İbn Rəcəb Hənbəli: Səhabələr zalim əmirlərin onları qətlə yetirməsindən qorxub təqiyyə edirdilər.

Əhli-sünnə hədis hafizi İbn Rəcəb Hənbəli belə deyir:

فقد تبين بهذا السياق أن الصحابة والتابعين كانوا كلهم خائفين من ولاة السوء الظالمين، وأنهم غير قادرين على الإنكار عليهم، وأنه غير نافع بالكلية؛ فإنهم يقتلون من أنكر، ولا يرجعون عن تأخير الصلاة على عوائدهم الفاسدة. وقد تكلم بعض علماء أهل الشام في زمن الوليد بن عبد الملك في ذلك، وقال: أبعث نبيٌ بعد محمدٍ يعلمكم هذا – أو نحو ذلك -؟ فأخذ فأدخل الخضراء، فكان آخر العهد به.

ولهذا لم يستطع أنس أن يجيب يزيد الضبي بشيءٍ حين تكلم يزيد، وإنما قال للحكم لما سأله: قد بقي من الشمس بقيةٌ – يريد: قد بقي من ميقات العصر بقيةٌ -، وهو كما قال لكن وقت الجمعة كان قد فات، ولم يستطع أن يتكلم بذلك، فلما دخل الحكم داره، وأدخل معه أنساً ويزيد الضبي، فسئل أنس في ذلك الوقت عن وقت صلاة النبي – صلى الله عليه وسلم -، فأخبر أنه كان يعجل في البرد، ويبرد في الحر، ومراده -والله أعلم-: صلاة الظهر، وهذا هو الذي أمكن أنساً أن يقوله في ذلك الوقت، ولم يمكنه الزيادة على ذلك.

وأكثر العلماء على أن الجمعة لا يبرد بها بعد الزوال، بل تعجل في أول الوقت، وللشافعية في ذلك وجهان. وقد كان الصحابة والتابعون مع أولئك الظلمة في جهدٍ جهيدٍ، لا سيما في تأخير الصلاة عن ميقاتها، وكانوا يصلون الجمعة في أخر وقت العصر، فكان أكثر من يجيء إلى الجمعة يصلي الظهر والعصر في بيته، ثم يجيء إلى المسجد تقية لهم، ومنهم من كان إذا ضاق وقت الصلاة وهو في المسجد أومأ بالصلاة خشية القتل. وكانوا يحلفون من دخل المسجد أنه ما صلى في بيته قبل أن يجيء.


Bununla da aydın oldu ki, səhabələr və tabeinlər pis və zalim əmirlərdən qorxurdular. Onlara etiraz etmək iqtidarında deyildirlər. Ümumiyyətlə, bunun heç bir faydası da yox idi. Əmirlər etiraz edəni qətlə yetirirdilər. Pis adətləri üzrə namazı gecikdirməyi tərk etmirdilər. Vəlid bin Əbdülməlikin zamanında bəzi alimlər bu barədə etiraz etmişlər. O isə: “Muhəmməddən sonra sizə bunu öyrədən bir peyğəmbər göndərilib?” və ya buna bənzər söz demişdir.

Buna əsasən də Ənəs Yezid bin Zəbi danışarkən ona cavab verə bilməmişdir. O, Həkəm ona sual verdikdə belə demişdir: “Günəşin batmasına qalıb”. Əsr namazının vaxtının qalmasını demək istəyirdi. Onun dediyi kimi idi. Lakin cümənin vaxtı bitmişdir. Amma bu barədə bir söz deyə bilmədi. Həkəm evinə getdikdə, Ənəs və Yezid Zəbini də özü ilə birlikdə evə apardı. Həmin vaxt Ənəsdən Peyğəmbərin (s) namazının vaxtı barədə soruşduqda, belə cavab verdi: “O, soyuqda tez qılar, istidə isə gecikdirərdi”. Onun məqsədi – Allah doğrusunu bilir – zöhr namazı idi. Ənəsin həmin vaxt deyə biləcəyi bu idi. Bundan artığını deməyə imkanı çatmırdı.

Alimlərin əksəriyyətinin rəyi budur ki, cümə namazı günortadan sonraya təxirə salınmaz. Namazın vaxtının daxil olduğu əvvəl vaxtda qılmağa tələsmək lazımdır. Şafeilərin bu barədə iki rəyi vardır. Səhabələr və tabeinlər həmin zalımlarla çox çətinliklə dolanırdılar. Xüsusilə də namazın vaxtını təxirə salmaq məsələsində. Onlar cümə namazını əsr namazının ən son vaxtında qılırdılar. Cümə namazında iştirak etməyə gələnlərin əksəriyyəti evində zöhr və cümə namazlarını qılıb gəlirdilər. Onlardan (səhabələr və tabeinlər) hər hansı biri məsciddə olarkən namazın vaxtına az qaldıqda, qətlə yetirilmə qorxusundan əli ilə işarə edirdi. Məscidə gələn hər kəsə gəlmədən əvvəl evində namaz qılmasını and içdirirdilər”.

 

 

 

 

 

 

 

Fotoşəkil: Fəthul-bari fi şərhil-Buxari, c.5, səh. 332-334; nəşr: “Daru İbn Covzi” – S.Ərəbistanı, 1430 h./2009 m.; təhqiq: Tariq bin Əvəzullah

Vəhhabilər isə şiələri təqiyyə inancına görə məsxərə edirlər. Halbuki, təqiyyə Qurani-Kərimlə sabit bir məsələdir.

27 Aprel, 2018  01:38 Baxılıb: 57 Çap