عبد الرزاق ، عن الثوري ، عن منصور ، عن مجاهد قال : جاء رجل إلى ابن عمر قال : أصلي خلف الإمام في رمضان ؟ قال : أتقرأ القرآن ؟ قال : نعم قال : أفتنصت كأنك حمار ؟ صل في بيتك
Əbdür-Rəzzaq, Səvridən, o da Mənsurdan nəql edir ki, Mücahid dedi: Bir gün İbn Ömərin yanına bir kişi gəldi və soruşdu: (Ey İbn Ömər), Ramazan ayında imamın arxasında namaz (Təravih namazı) qılmaq olarmı? İbn Ömər cavabında soruşdu: Sən Quran oxuyursanmı? Kişi: Bəli - deyə cavab verdi. İbn Ömər isə: Bəs onda uzunqulaq kimi nə susub gözləyirsən?! Get evində namaz qıl.
Əbdür-Rəzzaq əs-Sənani, əl-Müsənnəf, c.4, s.264, №7742; əl-Məclis əl-İlmi - 1390/1970; təhqiq: Həbib ər-Rəhman əl-Azami
Qeyd: Xəlifə Ömərin oğlu o kişiyə məsciddə yox, evdə namaz qılmaq lazım olduğunu deyir. Özü də çox kobud şəkildə.
Fotoşəkil: Əbdür-Rəzzaq əs-Sənani, əl-Müsənnəf, c.4, s.264, №7742; əl-Məclis əl-İlmi - 1390/1970; təhqiq: Həbib ər-Rəhman əl-Azami
Kitabı yükləmək üçün:
ÜNVAN
Rəvayətin sənədinin araşdırılması:
Rəvayətin sənədindəki bütün ravilər əl-Buxari və Müslimin "Səhih"lərinin raviləridir.
1. Əbdür-Rəzzaq əs-Sənani
əz-Zəhəbi onun böyük hafizlərdən biri və siqə (etibarlı) olduğunu bildirib. əl-İcli də onu etibarlı hesab edib.(
Siyər əlam ən-nubəla, 9/563)
2. Sufyan əs-Səvri
Əhli-sünnənin məşhur alimlərindəndir. İbn Həcər onun etibarlı, imam, höccət olduğunu bildirib. (
Təqrib ət-Təhzib, №2445)
3. Mənsur b. Mutəmər
4. Mücahid b. Cabir
Məşhur tabeindir.