21 Fevral, 2012
İbn Həcər əl-Heytəmi əl-Məkkinin etirafı!

الفصل الثاني في فضائله رضي الله عنه وكرم الله وجهه

وهي كثيرة عظيمة شهيرة حتى قال أحمد ما جاء لأحد من الفضائل ما جاء لعلي

وقال إسماعيل القاضي والنسائي وأبو علي النيسابوري لم يرد في حق أحد من الصحابة بالأسانيد الحسان أكثر مما جاء في علي

قال بعض المتأخرين من ذرية أهل البيت النبوي وسبب ذلك والله أعلم أن الله تعالى أطلع نبيه على ما يكون بعده مما ابتلي به علي وما وقع من الاختلاف لما آل إليه أمر الخلافة فاقتضى ذلك نصح الأمة بإشهاره بتلك الفضائل لتحصل النجاة لمن تمسك به ممن بلغته ثم لما وقع ذلك الاختلاف والخروج عليه نشر من سمع من الصحابة تلك الفضائل وبثها نصحا للأمة أيضا ثم لما اشتد الخطب واشتغلت طائفة من بني أمية بتنقيصه وسبه على المنابر ووافقهم الخوارج لعنهم الله بل قالوا بكفره اشتغلت جهابذة الحفاظ من أهل السنة ببث فضائله حتى كثرت نصحا للأمة ونصرة للحق


İkinci fəsil Hz.Əlinin (Allah ondan razı olsun və onun üzünü şərəfləndirsin) fəzilətləri barədədir.
Bu fəzilətlər böyük və məşhur olmaqla bərabər, sayca da çoxdurlar. Belə ki, Əhməd b. Hənbəl demişdir: Hz.Əlinin fəziləti haqqında rəvayət olunan hədislər qədər heç kimin haqqında rəvayət edilmədi.  İsmayıl əl-Qazi, Nəsai və Əbu Əli əl-Nişaburi də - Hz.Əli haqqında həsən sənədlərlə rəvayət olunan hədislər kimi heç bir səhabə haqqında rəvayət edilməmişdir - demişdirlər.
Əhli-beytin nəslindən bəzi mütəaxir alimlər bunun səbəbini belə izah etmişdirlər. Allah-Taala daha yaxşı bilir, ancaq bunun səbəbi bu cür düşünülə bilər:
Şübhəsiz, Allah-Taala Peyğəmbərinin (s) vəfatından sonra xilafətin Hz.Əliyə keçəcəyi zaman başına gələcək bəla və qarışıq hadisələri daha əvvəldən Peyğəmbərinə (s) xəbər verdi və dolayısı ilə Hz.Peyğəmbərin (s) nəsihət yolu ilə  xalqa Hz.Əlinin fəzilətlərini təşhir etməsi lazım idi ki, onları eşidib onunla əməl edən bir kəs Hz.Əli haqqında yanlış hərəkətin fəlakətindən qurtulsun. Daha sonra öz xilafəti zamanında ixtilaf və ona qarşı ayaqlanmalar baş verdikdə, şəxsən Hz.Əlinin fəziləti haqqındakı Peyğəmbərin (s) hədislərini eşidən səhabələr də müsəlman ümmətinə nəsihət edib yaymışdırlar. Sonra böyük fitnələr daha da kəskinləşdikdə bir qisim Əməvilər Hz.Əlini məscidlərin minbərində təhqir edərək onu kiçiltməklə məşğul olduqda, Xəvaric tayfası da (Allah onlara lənət etsin) onlarla bu işdə ortaq olmaqla hətta daha da irəli gedib Hz.Əlinin kafir olduğuna hökm etdiklərində Əhli-sünnət tayfasından Hz.Əlinin fəziləti haqqındakı hədisləri bilən hədis hafizləri haqqaniyyətə yardım etmək və müsəlman ümmətinə bir nəsihət olması üçün Hz.Əlinin fəzilətini yaymağa çalışdılar. Ta ki, fəzilətləri məşhur oldu.

İbn Həcər əl-Heytəmi əl-Məkki, əs-Səvaiq əl-Muhriqə, 9-ci bab, s.120-121

Onlayn mənbə 1: islamport, 2/353
Onlayn mənbə 2: shamela, 2/353














Fotoşəkil: İbn Həcər əl-Heytəmi əl-Məkki, əs-Səvaiq əl-Muhriqə, 9-ci bab, s.120-121


Qeyd: İbn Həcərin sözlərində çox maraqlı məqamlar var. Məlum olduğu kimi, o "əs-Səvaiq əl-muhriqə" kitabını şiələrə rəddiyə olaraq yazmışdır. Ona görə də bu cür qəribə məqamlara bu kitabda çox rast gəlmək olar. Hz.Əli (ə.s) barədə səhih və həsən hədislərin çox sayda olması danılmaz fakt olduğu üçün, buna tamamilə başqa cür don geyindirməyə çalışmışdır. Mətni oxuyandan sonra istər-istəməz suallar meydana çıxır.

Bəyəm Hz.Əlini (ə) minbərdən söyənlər olmasaydı, xəvariclər ortaya çıxmasaydı onun barəsindəki hədislər deyilməyəcəkdi? Və ya o hədislərin deyilməsi üçün mütləq fitnə anlarını gözləmək lazım idi? Olmazdı ki, bu hədislər fitnədən əvvəl nəql edilərdi və bununla da fitnələrin qarşısını almış olardı?

Nə qədər də çalışsalar, nə qədər də Hz.Əlinin (ə.s) fəzilətlərinə don geyindirsələr, əksinə bu dedikləri hər yeni söz öz əleyhlərinə yönələcəkdir. Hər çırpındıqca, girdikləri bataqlıqda daha da dərinliklərə batacaqlar.

Bütün hüquqlar qorunur  ©  Hədis bazası

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!