Camaat namazında qadınlara baxan səhabələr haqqında ayə (əl-Hakim və əz-Zəhəbi)

 
حدثني علي بن حمشاذ العدل ، ثنا إسماعيل بن إسحاق القاضي ، ثنا أبو عمر حفص بن عمر ، ثنا نوح بن قيس ، ثنا عمرو بن مالك ، عن أبي الجوزاء ، عن ابن عباس رضي الله عنهما قال : كانت تصلي خلف رسول الله صلى الله عليه وآله وسلم امرأة حسناء من أحسن الناس ، وكان بعض القوم يستقدم في الصف الأول ، لأن لا يراها ويستأخر بعضهم حتى يكون في الصف المؤخر ، فإذا ركع قال هكذا ، ونظر من تحت إبطه وجافى يديه ، فأنزل الله عز وجل في شأنهم : ولقد علمنا المستقدمين منكم ولقد علمنا المستأخرين 

Mənə Əli b. Həmşaz əl-Ədl rəvayət etdi (və dedi ki), bizə İsmayıl b. İshaq əl-Qazi rəvayət etdi ki, bizə Əbu Ömər Həfs b. Ömər rəvayət etdi, bizə Nuh b. Qeys rəvayət etdi, bizə Əmr b. Malik, Əbi Cəuzədən, o da İbn Abbasdan rəvayət etdi: "Bir gözəl qadın Peyğəmbərin (s) arxasında namaz qılardı. Müsəlmanlardan bə`ziləri onu görməmək üçün qabaq sıralarda namaz qılırdılar. Bə`ziləri isə əksinə arxa sırada namaz qılmağa çalışırdılar ki, ruku edəndə qoltuqlarının altından ona baxsınlar. Bu səbəbə Allah bu ayəni nazil etdi: "Sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik.""

Hədisdən sonra əl-Hakim ən-Nisaburi deyir:
هذا حديث صحيح الإسناد ولم يخرجاه . وقال عمرو بن علي : لم يتكلم أحد في نوح بن قيس الطاهي بحجة وله أصله من حديث سفيان الثوري 
Bu hədisin sənədi səhihdir, lakin (Buxari və Müslim) təxric etməyiblər. 

"əl-Müstədrək əla əs-Səhiheyn" kitabının əz-Zəhəbinin "ət-Təlxis"i ilə birgə nəşrində deyilir:
تعليق الذهبي قي التلخيص : صحيح
əz-Zəhəbi "ət-Təlxis"də deyir: Səhihdir.

əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-Səhiheyn, c.2, s.384, №3346; Dar əl-Kutub əl-İlmiyyə - Beyrut, 1411 - 1990; təhqiq: Mustafa Əbdül-Qadir Ata (əz-Zəhəbinin "ət-Təlxis"i ilə birgə)

Onlayn mənbə 1: rewayat, 2/384, 3346
Onlayn mənbə 2: islamport, 3/198, №3346
Onlayn mənbə 3: islamweb, №3398
Onlayn mənbə 4: imamu.edu.sa














Fotoşəkil: əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-Səhiheyn, c.2, s.384, №3346; Dar əl-Kutub əl-İlmiyyə - Beyrut, 1422 - 2002; təhqiq: Mustafa Əbdül-Qadir Ata (əz-Zəhəbinin "ət-Təlxis"i ilə birgə)

Kitabı yükləmək üçün: ÜNVAN
28 Fevral, 2012  14:30 Baxılıb: 1569 Çap

Bu bölmədə