra, 26). Bu, Allahın (ə.c) onlara (Əhli-beytə) məxsus etdiyi bir xüsusiyyətdir və onları bütün ümmətdən seçilmiş qərar vermişdir. Bu ayə Rəsulullaha (s.ə.a.s) nazil olduqda Fatiməni (s.a) yanına çağırdı. Fatimə (s.a) gəldikdə Rəsulullah (s.ə.a.s): «Ey Fatimə» - deyə buyurdu. Fatimə (s.a) Əmr edin, ya Rəsulullah. – deyə cavab verdi. Rəsulullah (s.ə.a.s) buyurdu: Bu Fədək müharibəsiz əldə edilən qənimətlər arasındadır. Buna görə (Allahın hokum əsasında) mənə aiddir, başqalarının onda haqları yoxdur. Allahın əmri əsasında onu sənə bağışladım, ona görə də onu özün və övladların üçün götür.

Əllamə əl-Məclisi, Bihar əl-ənvar, c.25, s.225, h.20; nəşr: 1403/1983; təhqiq: Muhəmməd Baqir əl-Behbudi və Əbdür-Rəhim ər-Rəbbani əş-Şirazi (onlayn)

 

Şeyx Asif əl-Muhsini bu hədisin mötəbər olduğunu bildirmişdir.

 

Fotoşəkil: Məşraat Bihar əl-ənvar, c.1, s.456; Muəssisə əl-Arif lil-Mətbuat, Beyrut, 1426/2005

Rəvayətin digər mənbələri:

1. Şeyx Səduq, Uyun əxbar ər-Rza, c.1, s.220-240; İmam Rzanın (ə.s) itrət və ümmətin fərqi haqqında münazirəsi (onlayn)

2. Şeyx Səduq, əl-Əmali, 79-cu məclis, h.1 (onlayn)

Qeyd: Bu hədis çox böyük həcmlidir, İmam Rzanın (ə.s) itrət və ümmətin fərqi haqqında münazirəsindən götürülmüşdür, biz sadəcə mövzuya aid olan hissəsini qeyd etdik.

В этом разделе