Sələfi (vəhhabi) alimi Səud əl-Xələfin Hz.Əlinin (ə) qətli barədə hədislər haqqında etirafı

Sələfi (vəhhabi) mühəqqiq və Mədinə İslam Universitetinin müəllimi Səud əl-Xələf “Əl-İntisar fir-radd aləl-mutəzilətil-qadəriyyətil-əşrar” (müəllif: Əbülhüseyn əl-İmrani əl-Yəməni əş-Şafei) kitabına yazdığı təhqiqində İmam Əlinin (ə) öz şəhadət vaxtını və yerini öncədən xəbər verdiyini təsdiq etmiş və yazmışdır:

وقد اخرج ابن سعد فى الطبقات عن علي رضى الله عنه فى إثبات أنه كان يعلم أنه سيقتل ومكان مقتله عدة روايات بأسانيد جيدة، وفى أحد الروايات صرح علي رضى الله عنه أن مقتله بهذه الصفة عهد النبى يَة إليه، مما يدل أنه صلى الله عليه وسلم أخبره بذلك. والله أعلم.

İbn Səd “Ət-Tabaqat” əsərində Əlinin (r) özünün qətlə yetiriləcəyini və qətlə yetiriləcəyi yeri bildiyini “ceyyid” (çox yaxşı) sənədlərlə bir neçə rəvayətdə nəql etmişdir. Həmin rəvayətlərin birində Əli (r) Peyğəmbərin (s) ona necə qətlə yetiriləcəyini xəbər verdiyini bildirir. Bu ona dəlalət edir ki, Peyğəmbər (s) bu barədə ona xəbər vermişdi. Allah daha yaxşı bilər.

 

 

 

 

 

 

Fotoşəkil: Əbülhüseyn əl-İmrani əl-Yəməni əş-Şafei, Əl-İntisar fir-radd aləl-mutəzilətil-qadəriyyətil-əşrar, c.2, s.512; "Ədvaus-sələf", ər-Riyad, 1419/1999; təhqiq: Səud ibn Əbdüləziz əl-Xələf

8 İyul, 2017  01:42 Baxılıb: 623 Çap

Bu bölmədə