Sələfi (vəhhabi) alimi əl-Müəlliminin namazların birləşdirilməsi barədə sözləri

Bəzi sələfiləərin (vəhhabilərin) “zəmanənin Zəhəbisi” adlandırdıqları Əbdürrəhman ibn Yəhya əl-Müəllimi əl-Yəmani özünün “Fəvaidul-məcami” kitabında (257-258) belə deyir:

في "الصحيح" عن ابن عباس وأبي هريرة: "أن النبي - صلى الله عليه وسلم - جمع بأصحابه في المدينة بين الظهر والعصر، وبين المغرب والعشاء لغير عذر ولا سفر". وفي رواية: "ولا مطر".

فأخذ بهذا بعض التابعين وغيرهم. وتأوَّله الجمهور؛ فمنهم من تأوَّله بأنه كان لعذر. ورُدَّ بأن الصحابي قد قال: "بغير عُذرٍ"، وفعله ابن عبَّاس لغير عذر.

“Əs-Səhih”də İbn Abbas və Əbu Hureyrədən belə nəql edilir: “Peyğəmbər (s) zöhr və əsr, məğrib və işa namazlarını heç bir üzr və səfər – başqa bir rəvayətə görə yağış - olmadığı halda birləşdirib qıldı.

Bəzi tabeinlər və başqaları bu hədisə əsaslan(araq, namazları birləşdirib qıl)mışlar. Cümhur (alimlərin əksəriyyəti) bu hədisi müxtəlif cür izah etmişlər. İzahların birində deyilir ki, Peyğəmbər məhz üzürlü bir səbəbdən namazları birləşdirib qılmışdır. Ancaq bunu, hədisdə keçən “heç bir üzr olmadan” sözü rədd edir. O cümlədən İbn Abbas da heç bir üzr olmadan namazları birləşdirib qılmışdır.

Daha sonra yazır:

ثم في هذا الحديث أن ابن عبَّاس حضره، وهو إنما حضر المدينة أخيرًا. وكذا أبو هريرة. والظاهر أن أحاديث التوقيت متقدَّمة. ثم فِعل ابن عبَّاس له واحتجاجه بهذا الحديث وتصديق أبي هريرة له يُبعد النسخ.

فأقوى ما بيد الجمهور أن عمل النبي - صلى الله عليه وسلم - الغالبَ التوقيتُ، وعمل الأئمة مستمرٌّ عليه. ولكن غايته أن يكون الجمع مكروهًا فقط. وفَعَله - صلى الله عليه وسلم - لبيان الجواز، وتَرَكه الأئمةُ لكونه مكروهًا، فلا يلزم من هذا عدم الجواز. والله أعلم.

“Bundan başqa, bu hədisin məzmunundan belə başa düşülür ki, İbn Abbas bu hadisənin şəxsən şahidi olmuşdur (yəni, bunu Mədinədə özü görmüşdür). İbn Abbas da Mədinəyə (Peyğəmbərimizin həyatının) son(ların)da gəlmişdir. Buna əsasən, belə görünür ki, namazların hər birinin ayrı-ayrı vaxtlarda qılınmalı olduğunu bildirən hədislər daha əvvəl deyilmişdir (dolayısı ilə, həmin hədislər bu hədisi “nəsx” etmir – qüvvədən salmırlar.) Üstəlik, İbn Abbasın özünün bu işi görməsi, bu hədisi öz işinə dəlil gətirməsi və Əbu Hüreyrənin də onu təsdiqləməsi, məsələdə nəsx olması ehtimalını uzaq edir.

Buna əsasən, cümhura görə ən güclü nəzər budur ki, Peyğəmbər əksər hallarda namazı ayrı-ayrı qılmışdır. İmamlar da bu cür davranmışlar. Lakin bu, ən uzağı namazları birləşdirib qılmağın məkruh olduğuna dəlalət edir. Peyğəmbər icazəli olduğunu göstərmək üçün namazları birləşdirib qılmış, imamlar isə məkruh olduğu üçün bu işi tərk etmişlər. Buna əsasən, bu fakt namazları birləşdirib qılmağın icazəsiz olduğu mənasına gəlmir. Allah daha yaxşı bilər.”

 

 

 

 

 

 

Əbdürrəhman ibn Yəhya əl-Müəllimi əl-Yəmani, “Fəvaidul-məcami”, səh.257-258; “Daru aləmil-fəvaid” – Məkkə, Səudiyyə Ərəbistanı, 1434/2013

Kitabı yükləmək üçün: ÜNVAN

"Səhih Müslim"də gələn rəvayətdə İbn Abbas namazların birləşdirilməsini açıq şəkildə sünnə adlandırır. (Ətraflı burada: http://hadis.313news.net/news/a-42.html) Üstəlik ona irad bildirən şəxsə sərt cavab verir. Bu cür söz oyunlarına nə gərək var ki?
2 Oktyabr, 2016  00:10 Baxılıb: 968 Çap

Bu bölmədə