Əlini söyən, məni söymüş olar! (əl-Hakim və əz-Zəhəbi)

أخبرنا أحمد بن كامل القاضي ثنا محمد بن سعد العوفي ثنا يحيى بن أبي بكير ثنا إسرائيل عن أبي إسحاق عن أبي عبد الله الجدلي قال : دخلت على أم سلمة رضي الله عنها فقالت لي : أيسب رسول الله صلى الله عليه و سلم فيكم فقلت معاذ الله أو سبحان الله أو كلمة نحوها فقالت : سمعت رسول الله صلى الله عليه و سلم يقول : من سب عليا فقد سبني

Bizə Əhməd b. Kamil əl-Qazi xəbər verdi: bizə Muhəmməd b. Sad əl-Avfi rəvayət etdi: bizə Yəhya b. Əbi Bəkr rəvayət etdi: bizə İsraildən, o da Əbu İshaqdan rəvayət etdi ki, Əbu Əbdullah əl-Cədəli belə dedi: "Ümmü Sələmənin yanına gəldim. O məndən: "Aranızda Allahın Rəsulunu (s) söyürlər?",-deyə soruşdu. Mən "SübhanAllah və ya "Allah eləməsin",-dedim. O dedi: "Allah Rəsulundan (s) belə eşitmişəm: "Əlini söyən kəs şübhəsiz ki, məni söymüş olar".

Hakim ən-Nisaburi hədisdən sonra deyib:

هذا حديث صحيح الإسناد و لم يخرجاه و قد رواه بكير بن عثمان البجلي عن أبي إسحاق بزيادة ألفاظ
Bu hədisin sənədi səhihdir, lakin onlar (Buxari və Müslüm, bu hədisi öz kitablarına) daxil etməyiblər.
تعليق الذهبي قي التلخيص : صحيح
əz-Zəhəbi "ət-Təlxis"də deyib: Səhihdir.
əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-Səhiheyn, c.3, s.130, hədis 4615; Darul-kutubil-İlmiyyə - Beyrut


123
456












Foto şəkil: əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-Səhiheyn, c.3, s.130, hədis 4615; Dar əl-Kutub əl-İlmiyyə - Beyrut, 1422 - 2002

Kitabı yükləmək üçün: ÜNVAN
21 Yanvar, 2012  22:01 Baxılıb: 2343 Çap

Bu bölmədə