Hz.Hüseynin (ə) öldürüləcəyini yağış mələyinin xəbər verməsi (əl-Buseyri)

Əhli-sünnə alimi Əhməd ibn Əbu Bəkr əl-Buseyri yazır:

وَعَنْ أَنَسِ بْنِ مَالِكٍ- رَضِيَ اللَّهُ عَنْهُ- قَالَ: " اسْتَأْذَنَ مَلَكُ الْقَطْرِ رَبَّهُ أَنْ يَزُوْرَ النبي - صلى الله عليه وسلم - فأذن له وَكَانَ فِي يَوْمِ أُمِّ سَلَمَةَ فَقَالَ النَّبِيُّ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ -: يَا أُمَّ سَلَمَةَ احفظي علينا الباب لا يدخل علينأحد. (فَبَيْنَا) هِيَ عَلَى الْبَابِ إِذْ جَاءَ الْحُسَيْنُ بن علي فاقتحم ففتح الْبَابَ فَدَخَلَ فَجَعَلَ النَّبِيُّ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - يَلْتَزِمُهُ وَيُقَبِّلُهُ فَقَالَ الْمَلَكُ: أَتُحِبُّهُ؟ قَالَ: نعم. قال: إن أُمَّتُكَ سَتَقْتُلُهُ إِنْ شِئْتَ أَرَيْتُكَ الْمَكَانَ الَّذِي تَقْتُلُهُ فِيهِ. قَالَ: نَعَمْ قَالَ: فَقَبَضَ قَبْضَةً مِنَ الْمَكَانِ الَّذِي قُتِلَ (فِيهِ) فَأَرَاهُ فَجَاءَ بسهلة- أو تُرَابٍ أَحْمَرَ- فَأَخَذَتْهُ أُمُّ سَلَمَةَ فَجَعَلَتْهُ فِي ثَوْبِهَا. قَالَ ثَابِتٌ: فَكُنَّا نَقُولُ إِنَّهَا كَرْبلَاءُ".

رَوَاهُ أَبُو يَعْلَى وَابْنُ حِبَّانَ فِي صَحِيحِهِ.


Ənəs b. Malikin belə dediyi nəql edilir: Yağış mələyi Allah Rəsulunun (s) yanına gəlmək üçün Rəbbindən icazə istədi. Allah ona icazə verd. Həmin gün Ümmü Sələmənin növbəsi idi. Allah Rəsulu (s) Ümmü Sələməyə dedi: "Qapıdan muğayat ol, heç kim yanımıza gəlməsin." Ümmü Sələmə qapıda ikən, Hüseyin ibn Əli gəlib cəld onun yanından keçdi və qapını açaraq içəri girdi. Allah Rəsulu (s) onu qucağına alaraq öpməyə başladı. Mələk Allah Rəsulunda (s) soruşdu: "Sən onu sevirsən?" Allah Rəsulu (s) dedi: “Bəli”. Mələk dedi: "Sənin ümmətin onu öldürəcək. İstəyirsən öldürüləcəyi yeri sənə göstərim?" Allah Rəsulu (s) dedi: “Bəli”. Ravi deyir: Bundan sonra mələk onun öldürüləcəyi yerdən Allah Rəsuluna (s) qırmızı rəngdə bir ovuc gil, yaxud qırmızı torpaq gətirib göstərdi. Ümmü Sələmə də o torpağı götürüb paltarının ətəyinə yığdı. Sabit deyir: “Biz onun (həmin bir ovuc torpağın, yaxud Hüseynin öldürüləcəyi yerin) Kərbəla (torpağı olduğunu) deyirdik”.

Bu hədisi Əbu Yalə və İbn Hibban öz “Səhih”ində rəvayət etmişdir.

 

 

 

 

 

 

Əhməd ibn Əbu Bəkr əl-Buseyri, İthəful-xiyərətul-məhəra, c.7, s.239, №6757; “Darul-Vətən” – Səudiyyə Ərəbistanı, 1420/1999

16 Oktyabr, 2016  12:33 Baxılıb: 242 Çap