Əbdür-Rəhman b. Udeys əl-Bəlvi (İbn Əbdul-Birr, "əl-İstiab")

 
عبد الرحمن بن عديس البلوي، مصري، شهد الحديبية. ذكر أسد ابن موسى، عن ابن لهيعة، عن يزيد بن أبي حبيب، قال: كان عبد الرحمن بن عديس البلوي ممن بايع تحت الشجرة رسول الله صلى الله عليه وسلم. قال أبو عمر: هو كان الأمير على الجيش القادمين من مصر إلى المدينة الذين حصروا عثمان وقتلوه. قالوا: توفي عبد الرحمن بن عديس بالشام سنة ست وثلاثين. روى عنه جماعة من التابعين بمصر منهم أبو الحصين الحجري واسمه الهيثم بن شفي. وروى عنه أبو ثور الفهمي

Əbdür-Rəhman b. Udeys əl-Bəlvi, Misirlidir, Hudeybiyyə sülhünə şahidlik edib. Əsəd b. Musa, İbn Ləhiadan, o da Yəzid b. Əbi Həbibdən rəvayət edərək dedi: Əbdür-Rəhman b. Udeys əl-Bəlvi ağac altında Rəsulullaha (s) beyət edənlərdən biri idi. Əbu Ömər dedi: O, Misirdən Mədinəyə gələrək Osmanı mühasirəyə alıb öldürən dəstənin əmiri idi. Dedilər: Əbdür-Rəhman b. Udeys 63 yaşında Şamda öldü. Ondan Misirdən olan bir qrup tabein, o cümlədən Əbu Həseyn əl-Hicri - adı Heysəm b. Şafidir, həmçinin Əbu Səvr əl-Fəhmi rəvayət etmişlər. 

İbn Əbdül-Birr, əl-İstiab fi marifətil-əshab, c.2, s.840, r.1437; Darul-Cil, Beyrut, 1412/1992; təhqiq: Muhəmməd Əli əl-Bəcəvi 

Onlayn mənbə 1: islamport, 1/254













İbn Əbdül-Birr, əl-İstiab fi marifətil-əshab, c.2, s.840, r.1437; Darul-Cil, Beyrut, 1412/1992; təhqiq: Muhəmməd Əli əl-Bəcəvi 

Kitabı yükləmək üçün: ÜNVAN
_____________________________________













İbn Əbdül-Birr, əl-İstiab fi marifətil-əshab,  c.1, s.505, r.1436; Darul-Fikr, Beyrut, 1427/2006 

Kitabı yükləmək üçün: ÜNVAN
_____________________________________













İbn Əbdül-Birr, əl-İstiab fi marifətil-əshab, s.451, r.1558; Darul-Alam, Amman, 1423/2002; təhqiq: Adil Murşid

Kitabı yükləmək üçün: ÜNVAN
_____________________________________

Deyirik: 

Əbdür-Rəhman b. Udeys səhabədir, bunu alimlər də təsdiq edir. Sadəcə Ridvan beyətində iştirak edib-etməməsi ixtilaflıdır. İxtilafı yaradanlar İbn Ləhia adlı ravinin zəif olduğunu əsas gətirərək onun Ridvan beyətində iştirak etmədiyini deyirlər. Bəli, bu ravi şiədir və alimlər onu zəif hesab ediblər. Ancaq bununla belə, bu rəvayəti dəstəkləyən başqa bir rəvayət də var ki, orada xəbəri İbn Ləhiadan Abdullah b. Vəhb rəvayət edir, alimlərin rəylərinə əsasən isə İbn Vəhbin İbn Ləhiadan etdiyi rəvayətlər səhihdir. 

Ətraflı məlumat üçün: ÜNVAN
14 Aprel, 2012  12:52 Baxılıb: 1631 Çap

Bu bölmədə