Hz.Əlinin (ə) öz qətli barədə Allah Rəsulundan (s) xəbər alması (İbn Kəsir və əl-Beyhəqi)

Əhli-sünnə alimi İbn Kəsir yazır:

طريق أخرى عنه: قال: الحافظ أبو بكر البزار في مسنده: حدثنا أحمد بن أبان القرشي، ثنا سفيان بن عيينة، ثنا كوفي يقال له: عبد الملك بن أعين. عن أبي حرب بن أبي الأسود، عن أبيه قال: سمعت علي بن أبي طالب يقول: قال لي عبد الله بن سلام وقد وضعت رجلي في غرز الركاب: لا تأت العراق فإنك إن أتيتها أصابك بها ذباب السيف. قال: وايم الله لقد قالها، ولقد قالها النبي لي قبله. قال أبو الأسود:: فقلت: تالله ما رأيت رجلاً محارباً يحدث بهذا غيرك. ثم قال البزار: لا نعلم رواه إلا علي بن أبي طالب بهذا الإسناد، ولا نعلم رواه إلا عبد الملك بن أعين، عن أبي حرب، ولا رواه عنه إلا ابن عيينة. هكذا قال، وقد رأيت من الطرق المتعددة خلاف ذلك. وقال البيهقي بعد ذكره طرفاً من هذه الطرق: وقد روينا في كتاب السنن بإسناد صحيح عن زيد بن أسلم، عن أبي سنان الدؤلي، عن علي في إخبار النبي صلى الله عليه وسلم بقتله.


Başqa bir yolla yenə ondan belə nəql olunur: Hafiz Əbu Bəkr əl-Bəzzar öz “Müsnəd” kitabında belə qeyd etmişdir: bizə Əhməd ibn Əban əl-Qurəşi nəql edib dedi: bizə Süfyan ibn Üyeynə nəql edib dedi: bizə Əbdülməlik ibn Əyan adlı bir kufəli Hərb ibn Əbul-Əsvəddən, o da atasından nəql edib dedi:

Əli ibn Əbu Talibin belə dediyini eşitdim: Ayağım üzəngidə olduğu bir vaxt, Abdullah ibn Səlam mənə yaxınlaşıb dedi: “İraqa getmə. Orada sənin qılınc zərbəsinə tuş gələcəyindən qorxuram.” Dedim: “Allaha and olsun ki, Allahın elçisi bunu mənə xəbər vermişdir”. Əbul-Əsvəd deyir: “Allaha and olsun, səndən başqa heç bir döyüşçünün özü barədə bu cür deməsini görməmişəm”.

Sonra Bəzzar demişdir: “Bu rəvayətin Əli ibn Əbu Talibdən yalnız bu sənədlə - İbn Üyeynə – Əbdülməlik ibn Əyan – Əbu Harb yolu ilə nəql olunduğunu görmüşük”.

Halbuki mən [İbn Kəsir] bunun belə olmadığını, rəvayətin çoxlu sənədlərlə nəql olunduğunu görmüşəm.

Beyhəqi bu rəvayətin bir sıra sənədlərini qeyd etdikdən sonra demişdir: “Biz “əs-Sünən” kitabında səhih sənədlə Zeyd ibn Əsləm – Əbu Sinan əd-Duəli – Əli ibn Əbu Talib yolu ilə Peyğəmbərin Əliyə qətlə yetirilməsini xəbər verdiyini nəql etmişik.”

 

 

 

 

 

 

Fotoşəkil: İbn Kəsir, Əl-Bidayə vən-nihayə, c.11, s.9-10; "Darul-aləmil-kutub", ər-Riyad, 1424/2003; təhqiq: Abdullah ibn Əbdülmuhsin Ət-Turki.

İbn Kəsir rəvayəti qeyd etdikdən sonra Beyhəqinin onun sənədini səhih hesab etdiyini nəql etmiş və başqa heç bir fikir qeyd etməmişdir. Bu, İbn Kəsirin özünün də rəvayətin sənədinin səhihliyini qəbul etdiyinə dəlalət edir. Belə ki, əgər bunun əksi olsaydı, əvvəla, Beyhəqinin fikrini qeyd etməz, ikincisi, adəti üzrə mütləq rəvayətə irad tutardı.

10 İyul, 2017  01:38 Baxılıb: 308 Çap

Bu bölmədə