Əbdür-Rəhman b. Udeys əl-Bəlvi (əz-Zəhəbi, "Tarixul-İslam")

 
عبد الرحمن بن عديس أبو محمد البلوي. له صحبة. وبايع تحت الشجرة. وله رواية. سكن مصر. وكان ممن خرج على عثمان وسار إلى قتاله. نسأل الله العافية. ثم ظفر به معاوية فسجنه بفلسطين في جماعة، ثم هرب من السجن، فأدركوه بجبل لبنان فقتل. ولما أدركوه قال لمن قتله: ويحك اتق الله في دمي، فإني من أصحاب الشجرة، فقال: الشجر بالجبل كثير، وقتله. قال ابن يونس: كان رئيس الخيل التي سارت من مصر إلى عثمان. وعن محمد بن يحيى الذهلي قال: لا يحل أن يحدث عنه بشيء، هو رأس الفتنة

Əbdür-Rəhman b. Udeys Əbu Muhəmməd əl-Bəlvi. Səhabədir, Ağac altında beyət edənlərdəndir. Rəvayəti vardır. Misrdə yaşamışdı. Osmanın əleyhinə çixmış və onun qatillərindən olmuşdur. Allahdan afiyət diləyirik. Sonra Müaviyə onu tutub Fələstində zindana saldırmışdı. Zindandan qaçsa da, onu Livan dağında tutub qətlə yetirirlər. Tutulan zaman öz qatilinə belə demişdir: "Vay olsun sənə, Allahdan qorxub qanımı axıtma! Mən ağac altında beyət edənlərdənəm. Qatili isə cavabında "Dağda o qədər ağac var ki" - deyib onu qətlə yetirdi.
İbn Yunis dedi: Misirdən Osmanın üstünə gələn dəstənin başçısı idi.
Muhəmməd b. Yəhya əz-Zuhli dedi: Ondan rəvayət etmək düzgün deyil. O fitnənin başıdır.

Şəmsuddin əz-Zəhəbi, Tarixul-İslam, c.3, s.531-532; Darul-Kutubil-Ərəbi, Beyrut, 1410/1990; təhqiq: Ömər Əbdus-Salam Tədmuri

Onlayn mənbə 1: islamport, 3/531-532
Onlayn mənbə 2: shamela, 3/531-532
Onlayn mənbə 3: imamu.edu.sa
Onlayn mənbə 4: taghrib.org, 1/464
Onlayn mənbə 5: islamweb














Şəmsuddin əz-Zəhəbi, Tarixul-İslam, c.3, s.531-532; Darul-Kutubil-Ərəbi, Beyrut, 1410/1990; təhqiq: Ömər
Əbdus-Salam Tədmuri

Kitabı yükləmək üçün: ÜNVAN

13 Aprel, 2012  14:16 Baxılıb: 1738 Çap

Bu bölmədə