Əlauddin əl-Bosnavinin Hz.Əlinin (ə) Kəbədə doğulması barədə etirafı

Əhli-sünnə alimi Əlauddin əl-Kovsəri əl-Bosnəvi özünün “Muhadaratul-avail” kitabında İmam Əlinin ləqəbləri və Kəbədə doğulması barədə belə deyir:

أول من لقب في صباه باسم الاسد في الاسلام من الصحب الکرام وهو الحيدر من أسماء الاسد سيدنا علي بن أبي طالب رضي الله عنه کان أبو أمه غائبا حين ولدته داخل الکعبة وهي فاطمة بنت أسد لقبته أمه تفاؤلا باسم أبيه وکان من أعيان بني هاشم وهي أول هاشمية ولدت هاشميا وهو أقرب الخلفاء نسبا الي رسول الله صلي الله عليه وسلم ابن عمه وزوج أفضل بناته رضي الله عنهن.


İslam dövründə möhtərəm səhabələr içərisində uşaqlığında “şir” adlandırılan ilk şəxs ağamız Əli ibn Əbu Talibdir.  Ona “şir” mənasına gələn “heydər” demişlər. O, Kəbənin içində doğularkən anasının atası həyatda deyildi. Anası Fatimə binti Əsəd Bəni-Haşimin nüfuzlu şəxslərindən olan atasının (Əsədin)- adını (“əsəd” hərfi mənada “şir” deməkdir – red.) uşağa ləqəb kimi qoyur. Fatimə özü haşimi övlad dünyaya gətirən ilk qadın idi. Xəlifələr içində nəsəb baxımından Peyğəmbərə ən yaxın olan şəxs məhz Əli ibn Əbu Talib olmuşdur. O, Peyğəmbərin əmisi oğlu, onun qızlarının ən üstününün əri olmuşdur.

 

 

 

 

 

 

Fotoşəkil: Əlauddin əl-Bosnəvi, Muhadaratul-avail və musaməratul-avaxir, səh.79; "Matbaatul-amiriyyə", Misir

12 İyul, 2017  23:19 Baxılıb: 93 Çap

Bu bölmədə