7 Aprel, 2012
Şəxsin zinadan dünyaya gəlmiş öz qızı ilə evlənməyi halaldır!!! (Şafei məzhəbi)
Məşhur əhli-sünnə alimi Əbdür-Rəhman əl-Cəziri əhli-sünnənin 4 məzhəb fiqhi barədə qələmə aldığı kitabında şafei fiqhi barədə yazır:

ويجوز للرجل أن يتزوج بنته المخلوقة من مائه زنا، فإذا زنا بامرأة وحملت منه سفاحا وجاءت ببنت فإنها لا تحرم عليه لأن ماء الزنا لا حرمة له، وكما تحل له تحل لأصوله وفروعه

Kişiyə zinadan əmələ gəlmiş öz qızı ilə evlənməyə icazə verilir. Əgər bir kişi qadınla zina edərsə, qadın hamilə qalarsa və ondan qızı olarsa, bu qız kişiyə haram olmur. Çünki zina suyu (sperması) haramlıq yaratmır və (o qız kişiyə) halal olur. Həmçinin, qızından dünyaya gələn növbəti nəsillər də (həmin kişiyə evlənmək üçün) halal olur.













Fotoşəkil: Əbdür-Rəhman əl-Cəziri, əl-Fiqh aləl-məzahibil-ərbəə, c.4, s.64; Dar əl-kutub əl-ilmiyyə, Beyrut, 1424/2003


Növbəti səhifələrdə yenə şafei fiqhi bölməsində yazır:

أما الزاني فإنهم يخالفون في ثبوت أبوته للمولود من الزنا لأنه لم ينزل منه سوى مني مهدر لا حرمة له فما يتولد منه لا يكون له ابن فيحل للزاني أن يتزوج بنته من الزنا كما يحل لأصوله وفروعه مع الكراهة فقط


Zinakar kişiyə gəlincə, onlar (şafeilər) onun zinadan dünyaya gələn uşağın atası olmasının sübuta mövzusunda (digərləri ilə) müxalifət edirlər. Çünki, zinakardan yalnızca boşa axıdılan və hörməti olmayan bir məni (sperma) xaric olmuşdur. Bu mənidən dünyaya gələn uşaq zinkara kişinin oğlu olmur. Zinakar kişiyə zinadan dünyaya gələn qızı ilə evlənməsi də halal olur, habelə, onun üsuluna və fürusuna1 da halal olur, yalnızca məkruhluq vardır.
__________________________________________
1 Üsul: ata, baba, ana və bu xətt ilə yuxarısı. Füru: oğlanlar, qızlar, oğlanların oğlanları, qızların qızları və bu xətt ilə aşağısı. (Red.)













Fotoşəkil: Əbdür-Rəhman əl-Cəziri, əl-Fiqh aləl-məzahibil-ərbəə, c.4, s.239; Dar əl-kutub əl-ilmiyyə, Beyrut, 1424/2003

Kitabı yükləmək üçün: ÜNVAN

P.S. Bu cür fətvaların sayta qoyulmasının məqsədi öz fiqhlərindən xəbəri olmayan, lakin bəzi məsələlərdə Cəfəri məzhəbinə irad tutan, tənə edən şəxslərə inşaAllah dərs olmasıdır.

Bütün hüquqlar qorunur  ©  Hədis bazası

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!