Muaviyə mütə nigahı etmişdir!

 
وقال أبو الزبير : وسمعت جابر بن عبد الله يقول : " استمتع معاوية بن أبي سفيان مقدمه من الطائف على ثقيف ، بمولاة ابن الحضرمي يقال لها : معانة " قال جابر : " ثم أدركت معانة خلافة معاوية حية ، فكان معاوية يرسل إليها بجائزة في كل عام حتى ماتت " 

Əbu Zubeyr dedi: Cabir b. Abdullahın belə dediyini eşitdim: Müaviyə ibn Əbi Süfyan Taifə daxil olan zaman İbn Həzrəminin azad edilmiş köləsi ilə müvəqqəti nigah (mütə) bağladı. O qadının adı Məanə idi. Cabir deyir: «Mən Məanəni Müaviyənin xilafəti dövründə gördüm. O hələ də sağ idi və Müaviyə onun dünyadan getdiyi vaxta qədər hər il onun üçün hədiyyə göndərirdi.» 

Əbdür-Rəzzaq əs-Sənani, əl-Müsənnəf, c.7, s.499, №14026; əl-Məktəbətul-İslami, Beyrut, 1403/1983; təhqiq: Həbib ər-Rəhman əl-Azami

Onlayn mənbə 1: islamweb
Onlayn mənbə 2: islamport, 7/499
Onlayn mənbə 3: kl28.com













Fotoşəkil: Əbdür-Rəzzaq əs-Sənani, əl-Müsənnəf, c.7, s.499, №14026; əl-Məclis əl-İlmi - 1390/1970; təhqiq: Həbib ər-Rəhman əl-Azami

Kitabı yükləmək üçün: ÜNVAN


Rəvayətin sənədinin araşdırılması:

Rəvayətin sənədindən göründüyü kimi sənəd Əbu əz-Zubeyrdən başlayır. Çünki, bu sənəd bundan öncəki rəvayətin sənədi ilə eyni olduğu üçün Əbdür-Rəzzaq əs-Sənani sənədi tam şəkildə yenidən təkrar etməyərək "və Əbu Zubeyr dedi"  ifadəsi ilə qeyd edir. 

Rəvayətin tam sənədi bu cürdür:

عبد الرزاق ، عن ابن جريج قال : أخبرني أبو الزبير قال : سمعت جابر بن عبد الله يقول 

Əbdürrəzzaq - İbn Cərir - Əbu Zubeyr - Cabir b. Abdullah .....

Ravilərin hamısı Kutubi-sittənin (əl-Buxari, Müslim, ət-Tirmizi və s.) ravilərdir. 

1. Əbdür-Rəzzaq əs-Sənani

İbn Həcər də onun (siqə) etibarlı olduğunu bildirib. (Təqribut-təhzib, s.607)
əz-Zəhəbi onun böyük hafizlərdən biri və siqə (etibarlı) olduğunu bildirib. əl-İcli də onu etibarlı hesab edib.(Siyər əlamun-nubəla, 9/563)

2. İbn Cureyc

İbn Həcər dedi: siqadır, fəqihdir, fəzilətli şəxsdir. Lakin tədlis və irsal edərdi. (Təqribut-təhzib, c.1, s.624, №4193
əz-Zəhəbi dedi: imamdır, əllamədir, hafizdir, Hərəmin şeyxi olub. (Siyər əlamun-nubəla, c.6, s.325-336 və ya Buradan)

3. Əbu Zubeyr

İbn Həcər dedi: səduqdur, lakin müdəllisdir. Abdulla əl-Ənsari, Cabir b. Abdullah və digər səhabələrdən hədislər rəvayət etmişdir.  (Təqribut-təhzib, c.1, s.506, №6291, Təhzibut-təhzib, c.9, s.390
əz-Zəhəbi dedi: imamdır, hafizdir, səduqdur. Yəhya b. Muin, ən-Nisai, Əli b. əl-Mədini onu siqa hesab ediblər. (Siyər əlam ən-nubəla, c.5, s.380-381)

4. Cabir b. Abdullah

Səhabədir.


Göründüyü kimi, ravilərin ikisi siqa, biri isə səduq şəxsdir. İbn Cureyc və Əbu Zubeyr müdəliis olsalar da, bu rəvayətdə "عن" ilə rəvayət etməyiblər. Ona görə də müdəllis olmaqları rəvayətə heç bir ziyan gətirmir. 


Rəvayətin sənədi həsəndir.
11 Aprel, 2012  18:17 Baxılıb: 3478 Çap

Bu bölmədə