Şəxsin zinadan dünyaya gəlmiş öz qızı ilə evlənməyi halaldır!!! (İmam Malik və İmam əş-Şafei)

فصل : ويحرم على الرجل نكاح بنته من الزنى ، وأخته ، وبنت ابنه ، وبنت بنته ، وبنت أخيه ، وأخته من الزنى . وهو قول عامة الفقهاء . وقال مالك ، والشافعي في المشهور من مذهبه : يجوز ذلك كله ; لأنها أجنبية منه ولا تنسب إليه شرعا ، ولا يجري التوارث بينهما


Fəsil: kişiyə zinadan dünyaya gələn qızı ilə, habelə zinadan olan bacısı ilə, oğlan nəvəsi ilə, qız nəvəsi ilə, qardaşı qızı ilə və bacısı qızı ilə evlənməsi haramdır.
Bu, əksər fəqihlərin nəzəridir. Malik və Şafei isə öz məzhəblərindəki məşhur fikirə əsasən demişlər ki: bunların hamısı caizdir (icazəlidir). Çünki, zinadan dünyaya gələn qız kişiyə yaddır, şəri cəhətdən kişiyə mənsub olmur və onlar arasında irs (hökmləri) cari olmur.

Abdullah b. Əhməd b. Qudamə əl-Hənbəli, əl-Muğni, c.9, s.485; Darul-fikr - Beyrut, 1405/1985

Onlayn mənbə 1: islamport, 7/485
Onlayn mənbə 2: islamweb, 7/91













Fotoşəkil: Abdullah b. Əhməd b. Qudamə əl-Hənbəli, əl-Muğni, c.9, s.529; Dar alamul-kutub, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1417/1997; təhqiq: Abdullah b. Əbdül-Muhsin ət-Turki və Əbdül-Fəttah əl-Həlu

Kitabı yükləmək üçün: ÜNVAN 1, ÜNVAN 2


Nəticə: İmam Malik və İmam əş-Şafeinin məşhur nəzərinə görə bir kişi zina edərsə və nəticədə qızı dünyaya gələrsə, onunla evlənə bilər. Həmçinin, bir kişinin atası zina edərsə və bacısı dünyaya gələrsə, onunla da evlənə bilər. Bu hökm kişinin zinadan doğulan qız nəvələrinə, həminin bacısı və qardaşı qızlarına da aiddir.


P.S. Bu cür fətvaların sayta qoyulmasının məqsədi öz fiqhlərindən xəbəri olmayan, lakin bəzi məsələlərdə Cəfəri məzhəbinə irad tutan, tənə edən şəxslərə inşaAllah dərs olmasıdır.
7 Aprel, 2012  14:28 Baxılıb: 3685 Çap

Bu bölmədə