əz-Zəhəbi: İbn Cureyc 70-ə yaxın qadınla mutə etmişdir.

 
 صح عبدالملك بن عبد العزيز [ ع ] بن جريج، أبو خالد المكى، أحد الاعلام الثقات، يدلس، وهو في نفسه مجمع على ثقته مع كونه قد تزوج نحوا من سبعين امرأة نكاح المتعة، كان يرى الرخصة في ذلك. وكان فقيه أهل مكة في زمانه. قال عبدالله بن أحمد بن حنبل: قال أبى: بعض هذه الاحاديث التى كان يرسلها ابن جريج أحاديث موضوعة. كان ابن جريج لا يبالى من أين يأخذها - يعنى قوله: أخبرت، وحدثت عن فلان

Əbdül-Məlik b. Əbdül-Əziz b. Cureyc Əbu Xalid əl-Məkki, [Kutubi-sittənin ravilərindəndir], etimadlı alimlərdən biridir. Bütün alimlər onun siqa olmasında icma etmişdirlər, halbuki o, yetmişə yaxın qadınla mutə etmişdir. O, mutə nigahını caiz hesab edirdi. O, öz dövründə Məkkə əhlinin fəqihi idi. Adbullah b. Əhməd b. Hənbəl dedi: atam dedi: Onun bəzi mürsəl hədisləri uydurmadır. O, bu hədisləri haradan nəql etdiyinə heç bir əhəmiyyət vermirdi.    

Şəmsuddin əz-Zəhəbi, Mizanul-itidal fi nəqdur-rical, c.2, s.659, r.5227 

Onlayn mənbə 1: shamela, 2/659
Onlayn mənbə 2: islamport, 2/659













Fotoşəkil: Şəmsuddin əz-Zəhəbi, Mizanul-itidal fi nəqdur-rical, c.2, s.659, r.5227; Darul-Marifə - Beyrut; təhqiq: Əli Muhəmməd əl-Bəcavi

Kitabı yükləmək üçün: ÜNVAN
____________________________________













Fotoşəkil: Şəmsuddin əz-Zəhəbi, Mizanul-itidal fi nəqdur-rical, c.4, s.404, r.5232; Darul-Kutubil-İlmiyyə, Beyrut, 1416/1995; təhqiq: Əli Muhəmməd Əvəz və Adil Əhməd Əbdül-Mövcud

Kitabı yükləmək üçün: ÜNVAN


İBN CUREYC KİMDİR?

Məkkənin məşhur fiqh və hədis alimlərindəndir. Elm öyrənmək üçün Bağdad və Bəsrəyə səyahət etmişdir. 17 il Ata b. Əbi Rəbanın yanında qalaraq ondan elm almış və hədis əzbərləşmişdi. 

Ətraflı məlumat üçün: MƏNBƏ
11 Aprel, 2012  11:02 Baxılıb: 3099 Çap

Bu bölmədə