Əgər İmam Həsənin (əleyhissalam) bağladığı sülhün islam ümmətinin həyatında tarixi dönüş nöqtəsi oynadığı qədər əhəmiyyətli olduğunu desək, mübaliğə etmiş olmarıq.
Bu sülh əməvi xəttinin törətdiyi hadisələrə qarşı müsəlmanların zehinlərində fəhm və idrak baxımından yeni mərhələnin yaranmasını formalaşdırdı. İmam Həsən (əleyhissalam) bağladığı sülhün sayəsində Peyğəmbərin uğrunda qiymətli qurbanlar verdiyi dinin təhrif olunmasına və ali dəyərlərin aradan getməsinə səbəb olacaq fırtınaların qarşısını aldı.