Cəmaluddin əz-Zərəndi: Əli ibn Əbu Talib (k.v) Kəbənin içində dünyaya gəlmişdir.

Əhli-sünnə alimi Cəmaluddin Muhəmməd ibn Yusif əz-Zərəndi əl-Hənəfi yazır:

وولد کرم الله وجهه فی جوف الکعبة، یوم الجمعة الثالث عشر من رجب قبل الهجرة بثلاث وعشرین سنة على المشهور


Əli - Allah üzünü nurlandırsın - məşhur nəzərə əsasən, hicrətdən 23 il əvvək, rəcəb ayının 13-də, cümə günü Kəbənin içində dünyaya gəlmişdir.

 

 

 

 

 

 

Fotoşəkil: Cəmaluddin əz-Zərəndi əl-Hənəfi, “Məaricul-vusul”, səh.49.

Digər bir kitabında isə belə yazır:

وأمه فاطمة بنت أسد ابن هاشم بن عبد مناف روي انه لما ضربها المخاض أدخلها أبو طالب الكعبة بعد العشاة فولدت فيها علي بن أبي طالب (رض).


Anası Fatimə binti Əsəddir. Nəql edilmişdir ki, qaş qaralandan sonra onu doğum sancısı tutarkən Əbu Talib onu Kəbəyə daxil etmiş və o, orada Əli ibn Əbu Talibi dünyaya gətirmişdir.

 

 

 

 

 

 

Fotoşəkil: Cəmaluddin əz-Zərəndi əl-Hənəfi, “Nazmu-durəris-simteyn”, səh.76.

11 İyul, 2017  00:54 Baxılıb: 331 Çap

Bu bölmədə