Əbu Bəkr: Kaş Fatimənin evini açmazdım... (Səid b. Mənsur)

"Kaş Fatimənin evini açmazdım, hətta müharibə niyyəti ilə qapını bağlamış olsaydı belə!..." hədisindən sonra əs-Suyuti yazır:

أَبو عبيد في كتاب الأَمْوَالِ، عق وخيثمة بن سليمان الطرابلسي في فضائل الصحابة، طب، كر، ص، وقال: إِنَّه حديث حسن إِلاَّ أَنَّهُ ليس فيه شيءٌ عن النبي.

Bu rəvayəti Əbu Ubeyd “Kitabul-Əmval”da, Aqili və Xeysəmə b. Süleyman ət-Tərabolsi “Fəzailus-Səhabə”də, Təbərani “Mucəmul-Kəbir”də, İbn Əsakir “Tarix Mədinəti Diməşq”də və Səid b. Mənsur “Sünnə”də qeyd etmişdirlər. Səid dedi: hədis “həsən”dir, lakin burada Peyğəmbərdən (s) bir şey yoxdur.

Cəmaluddin əs-Suyuti, Cami əl-əhədis, c.13, s.101; Dar əl-Fikr - Beyrut, 1414/1993













Fotoşəkil: Cəmaluddin əs-Suyuti, Cami əl-əhədis, c.13, s.101; Dar əl-Fikr - Beyrut, 1414/1993

Kitabı yükləmək üçün: ÜNVAN
____________________________________

Həmçinin əs-Suyuti özünün "Müsnədi Fatimə" kitabında da bu sözləri qeyd etmişdir. Göründüyü kimi, ص hərfi Səid b. Mənsurun "Sünnə" kitabına işarədir.













Fotoşəkil: Cəmaluddin əs-Suyuti, Müsnədi Fatimə, s.34-35; Müəssisə əl-Kütub əs-Səqəfiyə - Beyrut, 1-ci çap

Kitabı yükləmək üçün: ÜNVAN
____________________________________

SƏİD B. MƏNSUR KİMDİR?

Şəmsuddin əz-Zəhəbi yazır:

ع سعيد بن منصور بن شعبة الحافظ الامام الحجة أبو عثمان المروزي

Kutubi-Sittədə rəvayətləri var. Səid b. Mənsur b. Şöbə Əbu Osman əl-Mərvəzi, hafizdir, imamdr, höccətdir.

Şəmsuddin əz-Zəhəbi, Təzkirə əl-Huffaz, c.2, s.5, r.422; Dar əl-Kutub əl-İlmiyyə - Beyrut, 1419/1998; dirasə və təhqiq: Zəkəriyya Umeyra

Onlayn mənbə 1: shamela, 2/5, №422
Onlayn mənbə 2: kl28.com













Fotoşəkil: Şəmsuddin əz-Zəhəbi, Təzkirə əl-Huffaz, c.2, s.416; Dairə əl-Marif əl-Osmaniyyə - Hindistan, 1377/1958

Kitabı yükləmək üçün: ÜNVAN
5 Aprel, 2012  22:53 Baxılıb: 2439 Çap

Bu bölmədə