Üzərimdəki (vəzifəni) yalnız mən və Əli yerinə yetirə bilər (Vəsiyullah b. Muhəmməd Abbas)

 
حدثنا عبد الله قال حدثني أبي نا يحيى بن أبي بكير وابن آدم يعني يحيى قالا نا إسرائيل عن أبي إسحاق عن حبشي بن جناده قال بن آدم السلولي وكان قد شهد حجة الوداع قال قال رسول الله صلى الله عليه و سلم : علي مني وانا منه ولا يقضي عني ديني الا انا أو علي قال بن آدم ولا يؤدي عني الا أنا أو علي

Bizə Abdullah rəvayət etdi və dedi: mənə atam rəvayət etdi, bizə Yəhya b. Əbi Bukeyr və İbn Adəm (yəni, Yəhya) rəvayət etdilər və dedilər: bizə İsrail, Əbi İshaqdan, o da Hubşi b. Cunadədən (əs-Səluli) rəvayət etdi ki, o dedi: (İbn Adəm dedi: əs-Səluli Vida həcci gününə şahidlik edib) Rəsulullah (s) buyurdu: "Əli məndəndir, mən də ondanam. Dində məndən və Əlidən başqa heç kəs hökm verə bilməz." İbn Adəm dedi: "Üzərimdəki (vəzifəni) yalnız mən (yəni, Rəsulullah) və Əli yerinə yetirə bilərik."  

Əhməd b. Hənbəl, Fəzail əs-səhabə, c.2, s.594, №1010; Muəssisə ər-Risalə - Beyrut, 1403/1983; təhqiq: Vəsiyullah b. Muhəmməd Abbas

Onlayn mənbə 1: islamport, 2/594, №1010
Onlayn mənbə 2: kl28.com
Onlayn mənbə 3: islamport

Şeyx Vəsiyullah b. Muhəmməd Abbas hədisin sənədinin "səhih" olduğunu qeyd etmişdir.













Fotoşəkil: Əhməd b. Hənbəl, Fəzail əs-səhabə, c.2, s.594, №1010; Umm əl-Qura Universiteti - Məkkə, 1403/1983; təhqiq: Vəsiyullah b. Muhəmməd Abbas

Kitabı yükləmək üçün: ÜNVAN
____________________________________

حدثنا عبد الله قال حدثني أبي قثنا يحيى بن آدم نا شريك عن أبي إسحاق عن حبشي بن جنادة السلولي قال سمعت رسول الله صلى الله عليه و سلم : يقول علي مني وأنا منه لا يؤدي عني إلا أنا أو علي قال شريك فقلت لأبي إسحاق أين سمعت منه قال موضع كذا لا احفظه

Bizə Abdullah rəvayət etdi və dedi: mənə atam rəvayət etdi və dedi: bizə Yəhya b. Adəm rəvayət etdi, bizə Şərik, Əbi İshaqdan, o da Hubşi b. Cunadə əs-Səlulidən rəvayət etdi ki, o dedi: Rəsulullahın (s) belə buyurduğunu eşitdim:  "Əli məndəndir, mən də ondanam. Üzərimdəki (vəzifəni) yalnız mən və Əli yerinə yetirə bilərik." Şərik dedi: Atam İshaqdan soruşdum: Sən bunu hardan eşitmisən? O (İshaq) dedi: filan yerdə, yadımda qalmayıb.

Əhməd b. Hənbəl, Fəzail əs-səhabə, c.2, s.599, №1023; Muəssisə ər-Risalə - Beyrut, 1403/1983; təhqiq: Vəsiyullah b. Muhəmməd Abbas 

Onlayn mənbə 1: islamport, 2/594, №1023
Onlayn mənbə 2: kl28.com
Onlayn mənbə 3: islamport

Şeyx Vəsiyullah b. Muhəmməd Abbas hədisin sənədinin "həsən səhih li-ğeyrihi" olduğunu qeyd etmişdir.













Fotoşəkil: Əhməd b. Hənbəl, Fəzail əs-səhabə, c.2, s.599, №1023; Umm əl-Qura Universiteti - Məkkə, 1403/1983; təhqiq: Vəsiyullah b. Muhəmməd Abbas

Kitabı yükləmək üçün: ÜNVAN
19 Mart, 2012  11:23 Baxılıb: 1450 Çap

Bu bölmədə