Səvr b. Yəzid (digərlərinin nəzəri)

 
 خ 4 البخاري والأربعة ثور بن يزيد بن زياد الكلاعي ... قال بن سعد كان ثقة في الحديث ويقال أنه كان قدريا وكان جده قتل يوم صفين مع معاوية فكان ثور إذا ذكر عليا قال لا أحب رجلا قتل جدي ... وقال عثمان الدارمي عن دحيم ثور بن يزيد ثقة وما رأيت أحدا يشك أنه قدري وهو صحيح الحديث ... وقال عمرو بن علي عن يحيى بن سعيد ما رأيت شاميا أوثق من ثور بن يزيد ... وقال وكيع ثور كان صحيح الحديث 

Buxarinin “Səhih”ində və 4 kitabda (yəni, Sünən Əbu Davud, Sünən əl-Tirmizi, Sünən əl-Nəsai, Sünən ibn Macə) rəvayətləri var... Tam adı Səvr b. Yəzid b. Ziyad əl-Kalaidir ... İbn Sad dedi: O, hədisdə siqə biridir. Deyilir ki, o, qədəri idi. Onun babası Siffeyndə Müaviyyə tərəfindən çıxış etmişdir və elə həmin müharibədə öldürülmüşdür. Ona görə də hər dəfə Əlinin adı gələndə deyirdi: “Babamı öldürən adamı sevmərəm”...   Osman əl-Darəmi Duheymin belə dediyini rəvayət edir: "Səvr b. Yezid siqədir, onun Qədəriyyədən olmasını şübhə altına alan bir kimsə görməmişəm, onun hədisləri səhihdir"...  Əmr b. Əli Yəhya b. Səidin belə dediyini rəvayət edir: Şamlılar arasında Səvr b. Yəziddən daha etibarlısını görməmişəm... Vaki dedi: Səvrin hədisləri səhihdir.

İbn Həcər əl-Əsqəlani, Təhzib əl-Təhzib, c.2, s.30-32, №57

Onlayn mənbə 1: islamport
Onlayn mənbə 2: kl28.com
Onlayn mənbə 3: shamela














Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, Təhzib əl-Təhzib, c.2, s.33-35, №57; Dairə əl-Marif ən-Nizamiyyə, 1325

Kitabı yükləmək üçün: ÜNVAN
4 Mart, 2012  14:50 Baxılıb: 1036 Çap

Bu bölmədə