Hz.Hüseynin (ə) öldürüləcəyini Cəbrayılın (ə) xəbər verməsi (əl-Buseyri)

Əhli-sünnə alimi Əhməd ibn Əbu Bəkr əl-Buseyri yazır:

وَعَنْ أُمِّ سَلَمَةَ- رَضِيَ اللَّهُ عَنْهَا- قَالَتْ: كَانَ النَّبِيُّ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - نَائِمًا فِي بَيْتِي فَجَاءَ الْحُسَيْنُ يَدْرُجُ قَالَتْ: فَقَعَدْتُ عَلَى الْبَابِ فَأَمْسَكْتُهُ مَخَافَةَ أَنْ يَدْخُلَ فَيُوقِظَهُ. قَالَتْ: ثُمَّ غَفَلْتُ فِي شَيْءٍ فَدَّبَ فَدَخَلَ فَقَعَدَ عَلَى بَطْنِهِ قَالَتْ: فَسَمِعْتُ نَحِيبَ رَسُولِ اللَّهِ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - فَجِئْتُ فَقُلْتُ: يَا رَسُولَ اللَّهِ ما علمت به. فقال: إِنَّمَا جَاءَنِي جِبْرِيلُ- عَلَيْهِ السَّلَامُ- وَهُوَ عَلَى بَطْنِي قَاعِدٌ فَقَالَ لِي: أَتُحِبُّهُ؟ فَقُلْتُ: نَعَمْ. قَالَ: إِنَّ أُمَّتَكَ سَتَقْتُلُهُ أَلَا أُرِيكَ الْتُرْبَةَ الَّتِي يُقْتَلُ بِهَا؟ قَالَ: فَقُلْتُ: بَلَى. قَالَ: فضرب بجناحه فأتاني هذه التربة. قالت : فإذا فِي يَدِهِ تُرْبَةٌ حَمْرَاءُ وَهُوَ يَبْكِي وَيَقُولُ: لَيْتَ شِعْرِي مَنْ يَقْتُلُكَ بَعْدِي ". رَوَاهُ عَبْدُ بْنُ حُمَيْدٍ بِسَنَدٍ صَحِيحٍ وَأَحْمَدُ بْنُ حَنْبَلٍ مُخْتَصَرًا عَنْ عَائِشَةَ أَوْ أُمِّ سَلَمَةَ عَلَى الشَّكِّ.


Ümmü Sələmədən – Allah ondan razı olsun – belə rəvayət edilir: Peyğəmbər (s) mənim evimdə yatmışdı. Bu vaxt Hüseyn gələrək ona tərəf getmək istədi. Mən onun gedib Peyğəmbəri oyatmaması üçün qapının ağzında oturdum və ona mane oldum. Sonra başım nəyəsə qarışdı və o, yadımdan çıxdı. Bu anda Hüseyn qaçaraq otağa girmiş və peyğəmbərin qarnında oturmuşdu. Bir müddət sonra Allah Rəsulunu (s) yüksək səslə ağladığını eşidib gəldim və dedim: “Ey Allahın Rəsulu, and olsun Allaha onun gəlməyindən xəbərim olmayıb”. Peyğəmbər (s) buyurdu: “Hüseyn qarnımın üzərində oturmuşdu, bu anda Cəbrayıl gəldi və dedi: “Onu sevirsən?” Dedim: “Bəli”. Dedi: “Yaxında zamanda ümmətin onu öldürəcək. Onun öldürüləcəyi torpağı sənə göstərim?” Dedim: “Bəli”. Cəbrayıl qanadı ilə mənə bu torpağı gətirdi. (Ümmü Sələmə) dedi: Mən onun əlində qırmızı torpaq gördüm. O ağlaya-ağlaya deyirdi: “Kaş məndən sonra səni kimin öldürəcəyini biləydim!”

(Əl-Buseyri deyir:) Bu hədisi Əbd ibn Humeyd səhih sənədlə, Əhməd ibn Hənbəl isə Aişədən, ya da Ümmə Sələmədən – hansı birindən olması barədə şəkk edirəm – müxtəsər şəkildə rəvayət etmişdir.

 

 

 

 

 

 

Əhməd ibn Əbu Bəkr əl-Buseyri, İthəful-xiyərətil-məhəra, c.7, s.238-239, №6755; “Darul-Vətən” – Səudiyyə Ərəbistanı, 1420/1999

9 Oktyabr, 2016  14:32 Baxılıb: 446 Çap

Bu bölmədə