Hz.Əlinin (ə) öz qətli barədə Allah Rəsulundan (s) xəbər alması (Bəşşar Avvad Məruf)

Əhli-sünnə alimi Bəşşar Avvad Məruf yazır:

عن أبي الأسود الديلي، قال: سمعت علياً يقول: أتاني عبد الله بن سلام وقد أدخلت رجلي في الغرز، فقال لي: أين تريد؟ فقلت: العراق. فقال: أما إنك إن جئتها ليصيبنَّك بها ذباب السيف. فقال علي: وايم الله، لقد سمعتُ رسول الله يقوله قبله. فقال أبو حرب: فسمعتُ أبي يقول: فعجبتُ منه، وقلتُ: رجلٌ محارب يحدث بمثل هذا عن نفسه.


Əbul-Əsvəd əd-Duəlidən belə dediyi nəql edilir: Əlinin belə dediyini eşitdim: Ayağım atın üzəngisində olduğu bir halda Abdullah ibn Səlam mənə yaxınlaşıb dedi: “Hara gedirsən?”. Dedim: “İraqa”. Dedi: “Əgər ora getsən, qılınca tuş gələcəksən”. Dedim: “Allaha and olsun ki, Allahın elçisinin bunu dediyini eşitmişəm”.

Əbu Hərb (Əbul-Əsvədin oğlu) deyir: Atamın belə dediyini eşitdim: “Mən bu sözü eşidəndə təəccübləndim. Öz-özümə dedim ki: Döyüşə gedən adam özü barəsində belə sözlər danışır?”

Bu hədisin nəql edildiyi bir neçə mənbəni qeyd etdikdən sonra yazır:

إسناده حسن، عبد الملك بن أعين صدوق، وباقي رجال الإسناد ثقات.

Sənədi həsəndir. Əbdülməlik ibn Ayən səduqdur. Sənədin digər raviləri isə siqədirlər.

 

 

 

 

 

 

Fotoşəkil: Bəşşar Avvad Məruf, Müsnədü-əshabil-kisa, c.2, s.312-313, №482; "Darul-ğərbil-İslami", Tunis, 1434/2013

10 İyul, 2017  02:40 Baxılıb: 219 Çap

Bu bölmədə