Rəsulullah (s.ə.a.s) namazlarını bir yerdə qılır!

 
 باب الجمع بين الصلاتين في الحضر
حدثنا يحيى بن يحيى قال قرأت على مالك عن أبي الزبير عن سعيد بن جبير عن ابن عباس قال صلى رسول الله صلى الله عليه وسلم الظهر والعصر جميعا والمغرب والعشاء جميعا في غير خوف ولا سفر

وحدثنا أحمد بن يونس وعون بن سلام جميعا عن زهير قال ابن يونس حدثنا زهير حدثنا أبو الزبير عن سعيد بن جبير عن ابن عباس قال صلى رسول الله صلى الله عليه وسلم الظهر والعصر جميعا بالمدينة في غير خوف ولا سفر قال أبو الزبير فسألت سعيدا لم فعل ذلك فقال سألت ابن عباس كما سألتني فقال أراد أن لا يحرج أحدا من أمته

Həzərdə (sabit məskəni olanların qaldıqları məmləkət, vətən) namazların birləşdirilməsi haqqında bab
Bizə Yəhya b. Yəhya rəvayət etdi və dedi ki, Malikə Əbu əz-Zubeyrdən dinlədiyim, onun da Səid b. Cubeyrdən, onun da İbn Abbasdan nəqlən rəvayət etdiyi bu hədisi oxudum: "Rəsulullah (s) heç bir qorxu olmadan və heç bir səfər yox ikən zöhr və əsr namazlarını bir yerdə qıldı."

Bizə Əhməd b. Yunus və Aun b. Səllam biryerdə Zuheyrdən rəvayət etdilər. İbn Yunus dedi ki, bizə Zuheyr rəvayət etdi və dedi ki), bizə Əbu əz-Zubeyr, Səid b. Cubeyrdən, o da İbn Abbasdan nəqlən rəvayət etdi: “Rəsulullah (s.ə.a.s) Mədinədə heç bir qorxu olmadan və səfər yox ikən zöhr və əsr namazlarını bir yerdə qıldı.” Əbu əz-Zubeyr dedi: “Mən Səiddən görəsən nəyə görə belə etdiyini soruşdum. Səid dedi: Mən də sənin soruşduğun kimi İbn Abbasdan soruşdum.” Rəsulullah (s) buyurdu: “Ümmətimdən heç kəsin əziyyət çəkməsini istəmirəm.”

Müslim b. əl-Həccac, əl-Müsnəd əs-səhih bi nəqlil ədli, s.489-490, №705; Dar İhya əl-Kutub əl-Ərəbiyyə

Onlayn mənbə 1: islamweb
Onlayn mənbə 2: hadith.al-islam.com
Onlayn mənbə 3: imamu.edu.sa














Fotoşəkil: Müslim b. əl-Həccac, əl-Müsnəd əs-səhih bi nəqlil ədli, s.318-319, №705(49,50); Dar Teybə - Riyad, 1427/2006; təhqiq: Nəzər b. Muhəmməd əl-Qurtubi

Kitabı yükləmək üçün: ÜNVAN














Fotoşəkil: Müslim b. əl-Həccac, əl-Müsnəd əs-səhih bi nəqlil ədli, s.489-490, №705(49,50); Dar İhya əl-Kutub əl-Ərəbiyyə - Riyad, 1412/1991; təhqiq: Muhəmməd Fuad Əbdül-Baqi

Kitabı yükləmək üçün: ÜNVAN
28 Fevral, 2012  16:30 Baxılıb: 3174 Çap

Bu bölmədə