Əbdür-Rəhman b. Udeys əl-Bəlvi (İbn Həcər, "əl-İsabə")

 
عبد الرحمن بن عديس بمهملتين مصغرا بن عمرو بن كلاب بن دهمان أبو محمد البلوي قال بن سعد صحب النبي صلى الله عليه و سلم وسمع منه وشهد فتح مصر وكان فيمن سار إلى عثمان وقال بن البرقي والبغوي وغيرهما كان ممن بايع تحت الشجرة وقال بن أبي حاتم عن أبيه له صحبة وكذا قال عبد الغني بن سعيد وأبو علي بن السكن وابن حبان وقال بن يونس بايع تحت الشجرة وشهد فتح مصر واختط بها وكان من الفرسان ثم كان رئيس الخيل التي سارت من مصر إلى عثمان في الفتنة روى عنه عبد الرحمن بن شماسة وأبو الحصين الحجري وأبو ثور النهمي

Əbdür-Rəhman b. Udeys b. Əmr b. Kalb b. Duhman Əbu Muhəmməd əl-Bəlvi. İbn Sad dedi: Peyğəmbərin (s) səhabəsidir, ondan (hədis) eşitmişdir, Misirin fəthinə şahidlik etmişdir. Osmana qarşı çıxanlardan biri idi. İbn əl-Bərqi, əl-Bəğəvi və digərləri dedilər: O, ağacın altında (Peyğəmbərə) beyət edənlərdən biri idi. İbn Əbi Hatim atasından rəvayət etdi və dedi ki, o, səhabədir. Həmçinin Əbdül-Ğani b. Səid, Əbu Əli əs-Səkn və İbn Hibban da bu cür demişdirlər. İbn Yunus dedi: O, ağacın altında (Peyğəmbərə) beyət edənlərdən idi, Misirin fəthinə şahidlik etmiş və iştirak etmişdi, o, cəngavərlərdən biri idi. Sonra Misirdən Osmana qarşı hücum üçün gələn ordunun başçısı oldu. Ondan Əbdür-Rəhman b. Şəmmasə, Əbu Husəyn əl-Həcri, Əbu Səvr əl-Fəhmi (hədis) rəvayət etmişdirlər. 

İbn Həcər əl-Əsqəlani, əl-İsabə fi təmyizis-səhabə, c.4, s.334, №5167; Darul-Cil, Beyrut, 1412; təhqiq: Əli Muhəmməd əl-Bəcavi

Onlayn mənbə 1: islamport, 4/334
Onlayn mənbə 2: shamela, 4/334














Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, əl-İsabə fi təmyizis-səhabə, c.6, s.524-525, №5186; Qahirə, 1469/2008; təhqiq: Abdullah b. Əbdül-Muhsin ət-Turki

Kitabı yükləmək üçün: ÜNVAN
13 Aprel, 2012  00:16 Baxılıb: 1819 Çap

Bu bölmədə