Şeyx əs-Səduq yazır:
حدثنا أبي - رضي الله عنه - قال: حدثنا محمد بن أبي القاسم، عن محمد بن عليالقرشي، قال: حدثنا أبو الربيع الزهراني، قال: حدثنا حريز، عن ليث بن أبي سليم، عن مجاهد، عن ابن عباس، قال: قال رسول الله صلى الله عليه وآله: لما أنزل الله تبارك و تعالى: " وأوفوا بعهدي أوف بعهدكم "والله لقد خرج آدم من الدنيا وقد عاهد [قومه] على الوفاء لولده شيث، فما وفي له، ولقد خرج نوح من الدنيا وعاهد قومه على الوفاء لوصيه سام، فما وفت أمته، ولقد خرج إبراهيم من الدنيا وعاهد قومه على الوفاء لوصيه إسماعيل، فما وفت أمته، ولقد خرج موسى من الدنيا وعاهد قومه على الوفاء لوصيهيوشع بن نون فما وفت أمته، ولقد رفع عيسى ابن مريم إلى السماء وقد عاهد قومه على الوفاء لوصيه شمعون بن حمون الصفا فما وفت أمته، وإني مفارقكم عن قريب وخارج من بين أظهركم وقد عهدت إلى أمتي في علي بن أبي طالب وإنها لراكبة سنن من قبلها من الأمم في مخالفة وصيي وعصيانه، ألا وإني مجدد عليكم عهدي في علي، فمن نكث فإنما ينكث على نفسه ومن أوفى بما عاهد الله فسيؤتيه أجرا عظيما.
أيها الناس إن عليا إمامكم من بعدي، وخليفتي عليكم، وهو وصيي، و وزيري، وأخي، وناصري، وزوج ابنتي، وأبو ولدي، وصاحب شفاعتي وحوضي ولوائي، من أنكره فقد أنكرني، ومن أنكرني فقد أنكر الله عز وجل، ومن أقر بإمامته فقد أقر بنبوتي، ومن أقر بنبوتي فقد أقر بوحدانية الله عز وجل.
أيها الناس من عصى عليا فقد عصاني، ومن عصاني فقد عصى الله عز وجل، ومن أطاع عليا فقد أطاعني، ومن أطاعني فقد أطاع الله.
أيها الناس من رد علي علي في قول أو فعل فقد رد علي، ومن علي فقد رد على الله فوق عرشه.
أيها الناس من اختار منكم على علي إماما فقد اختار علي نبيا ومن اختار علي نبيا فقد اختار الله عز وجل ربا.
أيها الناس إن عليا سيد الوصيين، وقائد الغر المحجلين، ومولى المؤمنين، وليه وليي، ووليي ولي الله، وعدوه عدوي، وعدوي عدو الله.
أيها الناس أوفوا بعهد الله في علي يوف لكم في الجنة يوم القيامة.
Bizə atam (r) rəvayət etdi və dedi: Muhəmməd bin Əbi əl-Qasim bizə Muhəmməd bin Əli əl-Qərəşidən belə dediyini rəvayət etdi: bizə Əbi ər-Rəbah rəvayət etdi və dedi: Həriz bizə Leys bin Əbi Suleymdən, o da Mücahiddən, o da İbn Abbasdan belə rəvayət etdi:
Allah Rəsulu (s) buyurdu: Allah təbarək və təala: “ Mənə verdiyiniz əhdə sadiq olun ki, mən də sizə verdiyim əhdi yerinə yetirim” (əl-Bəqərə-40) ayəsini nazil etdi.
Allaha and olsun! Adəm dünyadan köçəndə, övladı Şeys üçün qövmündən əhd aldı, amma qövmü əhdinə vəfa etmədi. Nuh da dünyadan gedəndə öz vəsisi Sam üçün qövmündən əhd aldı, amma onlar əhdlərinə vəfa etmədilər.
İbrahim də dünyadan gedəndə, öz vəsisi İsmayil üçün qövmündən əhd aldı, amma onlar əhdlərinə vəfa etmədilər.
Musa da dünyadan gedəndə, öz vəsisi Yuşə bin Nun üçün qövmündən əhd aldı, amma onlar əhdlərinə vəfa etmədilər.
İsa bin Məryəm də göylərə çəkiləndə (qeyb olanda), öz vəsisi Şəmun bin Həmun əs-Səfa üçün qövmündən əhd aldı, amma onlar da əhdlərinə vəfa etmədilər.
Mən də sizdən ayrılıram və ümmətimə Əli bin Əbi Talibi əhd edirəm. Vəsilərə qarşı müxalif olmaq və üsyan etmək əvvəlki ümmətlərin ənənəvi sünnəsidir.
Bilin! Mən sizə Əli haqqında əhdimi təcdid edirəm (təzələyirəm):
“Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, (Allah) ona böyük mükafat verər.” (əl-Fəth-10)
Ay camaat! Həqiqətən Əli məndən sonra sizin İmamınız və üzərinizdə xəlifəmdir. O, mənim vəsim, vəzirim, qardaşım, köməkçim, qızımın əri, övladlarımın atası və şəfaətimin, hovzumun, bayrağımın sahibidir.
Kim onu inkar etsə, məni inkar etmişdir. Kim məni inkar etsə, Allahı inkar etmişdir. Kim onun İmamətini təsdiq etsə, mənim nubuvvətimi təsdiq etmişdir. Kim mənim nubuvvətimi təsdiq etsə, Allahın vəhdaniyyətini təsdiq etmişdir.
Ay camaat! Kim Əliyə asi olsa, mənə asi olmuşdur. Kim mənə asi olsa, Allaha asi olmuşdur. Kim Əliyə itaət etsə, mənə itaət etmişdir. Kim mənə itaət etsə, Allaha itaət etmişdir.
Ay camaat! Kim sözdə və əməldə Əlini rədd etsə, məni rədd etmişdir. Məni rədd edən isə Uca Allahı rədd etmişdir.
Ay camaat! Sizlərdən kimsə Əliyə qarşı (başqasını) İmam seçsə, mənə qarşı da Peyğəmbər seçmişdir. Mənə qarşı Peyğəmbər seçən, Allaha qarşı Rəbb seçmişdir.
Ay camaat! Həqiqətən Əli vəsilərin seyyidi, üzü nurluların rəhbəri, möminlərin mövlasıdır. Onun dostu mənim dostumdur. Mənim dostum Allahın dostudur. Onun düşməni mənim düşmənimdir. Mənim düşmənim Allahın düşmənidir.
Ay camaat! Əli haqqında Allah ilə əhdinizə vəfa edin ki, sizə də Qiyamət günü cənnətlə vəfa olunsun!
Şeyx əs-Səduq, Məani əl-əxbar, s.372-373; Dar əl-Marifə, Beyrut, 1399/1979; təhqiq: Əli Əkbər əl-Ğifari
Kitabı yükləmək üçün: ÜNVAN
Tərcümə etdi: Zaur Məmmədov (Xaçmaz)