Ziyad ibn Süməyyənin şiə düşmənçiliyi

Ziyad Hz.Hüseyn (əleyhissalam)-ın qatillərindən olan Ubeydullah ibn Mərcanənin atasıdır. Ubeydullahın anası Mərcanə zina etməkdə çox məşhur olan bir kəniz olub. Ziyadın atasının kimliyi məlum deyil. Bəziləri onu Ziyad ibn Ubeyd adlandıraraq Səqifə nisbət veriblər. Onu Ziyad ibn Əbu Süfyan, Ziyad ibn Əbih–yəni, atasının oğlu Ziyad, Ziyad ibn Ummih–yəni, anasının oğlu Ziyad və Ziyad ibn Suməyyə kimi müxtəlif nisbətlərlə adlandıranlar da var. Həmçinin deyirlər ki: Əbu Süfyana nisbət verilməmişdən onu Ziyad ibn Ubeyd adlandırırdılar.

وعن الحسن قال: كان زياد يتبع شيعة علي فيقتلهم فبلغ ذلك الحسن بن علي فقال: «اللهم تفرد بموته فإن القتل كفارة»

رواه الطبراني ورجاله رجال الصحيح

Həsənin belə dediyi rəvayət edilir: “Ziyad Əlinin şiələrini təqib edir, onları tutduqda qılıncdan keçirirdi. Bu xəbər Həsən ibn Əliyə çatanda dedi: “İlahi, onu özünəməxsus (xüsusi) bir şəkildə öldür. Həqiqətən də öldürülmək bir kəffarədir (yəni, bəzi günahların kəffarəsi - cəzası elə öldürülməkdir)

(Əl-Heysəmi demişdir:) Bunu ət-Təbərani rəvayət etmişdir, raviləri "əs-Səhih"in raviləridir.

 

 

 

 

 

 

Hafiz əl-Heysəmi, Məcməuz-zəvaid vəl-mənbəul-fəvaid, c.6, s.295, №10604; "Darul-kutubil-ilmiyyə" - Beyrut, 1422/2001; təhqiq: Muhəmməd Əbdul-Qadir Əhməd Ata

Həqiqətən də, İbn Ziyad qətlə yetirilərək, özünəməxsus bir şəkildə ölüb. İbn Kəsirin yazdığına görə, İbrahim ibn Malik əl-Əştər onu qılınc zərbəsi ilə iki yerə bölüb.

14 Oktyabr, 2016  22:19 Baxılıb: 473 Çap

Bu bölmədə