İbn Abbas insanlara Rəsulullahın (s.ə.a.s) sünnətini xatırladır!

وحدثني أبو الربيع الزهراني حدثنا حماد عن الزبير بن الخريت عن عبد الله بن شقيق قال خطبنا ابن عباس يوما بعد العصر حتى غربت الشمس وبدت النجوم وجعل الناس يقولون الصلاة الصلاة قال فجاءه رجل من بني تميم لا يفتر ولا ينثني الصلاة الصلاة فقال ابن عباس أتعلمني بالسنة لا أم لك ثم قال رأيت رسول الله صلى الله عليه وسلم جمع بين الظهر والعصر والمغرب والعشاء قال عبد الله بن شقيق فحاك في صدري من ذلك شيء فأتيت أبا هريرة فسألته فصدق مقالته

وحدثنا ابن أبي عمر حدثنا وكيع حدثنا عمران بن حدير عن عبد الله بن شقيق العقيلي قال قال رجل لابن عباس الصلاة فسكت ثم قال الصلاة فسكت ثم قال الصلاة فسكت ثم قال لا أم لك أتعلمنا بالصلاة وكنا نجمع بين الصلاتين على عهد رسول الله صلى الله عليه وسلم


Mənə Əbu ər-Rabi əz-Zəhrani rəvayət etdi və (dedi ki), bizə Həmmad, Zubeyr b. Xirritdən, o da Abdullah b. Şəqiqdən rəvayət etdi. Dedi: Bir gün İbn Abbas əsrdən sonra günəş batıb ulduzlar görünənə qədər bizə xütbə oxudu. İnsanlar “Namaz! Namaz!” - deməyə başladılar. Bu zaman onun yanına Təmim qəbiləsindən sözünü deməkdən çəkinməyən bir adam gələrək: “Namaz! Namaz!...” – dedi. İbn Abbas dedi: “Mənə sünnənimi öyrədəcəksən?! Anasız qalasan!” Sonra dedi: “Allahın elçisini (s) zöhr ilə əsri və məğrib ilə işanı birləşdirək qıldığını gördüm.” Abdullah b. Şəqiq deyir: “Bu sözdən qəlbimə şübhə düşdü. Əbu Hureyrənin yanına gəlib bu barədə soruşdum və o da İbn Abbasın sözünü təsdiqlədi.”

Bizə İbn Əbi Ömər rəvayət etdi (və dedi ki), bizə Vəki rəvayət etdi (və dedi ki),  bizə İmran b. Hudeyr, Abdullah b. Şəqiq əl-Uqeylidən rəvayət etdi. Dedi: Bir nəfər İbn Abbasa “Namaza!” – dedi. O, susdu. Sonra yenə “Namaza!” – dedi. O, yenə susdu. Sonra yenə “Namaza!” – dedi. İbn Abbas yenə susdu və sonra dedi: “Anasız qalasan! Namazı bizəmi öyrədəcəksən? Biz Rəsulullahın (s) zamanında iki namazı birləşdirərək qılardıq.”

Müslim b. əl-Həccac, əl-Müsnəd əs-səhih bi nəqlil ədli, s.490-491, №705(57,58); Dar İhya əl-Kutub əl-Ərəbiyyə

Onlayn mənbə 1: islamweb 705(57)705(58)
Onlayn mənbə 2: hadith.al-islam.com 705(57)705(58)
Onlayn mənbə 3: imamu.edu.sa














Fotoşəkil: Müslim b. əl-Həccac, əl-Müsnəd əs-səhih bi nəqlil ədli, s.320, №705(57,58); Dar Teybə - Riyad, 1427/2006; təhqiq: Nəzər b. Muhəmməd əl-Qurtubi













Fotoşəkil: Müslim b. əl-Həccac, əl-Müsnəd əs-səhih bi nəqlil ədli, s.491-492, №705(57,58); Dar İhya əl-Kutub əl-Ərəbiyyə - Riyad, 1412/1991; təhqiq: Muhəmməd Fuad Əbdül-Baqi
29 Fevral, 2012  16:20 Baxılıb: 2859 Çap

Bu bölmədə