• Quran təhrif olunmayıb - Şeyx Muhəmməd Cavad Lənkərani

    Biz bu yazımızda təhriflə bağlı bütün məsələləri təfərrüatı ilə, geniş şəkildə araşdırmaq əzmində deyilik. Çünki bu tədqiq yalnız cildlərlə kitaba sığa bilər. Burada qarşıya qoyduğumuz məqsəd, təhrif məsələsini aydınlaşdırmaq üçün bir neçə mühüm məqamı qısa şəkildə araşdırmaqdır.
  • Şübhələrə cavablar - Seyyid Rza Hüseyninəsəb

    Həcc mövsümündə bir tərəfdən İran İslam İnqilabı ilə tanışlığı olan, digər tərəfdən isə beynləri düşmənlərin zəhərli əks təbliğatları nəticəsində xarab olan bə`zi ziyarətçilər iranlı hacılarla görüşdükləri zaman müəyyən suallar irəli çəkərək cavablarını almışlar.

  • Şübhələrə cavab silsiləsindən: Kərbəla torpağının şəfası

    Sələfi saytları və TV kanallarında tez-tez müşahidə edilir ki, İmam Hüseynin (ə) türbətinin hər dərdin şəfası olmasına şiələrin etiqad bəsləmələri şirk amili və gülüş obyekti kimi təqdim edilir. Allahın iznilə bu kitabçada sözügedən şübhələr cavablandırılmışdır.

  • Zəhəbinin «Quranın təfsirinə şiə məzhəbinin üsuli və fiqhi məktəbinin təsiri» barəsində nəzərlərinin tənqidi

    Bu məqalədə əvvəlcə Zəhəbinin nəzərinə görə şiə təfsirinə təsir edən müxtəlif amillərdən danışacağıq. Sonra isə ilahi ayələrin təfsirində şiə məktəbinin üsul və fiqhinin bu təfsirə qoyduğu təsirlər barəsində Zəhəbinin dediyi rəyləri araşdırıb tənqid edəcəyik.

  • Bir böhtan və bir əfsanə: Vəhyə kim xəyanət etdi?

    Sələfilər əllərinə hər imkan düşdükdə şiələrin Cəbrayılı (ə) xəyanətdə günahlandırdığını, guya Cəbrayılın (ə) vəhyi səhvən İmam Əli (ə) yerinə Hz.Muhəmmədə (s.ə.a) gətirdiyini, buna görə də, şiələrin namazın salamını bitirdikdən sonra əllərini üç dəfə qaldıraraq «Xanə əl-Əmin» (Cəbrayıl xəyanət etdi) dediklərini iddia edirlər.

    Ömər bin əl-Xəttab və Ümmü Gülsümün nigahı (elmi araşdırma)

    İslam tarixi mənbələrində, xüsusi ilə şiə dünyasında danışılanlara görə ikinci xəlifə Ömər bin əl-Xəttab ilə Əmir əl-möminin İmam Əli bin Əbi Talib (ə) arasında bir çox ixtilaflar yaşanıb. Deyilənlərə əsasən, onların ixtilafı Allah Rəsulunun (s) yeganə qızı və ciyər-parası xanım Fatimənin (ə) şəhadətindən sonra  düşmənçilik həddinə çatmışdır.

  • İmam Hüseynə (ə) əza saxlamaq bidətdirmi?

    Tarix boyu  daim sələfilər (yəni, vəhhabilər) tərəfindən İmam Hüseynin (ə) qiyamının və o Həzrətə (ə) əza saxlamağın əleyhinə şübhələr ortaya atılmışdır. Onlardan biri də azadlıqsevərlərin sərvəri olan İmam Hüseynə (ə) əza saxlamağın bidət hesab olunmasıdır.

    "Biz Peyğəmbərlər irs qoymuruq" hədisi barədə risalə - Şeyx Müfid

    İslam dünyasının görkəmli alimlərindən olan Şeyx Müfidin bu qısahəcmli risaləsində mövzu ilə əlaqədar dolğun cavablar yer almışdır. Bununla belə, kitabın mühəqqiqi Malik əl-Mahmudi və tərcüməçisi İdris Hüseynzadə lazımi yerlərdə mühüm qeydlər etməklə kitabın daha da zənginləşməsində pay sahibi olmuşlar.

  • Qəza və qədər - Əllamə Mürtəza əl-Əskəri

    Nə cəbr, nə də təfviz nəzəriyyəsi insanın bu dünyadakı vəziyyətini düzgün şəkildə şərh edir. Belə ki, insan bu dünyada nə məcbur, nə də tam müstəqildir. Əllamə əl-Əskərinin bu kiçik həcmli yazısında qəza və qədər mövzusu Quran və hədislər işığında izah edilmişdir.

  • Vilayət ayəsi - Seyid Əli əl-Milani

    Həzrət Əlinin (ə) vilayət və imamətinin "Maidə 55" ayəsi ilə isbatı barədə bir çox əsərlər yazılmışdır. Seyid Əli əl-Hüseyni əl-Milani də özünəməxsus qələmi olan çox dəyərli alimlərdən biridir. Ümid edirik ki, kitab oxucular tərəfindən maraqla qarşılanacaqdır.

    Molla Sədra və Məhdəviyyət - Bəhruz Camal

    Bu yazıda ilk olaraq Molla Sədranın nübuvvət və vəhyin qəbuluna, həmçinin  fəlsəfi məktəbindəki imamət mövzusuna işarə etdikdən sonra onun hər bir dövrdə imamın zəruri olması məsələsi barəsindəki arqumentləri bəyan edilmişdir.

  • Rəcəb ayının fəzilətləri - Şeyx Səduq

    Bu yazı görkəmli alim, böyük mühəddis, məşhur fəqih və sinəsi Əhli-beyt (ə) maarifinin xəzinəsi olan cənab Şeyx Səduqun (305 – 381 hq) “Fəzailu-əşhuris-səlasə”  – (üç mübarək ayın fəzilətləri) – kitabından çıxarışdır.

Страница 1 из 212»