Təvəssülü inkar edənlərə cavab (əş-Şövkani)

Əhli-sünnə alimi Muhəmməd ibn Əli əş-Şövkani yazır:

وبهذا تعلم أن ما يورده المانعون من التوسل بالأنبياء والصلحاء من نحو قوله تعالى ما نعبدهم إلا ليقربونا إلى الله زلفى ونحو قوله تعالى فلا تدعوا مع الله أحدا ونحو قوله تعالى له دعوة الحق والذين يدعون من دونه لا يستجيبون لهم بشيء ليس بوارد بل هو من الاستدلال على محل النزاع بما هو أجنبي عنه .

فإن قولهم ما نعبدهم إلا ليقربونا إلى الله زلفى مصرح بأنهم عبدوهم لذلك والمتوسل بالعالم مثلا لم يعبده بل علم أن له مزية عند الله بحمله العلم فتوسل به لذلك .

وكذلك قوله ولا تدعوا مع الله أحدا فإنه نهي عن أن يدعى مع الله غيره كأن يقول بالله وبفلان ،

والمتوسل بالعالم مثلا لم يدع إلا الله فإنما وقع منه التوسل عليه بعمل صالح عمله بعض عباده كما توسل الثلاثة الذين انطبقت عليهم الصخرة بصالح أعمالهم .

وكذلك قوله : والذين يدعون من دونه الآية فإن هؤلاء دعوا من لا يستجيب لهم ولم يدعوا ربهم الذي يستجيب لهم والمتوسل بالعالم مثلا لم يدع إلا الله ولم يدع غيره دونه ولا دعا غيره معه .

وإذا عرفت هذا لم يخف عليك دفع ما يورده المانعون للتوسل من الأدلة الخارجة عن محل النزاع خروجا زائدا على ما ذكرناه كاستدلالهم بقوله تعالى وما أدراك ما يوم الدين ثم ما أدراك ما يوم الدين يوم لا تملك نفس لنفس شيئا والأمر يومئذ لله فإن هذه الآية الشريفة ليس فيها إلا أنه تعالى المنفرد بالأمر في يوم الدين وأنه ليس لغيره من الأمر شيء ، والمتوسل بنبي من الأنبياء أو عالم من العلماء هو لا يعتقد أن لمن توسل به مشاركة لله جل جلاله في أمر يوم الدين ومن اعتقد هذا العبد من العباد ، سواء كان نبيا أو غير نبي فهو في ضلال مبين .

وهكذا الاستدلال على منع التوسل بقوله ليس لك من الأمر شيء قل لا أملك لنفسي نفعا ولا ضرا فإن هاتين الآيتين مصرحتان بأنه ليس لرسول الله -صلى الله عليه وسلم- من أمر الله شيء ، وأنه لا يملك لنفسه نفعا ولا ضرا فكيف يملك لغيره ؟ وليس فيهما منع التوسل به أو بغيره من الأنبياء أو الأولياء أو العلماء ، وقد جعل الله لرسوله -صلى الله عليه وسلم- المقام المحمود لمقام الشفاعة العظمى وأرشد الخلق إلى أن يسألوه ذلك ويطلبوه منه ، وقال له : سل تعطه واشفع تشفع ، وقيل ذلك في كتابه العزيز بأن الشفاعة لا تكون إلا بإذنه ولا تكون إلا لمن ارتضى ، ولعله يأتي تحقيق هذا المقام إن شاء الله تعالى .

Buradan məlum olur ki, peyğəmbərlərə, salehlərə və bu kimi şəxslərə təvəssülü qadağan edənlərin Uca Allahın “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (“əz-Zumər”, 3), “Elə isə çəkin, Allahla yanaşı başqa bir ilah çağırma, yoxsa əzaba düçar edilənlərdən olarsan!” (“əş-Şüəra”, 213); “Onların tapındıqları tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır, Onun rəhmətini umur, əzabından qorxur. Həqiqətən, Rəbbinin əzabı qorxuludur!” (“əl-İsra”, 57) ayələrinə istinad etmələri heç də doğru deyil. Əksinə, mübahisə mövzusuna aid olmayan dəlillər təqdim etmək dəməkdir.

“Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” sözü aydın şəkildə onlara ibadət etdiklərini qeyd edir. Ancaq məsələn, bir alimə təvəssül edən şəxs ona ibadət etmir, əksinə, onun Allah yanında ehtiram və məziyyətinin olduğunu bildiyi üçün vəsilə qərar verir.

Həmçinin “Elə isə çəkin, Allahla yanaşı heç kəsi çağırma, yoxsa əzaba düçar edilənlərdən olarsan!” sözü də belədir. Burada Allahla birgə başqasının çağırılması qadağan edilir. Belə ki, “Allahdan və filandan diləyirəm”. Alimə təvəssül edən şəxs isə Allahdan qeyrisini çağırmır. Yalnız bəzi bəndələrinin saleh əməlləri vasitəsilə Ona təvəssül edirlər. Necə ki, (mağarada qayanın arxasında çarəsiz qalmış) həmin o üç nəfər də öz saleh əməllərini dualarının qəbul üçün vasitə qərar verdilər.

Eləcə də “Allahdan qeyrisini çağıranlar da...”; onlara cavab verə bilməyəcək şeyləri çağırırlar. Onların dualarına cavab verə biləcək Rəblərinə dua etmirlər. Məsələn, alimə təvəssüldə Allahdan başqasına dua edilmir, Ondan başqası çağırılmır və Onunla bərabər qeyrisinə dua edilmir.

Bunları bildikdən sonra təvəssülü qadağan edənlərin göstərdikləri dəlillərin mövzudan kənar olduğu aydınlaşır. Həmçinin onların iddialarına dəlil kimi təqdim etdikləri ““Sən nə bilirsən ki, haqq-hesab günü nədir?! Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?! O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq Allahındır!” (“əl-İnfitar”, 17-19) ayələri də bu mövzuda dəlil ola bilməz. Bu şərif ayələr Qiyamət günün hökmün yalnız Allaha məxsus olduğunu bəyan edir. Bir peyğəmbərə, yaxud alimə təvəssül edilməsi isə Qiyamət günü onların Allahla bərabər hökmə malik olduqları anlamını vermir. Belə bir əqidəyə inam bəsləmək, əlbəttə ki, açıq-aydın zəlalət demək olardı.

Həmçinin təvəssülün qadağan olmasına “Bu işdə sənə dəxli olan bir şey yoxdur” (“Ali-İmran”, 128) və ya “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm” (“əl-Əraf”, 188) ayələri də maneə ola bilməz. Belə ki, bu iki ayə açıq şəkildə Peyğəmbərin (s) Allahın hökmlərində hansısa bir səlahiyyətinin olmadığını bəyan edir. O özünə nə bir xeyir, nə də zərər vermək iqtidarında deyil, başqasına bunu necə edə bilər?! Burada ona və ya bir başqa peyğəmbər, övliya və ya alimə təvəssülü qadağan edəcək bir şey yoxdur. Belə ki, Uca Allah Peyğəmbərə (s) “əl-Məqamul-Məhmud”u bəxş edib, bu da əzəmətli şəfaət məqamıdır. İnsanları bunu diləmələri və istəmələri üçün ona tərəf yönəldib. Və ona buyurub ki, “sən istə verilsin, şəfaət et şəfaətin qəbul olsun”. Bunu öz kitabında da bəyan edib ki, qiyamətdə Onun yanında (hüzurunda) yalnız izn verdiyi şəxslər şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər (“əl-Bəqərə”, 255). İnşallah qarşıda bunu araşdıracağıq.

 

 

 

 

 

 

Fotoşəkil: Muhəmməd ibn Əli əş-Şəvkani, "Durrul-nəzid fi ixlas kəlimətit-tövhid", s.21-23; "Dar İbn Xuzeymə" - Səudiyyə Ərəbistanı, 1414/1993; təhqiq: Əbu Abdullah əl-Hələbi

Gördüyünüz kimi, dövrümüzün əhli-sünnə adı altında gizlənən sələfilərinin (vəhhabilərinin) təvəssülü inkar etmək üçün dəlil gətirdikləri ayələrin heç biri təvəssülü inkar etmir.

21 Noyabr, 2016  17:33 Baxılıb: 1059 Çap