Aşura günü Beytül-Məqdisdə hansı daşı qaldırırdılarsa, altında təzə qan olduğunu görürdülər (əl-Heysəmi)

Əhli-sünnə alimi Hafiz əl-Heysəmi nəql edir:

وَعَنِ الزَّهْرِيِّ قَالَ: قَالَ لِي عَبْدُ الْمَلِكِ: أَيُّ وَاحِدٍ أَنْتَ إِنْ أَعْلَمْتَنِي، أَيُّ عَلَامَةٍ كَانَتْ يَوْمَ قَتْلِ الْحُسَيْنِ بْنِ عَلِيٍّ. فَقَالَ: قُلْتُ: لَمْ تُرْفَعْ حَصَاةٌ بِبَيْتِ الْمَقْدِسِ إِلَّا وُجِدَ تَحْتَهَا دَمٌ عَبِيطٍ، فَقَالَ لِي عَبْدُ الْمَلِكِ: إِنِّي وَإِيَّاكَ فِي هَذَا الْحَدِيثِ لَقَرِينَانِ.

رَوَاهُ الطَّبَرَانِيُّ، وَرِجَالُهُ ثِقَاتٌ.


Zühridən belə dediyi nəql edilmişdir: Əbdülməlik mənə dedi: “Sən kimsən? Mənə deyə bilərsən ki, Hüseyn ibn Əli öldürülən gün nə kimi hadisələr baş verdi?” Dedim: “Beytül-Məqdisdə hansı daşı qaldırırdılarsa, altında təzə qan olduğunu görürdülər”. Əbdülməlik dedi: “Mən də elə belə bilirəm””.

Bunu ət-Təbərani rəvayət etmişdir, raviləri siqə şəxslərdir.

 

 

 

 

 

 

Nurəddin əl-Heysəmi, Məcməuz-zəvaid vəl-mənbəul-fəvaid, c.9, s.230, №15159; "Darul-kutubil-ilmiyyə" - Beyrut, 1422/2001; təhqiq: Muhəmməd Əbdul-Qadir Əhməd Ata

16 Oktyabr, 2016  16:26 Baxılıb: 878 Çap

Bu bölmədə